Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-462/2023 11.08.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ayın sonundan gec olmayaraq 440 manat alimenti Ərizəçi ödənilməsi barədə onunla Maraqlı şəxs arasında 14 iyun 2023-ci il tarixli, MŞS/030/2023-01141 saylı barışıq sazişinin 1-ci bəndinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə ərizəçinin vəkili və nümayəndəsi işə onların iştirakı olmadan baxılması və ərizəni təmin edilməsini xahiş etmişdir.Ərizədə göstərilmişdir ki, ərizəçi Maraqlı şəxs ilə 2014-cü ildə ailə həyatı qurmuş və həmin nikahdan onların iki uşaqları olmuşdur.Mediasiya prosesi zamanı 14 iyun 2023-ci il tarixdə MŞS/030/2023-01141 saylı mediasiya işi üzrə barışıq sazişi imzalanmış və həmin sazişin 1-ci bəndində Maraqlı şəxs hər ayın sonuna kimi xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 saxlanması üçün ümumilikdə 440 manat sabit pul məbləğində alimenti ödəməyi öhdəlik götürmüşdür. Lakin Maraqlı şəxs ilə barışıq sazişi bağlansa da, könüllü icra etməkdən imtina etmişdir. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 9.3.1-ci maddəsinə görə barışıq sazişinin icrasını təmin elmək tərəflərin vəzifəsidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə görə "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra cdilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-l-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsi xahiş edilmişdir. Maraqlı şəxs bildirdi ki, o, ərizəni qəbul edir və təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə maraqlı şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs (bundan sonra ayrılıqda “tərəf" və birlikdə "Tərəflər" adlanacaq), mediasiya reyestrində M-00354 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X2 (bundan sonra "Mediator") iştirakı ilə barışıq Sazişi imzaladılar: Maddə 1. Ərizəçi və Maraqlı şəxs arasında birgə rasmi nikahdan anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 saxlanması üçün Maraqlı şəxs hər ayın sonundan gec olmayaraq 440 manat alimenti Ərizəçi ödəyəcəyinə dair razılaşırlar və öhdəlik götürdü. Maddə 2.Hər iki tərəf - Ərizəçi və Maraqlı şəxs bir-birinə qarşı heç bir tələb irəli sürmədən və barışıq üçün vaxt verilmədən aralarındakı nikah qeydini pozulmasına razılaşırlar.Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Maddə 6.Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 8.Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 10.Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən,məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Birgə nikahdan olan xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs hər ayın sonundan gec olmayaraq 440 manat alimentin Ərizəçi ödənilməsi barədə Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 14 iyun 2023-ci il tarixli, MŞS/030/2023-01141 saylı barışıq sazişinin 1-ci bəndi təsdiq edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №2(028)-462/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-462/2023
11.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver