Məhkəmə qərarları › İş №2(028)-655/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-655/2025

12.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-655/2025 12.11.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında olan xx.xx.2025-ci il tarixdə MŞS/MT030/2025-00871 saylı Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən xx.xx.2025-ci il tarixdən başlayaraq 2 uşağın saxlanması üçün hər ay 500 manat aliment ödənilməsi barədə Maraqlı şəxs ilə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs bu barışıq sazişinə tam əməl etməmiş, razılıqda göstərilən məbləği tam olaraq ödəməmiş, 2 aylıq aliment miqdarında borcu yaranmışdır və həmin borcu tələb etdikdə bildirmişdir ki, daha ödəməyəcək və alimentin azaldılması üçün məhkəməyə müraciət edəcəkdir. Ona görə də hesab edir ki, Maraqlı şəxs alimenti könüllü ödəmək istəmədiyi və bundan imtina etdiyi üçün aralarında olan barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir ki, Maraqlı şəxs məsuliyyət hiss etsin və ödəmədiyi təqdirdə icra məmurunun məcburi icra tədbirləri ilə ödəməyə məcbur olsun. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi xx.xx.2025-ci il tarixində keçirilən məhkəmə prossesində ərizə təqdim edərək göstərmişdir ki, barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə ərizə ünvanlamışdır. Barışıq sazişi 5 bənddən ibarətdir. Barışıq sazişinin digər bəndləri ilə əlaqədar hər hansı maneə yoxdur. Yalnız 3-cü bənddə, yəni alimentə dair hissədə problem yaranmışdır. Qeyd olunan halı nəzərə alaraq, qarşı tərəflə aralarında olan barışıq sazişinin alimentin razılaşmasına dair yəni 3-cü bəndinin təsdiq edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, MŞS/MT030/2025-00871 saylı xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 3-cü bəndinə əsasən Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür. Nikahın pozulması haqqında şəhadətnamənin kserosurətinə əsasən Maraqlı şəxs və Ərizəçi nikahı Qubadlı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: - 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. - 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. - 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. - 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞS/MT030/2025-00871 saylı Barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2025-00871 saylı xx.xx.2025-ci il tarixli Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.

1. MŞS/MT030/2025-00871 saylı xx.xx.2025-ci il tarixli Barışıq sazişinin 3-cü bəndinə əsasən Maraqlı şəxs övladları xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 250 (iki yüz əlli) manat ümumilikdə 500 (beş yüz) manat sabit pul məbləğində alimenti xx.xx.2025-ci il tarixdən etibarən hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi ödəmək barədə öhdəlik götürür. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər.

HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar