Məhkəmə qərarları › İş №2(028)-701/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №2(028)-701/2025

09.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(028)-701/2025 09.02.2026 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi (Maraqlı şəxs) şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X1nun xx.xx.1994-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək bildirdi ki, o, Qubadlı rayonundan məcburi köçkündür. Məlum hadisələrlə əlaqədar olaraq əvvəl Sumqayıt şəhərində, sonradan Bakı şəhərində ailəsi ilə məskunlaşmışdır. X1 xx.xx.1994-cü ildə rəhmətə getmişdir. O, ikinci qrup əlil idi. Ev şəraitində ölmüşdür. Ölüm zamanı mövcud qanunları bilmədiklərinə və çaşqınlıqda olduqlarına görə səhiyyə orqanlarına müraciət etməmişdirlər. Yerli səhiyyə orqanlarına xəbər vermədən atasını Mehdiabad qəbristanlığında dəfn etmişdirlər. Hazırda onun ölüm şəhadətnaməsinin alınmasına görə Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamə almaq mümkün olmamışdır. Şöbədən məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göstərilənlərə əsasən ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 bildirdi ki, ərizəçi dayısı oğludur. Bədəlin atası Kərim təxminən 1994-cü ildə Bakı şəhərində rəhmətə getmişdir. Onu Mehdiabad qəbristanlığında dəfn etmişdirlər. Mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid X4 bildirdi ki, ərizəçi bibisinin nəvəsidir. Onun atası mərhum Kərim kişi Bakı şəhərində rəhmətə getmişdir. Onu Mehdiabad qəbristanlığında dəfn etmişdirlər. Mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən müəyyən olunur ki, AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1975-ci il tarixdə Qubadlı rayonu, Ballıqaya kəndində doğulduğu və orada qeydiyyatda olduğu müəyyən olunur. Qubadlı rayon Hal kənd ZDS İK tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətinə əsasən Ərizəçi xx.xx.1975-ci il tarixdə doğulmuşdur. X1, anası X2r. Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 12.012.2025-ci il tarixli 3-16-5/8- 4xx-xx/2025 saylı məktuba əsasən ona X1nun ölümünün qeydiyyata alınması ilə bağlı bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü tarixli «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəni təmin etmək mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün ərizəçiyə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Abşeron rayon Mehdiabad Bələdiyyəsinin 235 saylı xx.xx.2025-ci il tarixli arayışına əsasən həqiqətən də mərhum X3 xx.xx.1994-cü il tarixdə Mehdiabad qəbristanlığında dəfn olunduğu qeyd edilmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən təqdim edilmiş qəbirdaşının fotoşəkillərinə baxış keçirələrkən mərhum X3 1397-ci il tarixdə doğulduğu və xx.xx.1994-cü il tarixdə öldüyü müəyyən edilmişdir. Maraqlı şəxs məhkəmənin sorğusuna cavab məktubundan müəyyən olunur ki, X6 barəsində Maraqlı şəxs arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda bildirilir ki, 1937-ci illlərə dair arxiv kitabları Maraqlı şəxs arxivində saxlanılmır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarın 4.8-сi bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. -307.2.8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. -308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. -311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. Məhkəmə iş materiallarını araşdırıb, qanunun yuxarıda qeyd olunan normalarını rəhbər tutaraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1937-ci il tarixdə anadan olmuş X3 xx.xx.1994-cü il tarixdə ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Bu hal ərizəçi tərəfindən təqdim edilmiş sübutlar və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. XX.XX.1937-ci ildə anadan olan X3 xx.xx.1994-cü ildə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar