Məhkəmə qərarları › İş №2(028)-451/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-451/2024

28.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-451/2024 28.10.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində ev şəraitində “miokard infarktı, xroniki ürək çatmamazlığı, hipertoniya xəstəliyi”ndən 63 yaşında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, onun mərhum həyat yoldaşı X4xx.xx.1959-cu ildə Qubadlı rayonu Çaytumas kəndində anadan olub və xx.xx.2022-ci iltarixdə 04:18-də Sumqayıt şəhəri, Yaşıldərə massivi, həyət evində miokard infarktı, xroniki ürək çatmamazlığı, hipertoniya xəstəliyindən dünyasını dəyişmişdir. O, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər qəbristanlığında dəfn edilib. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” X11 Təcili X5 vermiş olduğu xx.xx.2022-ci il tarixli, №2179 saylı məktubunda göstərilir ki, xx.xx.2022-ci il tarixdə saat 04:18-də Sumqayıt şəhər Yaşıldərə massivi həyət evi ünvanında yaşayan 1959-cu il təvəllüdlü X4 adına 110 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1959-cu il təvəllüdlü X1 meydini aşkar etmişdir. Həyat yoldaşının deməsinə görə mərhum miokard infarktı keçirmiş xroniki ürək çatmamazlığı, hipertoniya xəstəliyindən əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Vətəndaşlara Xidmət İdarəsinin xx.xx.2024-cü il tarixli, 16 nömrəli arayışına əsasən mərhum həyat yoldaşı X4 xx.xx.2022-ci il tarixində vəfat etmiş və Sumqayıt şəhər qəbristanlığında dəfn olunmuşdur. İndiyə qədər həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini almamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 3-16-5/8-S-l5-135/24 saylı məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasf’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə ala bilər, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəsinin təmin edilməsi mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, işə iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid X7 bildirdi ki, icra nümayəndəliyində mühasib işləyib. Ərizəçini o vaxtlardan tanıyır. Onun yoldaşı Məhəmməd Səfərov olub. Məhəmməd 02 noyabr 2022-ci ildə rəhmətə gedib. Sumqayıt qəbristanlığında dəfn olunub. Mərhumun yas mərasimində iştirak edib. Məhkəmədə şahid X2 bildirdi ki, ərizəçi bacısıdır. Bacısı ilə qonşudur. Bacısının yoldaşı Məhəmməd Səfərov qəflətən rəhmətə getmişdir. Mərhumun 02 noyabr ölümünün iki ili tamam olacaq. Sumqayıt qəbristanlığında dəfn olunub. Mərhumun yas mərasimində iştirak edib. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon ZAQS şöbəsi tərəfindən verilmiş Nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X4 və X3 xx.xx.1980-ci ildə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 47 № ilə qeyd edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüftı İstehsalat Birliyinin 16 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, mərhum X4 xx.xx.2022-ci il tarixdə vəfat etmiş və Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur . İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X13 X5 2179 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.2022-ci il tarixdə saat 04:18-də Sumqayıt şəhər Yaşıldərə massivi həyət evi ünvanında yaşayan 1959-cu il təvəllüdlü X4 adına 110 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1959-cu il təvəllüdlü X1 meyidini aşkar etmişdir. Həyat yoldaşının deməsinə görə mərhum miokard infarktı keçirmiş. Xroniki ürək çatmamazlığı, hipertaniya xəstəliyindən əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-S-15-135/24 saylı məktuba əsasən Ərizəçi yoldaşının ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində ev şəraitində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar