Məhkəmə qərarları › İş №2(028)-644/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-644/2024

11.12.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-644/2024 11.12.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X8 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya təşkilatında MŞB/18/2024-01121 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq sazişinin təsdiq edilməsi, maraqlı şəxsdən xüsusi icraat ərizəsinin verilməsinə görə ödənilən 100 manat dövlət rüsumunun və 160 manat mediasiya xərcinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o və Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixində nikah bağlanmışdır. Nikah 5 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində AZ-İİ № 339393 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixli X4 və xx.xx.2021-ci il tarixli X5 anadan olmuşdur. Maraqlı şəxs yetkinlik yaşına çatmayan uşaqların saxlanması ilə bağlı xərcləri qarşılamaqdan mütəmadi yayındığına görə alimenti rəsmi qaydada tələb etmək məcburiyyətində qalmışdır. Bu məqsədlə, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq ilkin mediasiya sessiyasında iştirak etmək üçün Bakı 18 saylı mediasiya təşkilatına müraciət etdi. Beləliklə tərəflər arasında qarşılıqlı razılıq əsasında Bakı 18 saylı Mediasiya Təşkilatında 07 oktyabr 2024-cü il tarixində Mediasiya xidmətlərinin göstərilməsi barədə iki tərəfli Müqavilə bağlanıldı. Mübahisənin həlli ilə əlaqədar tərəflər Bakı 18 saylı Mediasiya təşkilatında MŞB/18/2024-01121 nömrəli, xx.xx.2024-cü il tarixli iki tərəfli Barışıq Sazişi imzalanmışdır. Həmin Sazişə əsasən tərəflər aşağıdakılar barədə razılığa gəliblər:

1. İİ Tərəf- Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün 2024-cü ilin oktyabr ayından başlayaraq hər ayın 1-dən 5-ə qədər 1600 manat əmək haqqının 70%-i miqdarında, yəni 1120 manat məbləğində alimenti İ Tərəfə, yəni Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.

2. Tərəflər razılaşırlar ki, alimentin məbləği İİ Tərəfin əmək haqqının artım tempinə uyğun olaraq dəyişəcəkdir.

3. İlkin mediasiya xərcini (60 manat) və tam mediasıya xərcini (100 manat) İ Tərəf ödəyir. Maraqlı şəxs tərəfindən sözügedən sazişin tələblərinə əməl edilməmişdir. Belə ki, maraqlı şəxs bu günədək heç bir ödəniş etməmişdir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/18/2024-01121 saylı Barışıq sazişindən görünür ki, Ərizəçi və Maraqlı şəxs (bundan sonra ayrılıqda “tərəf" və birlikdə "Tərəflər" adlanacaq), Barışıq sazişi imzaladılar:

1. İİ Tərəf - Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün 2024-cü ilin oktyabr ayından başlayaraq hər ayın 1-dən 5-ə qədər 1600 manat əmək haqqının 70%-i miqdarında, yəni 1120 manat məbləğində alimenti İ Tərəfə, yəni Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.

2. Tərəflər razılaşırlar ki, alimentin məbləği İİ Tərəfin əmək haqqının artım tempinə uyğun olaraq dəyişəcəkdir.

3. İlkin mediasiya xərcini (60 manat) və tam mediasıya xərcini (100 manat) İ Tərəf ödəyir. İş materiallarında olan 1-679481373 saylı xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 416973******0039 saylı kart hesabından Məhkəmə hesabına 100 manat ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-1-ci maddəsinə əsasən tərəflər arasında mübahisə mediasiya vasitəsilə həll edildikdə, barışıq sazişi, həll edilmədikdə isə mediasiya prosesinin nəticələri barədə protokol məhkəməyə təqdim olunur. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsinə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda, məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Məhkəmədə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-26-cı maddəsində sadalanmış hallar müəyyən olunmamışdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə, barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya təşkilatında bağlanmış MŞB/18/2024-01121 nömrəli, xx.xx.2024-cü il tarixli Barışıq sazişi aşağıda qeyd edilən mətndə təsdiq edilsin. - Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X1 üçün 2024-cü ilin oktyabr ayından başlayaraq hər ayın 1-dən 5-ə qədər 1600 manat əmək haqqının 70%-i miqdarında, yəni 1120 manat məbləğində alimenti Ərizəçi məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür. Maraqlı şəxs 100 manat ödənilmiş dövlət rüsumunun və 160 manat mediasiya xərcinin əvəzi Ərizəçi xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər.

HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar