Məhkəmə qərarları › İş №2(028)-562/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-562/2024

02.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-562/2024 02.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci ildə Qubadlı rayonu Qubadlı şəhərində anadan olan bacısı X4 xx.xx.1982-ci ildə Qubadlı rayonu Qubadlı şəhərində qəflətən ev şəraitində qızdırmadan ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, X11 onun bacısı olub. Bacısı xx.xx.1981-ci ildə Qubadlı rayonu Qubadlı şəhərində doğulub və xx.xx.1982-ci ildə qəflətən qızdırmadan ev şəraitində dünyasını dəyişib. Ərizəçi özü 26 avqust 1983-cü ildə anadan olub. Onlar beş uşaq olublar, ikisi rəhmətə gedib, üçü isə hal-hazırda sağdır. Valideynləri bacısı ölən zamanı mövcud qanunları bilmədiklərinə, çaşqınlıqda olduqlarına və s səbəblərdən yerli səhiyyə orqanlarına xəbər vermədən onu Qubadlı rayon qəbristanlığında dəfn ediblər. X2 05 yanvar 2024-cü il tarixində, anası X5 isə 1999-cu il tarixində rəhmətə getmişdir. Ərizəçi sənədləşmə aparan zaman bacısının sistemdə sağ olduğu göstərilmişdir. Bacısının ölüm şəhadətnaməsinin alınmasına görə Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamə almaq mümkün olmamışdır. Şöbədən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X9 bildirdi ki, o, xx.xx.1972-ci ildə Qubadlı rayon Yusifbəyli kəndində anadan olmuşdur. Ərizəçi onun qardaşı oğludur. Onun bacısı X4 xx.xx.1982-ci ildə Qubadlı rayonu Qubadlı şəhərində qəflətən ev şəraitində ölməsinin şahididir. X8 onun qardaşıdır. Həmin vaxt qardaşı Qubadlı şəhərində, özü isə Qubadlı rayonunun Yusifbəyli kəndində yaşamışdır. Qardaşının qızı Aynurə hardasa 4-6 aylıq olan zaman dünyasını dəyişmişdir. X1 rayonu Yusifbəyli kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmədə şahid X6 bildirdi ki, xx.xx.1971-ci ildə Qubadlı rayonunun Mollabürhan kəndində anadan olmuşdur. Ərizəçi onun xalası oğludur. Ərizəçini anası mərhum Əntiqə onun xalasıdır. Ana Babalarının adı Əşirəfdir. X7 təxminən 6 aylıq olan zaman rəhmətə getmişdir. Həmin vaxt o, özüdə uşaq olub, təxminən 10 yaşı olub. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs 3-16-5/8-A1xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X11 xx.xx.1981-ci ildə Qubadlı rayonunun Qubadlı şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1981-ci il tarixdə Maraqlı şəxsndə 96№-li doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, milliyəti azərbaycanlı, anası X5, milliyəti azərbaycanlı. İş materiallarında olan Qubadlı rayon ZAQS şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1983-cü il tarixdə doğulmuşdur. X2, anası X3r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-16-5/8-A-257-69/24 saylı məktuba əsasən Ərizəçi bacısı X4 ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1981-ci ildə Qubadlı rayonu, Qubadlı şəhərində anadan olan X4 xx.xx.1982-ci ildə Qubadlı rayonu, Qubadlı şəhərində ev şəraitində qızdırmadan ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar