Məhkəmə qərarları › İş №2(028)-491/2021

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-491/2021

07.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-491/2021 07.09.2021 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi İsi oğlunun iştirakı ilə Ərizəçi X2 maraqlı tərəf Qubadlı rayon Qeydiyyat şöbəsinə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi İsi oğlu ərizə ilə məhkəməyə müraciət edərək, X1nun 10 avqust 1995-ci ildə Sabirabad rayonuda vəfat etməsi və Sabirabad rayon Qalağayın kənd qəbristanlığında dəfn olunması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi İsi oğlu ərizəni müdafiə edərək göstərdi ki, onun X1 10.08.1995-ci ildə Sabirabad rayonuda vəfat etmiş və Sabirabad rayon Qalağayın kənd qəbristanlığında dəfn olunmuşdur. Bunu Qubadlı rayon İcra Hakimiyyəti başçısının Zilanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli, 1017/43 saylı arayışı təsdiq edir.Lakin ölümü təsdiq edən şəhadətnamə ala bilmədikləri üçün hüquqmüəyyənedici sənədləri əldə edə bilmirlər. Ölüm haqqında şəhadətnamə almaq üçün Qubadlı rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir, Lakin Qubadlı rayon Qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmiş və məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir.Hazırda bir sıra sosial problemlərin həll edilməsi üçün ölüm şəhadətnaməsi almaq zərurəti yaranmışdır. Qarşılaşdığı problemi məhkəmədən kənar həll etmək mümkün olmadığından məhkəməyə müraciət etmişdir. Ona görə ərizənin təmin olunmasını xahiş etdi. Qubadlı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ünvanlanmış ərizədə işə onların iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Qubadlı rayon X9 tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin kserosurətindən görünür ki, Ərizəçi İsi oğlu xx.xx.1976-cı il tarixdə doğulmuşdur. X1, anası İsmayılova Nabat Vəli qızıdır. İş materiallarında olan və Sumqayıt ŞPİ QŞVŞ tərəfindən verilmiş vətəndaşın şəxsiyyət vəsiqəsinin kserosurətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan və Qubadlı rayon İcra Hakimiyyəti başçısının Zilanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01.07.2021-ci il tarixli, 1017/43 saylı arayışdan görünür ki, X6 10 avqust 1995-ci ildə vəfat etmiş və Sabirabad rayon Qalağayın kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, X6 (1934-10.08.1995 yazılmış qəbir baş daşı) dəfn olunmuşdur. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən ərizəçiyə ünvanlanmış 29.07.2021-ci il tarixli 05/Q-181/69 saylı məktuba əsasən X4 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 2003-cü il 31 oktyabr tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5 bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: Ərizə qismən təmin edilsin . X4 10 avqust 1995-ci ildə Sabirabad rayonuda vəfat etməsi faktı müəyyən olunsun. Qalan hissədə ərizə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar