Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-697/2025 01.12.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə arasında xx.xx.2025-ci il tarixdə Bakı şəhəri 1 saylı Mediasiya Təşkilatında bağlanılmış MŞAB/MT041/2025- 00994 saylı Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi dəqiqləşmə ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdehlə aralarında bağlanılmış nikahın pozulması barədə Abşeron Rayon Məhkəməsində mülki işi var. Odur ki, Mediasiya Sazişinin 2,3,4-cü bəndlərinin təsdiq olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, maraqlı şəxslə xx.xx.2011-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladları doğulub. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan xasiyyətləti uyğun gəlməmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət etmiş və Barışıq sazişi bağlamışlar. Sazişə əsasən nikahın pozulmasına, uşaqların ana himayəsində qalmasına, uşaqlarla ünsiyyətə dair razılığa gəlmişlər. Lakin maraqlı şəxs Sazışin şərtlərinə əməl etmir. Göstərilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, MŞAB/MT041/2025-00994 saylı xx.xx.2025-ci il tarixli Barışıq sazişinə əsasən Ərizəçi ilə Maraqlı şəxs barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2011-ci il tarixli 929 saylı nikah qeydinin pozulmasına razıdırlar. Hər iki tərəf birgə nikahdan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 20-dən 30-dək hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürür. Tərəflər aliment məbləğini Ərizəçi Maraqlı şəxs təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyinə dair razılaşmışlar. Ərizəçi övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 ilə (uşaqların mənafei nəzərə alınaraq) ataları - Maraqlı şəxs iləananın iştirakı olmadan hər həftənin şənbə günü səhər saat 10:00-dan axşam saat 20:00-dək (yola sərf olunan vaxt çıxılmaq şərti ilə) ünsiyyətdə olmasına (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə 1 gün əvvəldən telefon vasitə ilə məlumat vermək və görüş gününü başqa günlə əvəz etmək şərti ilə) şərait yaradacağı barədə öhdəlik götürür. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: - 3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. - 3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. - 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. - 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - 34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355- 26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: - 355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; - 355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. - 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞAB/MT041/2025-00994 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişinin bəndlərinin təsdiq edilməsi barədə ərizəsi təmin edilməli, barışıq sazişi təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞAB/MT041/2025-00994 saylı xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin.
1. Hər iki tərəf birgə nikahdan olan övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında qalmasına razıdırlar.
2. Maraqlı şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2025-ci il tarixdən etibarən hər ayın 20-dən 30-dək hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəmək barədə öhdəlik götürür.Tərəflər aliment məbləğini Ərizəçi Maraqlı şəxs təqdim edəcəyi bank hesabına (kartına) ödəniləcəyinə dair razılaşmışlar.
3. Ərizəçi övladları xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X2 ilə (uşaqların mənafei nəzərə alınaraq) ataları - Maraqlı şəxs ilə ananın iştirakı olmadan hər həftənin şənbə günü səhər saat 10:00-dan axşam saat 20:00-dək (yola sərf olunan vaxt çıxılmaq şərti ilə) ünsiyyətdə olmasına (görüş günü hər hansısa bir səbəbdən alınmayacağı təqdirdə 1 gün əvvəldən telefon vasitə ilə məlumat vermək və görüş gününü başqa günlə əvəz etmək şərti ilə) şərait yaradacağı barədə öhdəlik götürür. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Qubadlı Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər.
HAKİM RAMİZ QULİYEV