Məhkəmə qərarları › İş №2(029)-10/2024

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-10/2024

01.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-10/2024 01.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılıb geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılıb geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********83, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2017-ci il olan Seriya RX ******* №-li Çıxarışla tam paylı xüsusi mülkiyyət hüququ ilə İddiaçı xüsusi mülkiyyətində olan, Qusar şəhəri, M.Vəliyev küçəsi-248 ünvanda yerləşən, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına (məqsədli təyinatı) aid olan 0,08 hektar torpaq sahəsinin, Cavabdeh tərəfindən qanunsuz tutulmuş 1,7 x 27,60 metr ölçüdə, yəni 46.92 kv.metr sahədən ibarət hissəsində onun tərəfindən özbaşına mişar daşından hasar hörürlərək yerləşdirilmiş darvaza Cavabdeh hesabına sökülməsi, həmin 1,7 x 27,60 metr ölçüdə, yəni 46.92 kv.metr sahədən ibarət torpaq sahəsi boşaldılaraq İddiaçı qaytarılması və eləcə də məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 (yüz) manat 40 (qırx) qəpik pul Cavabdeh tutulub İddiaçı qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, hal-hazırda o, iddia baxılmasını istəmir, iddianın baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə iddiaçının və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Azərbaycan Respublikasının MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, İddiaçı mülki işin baxılmamış saxlanması barədə ərizə verilmiş və ona görə də, həmin mülki iş baxılmamış saxlanmalıdır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılıb geri qaytarılması” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonrageri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılıb geri qaytarılması” tələbinə dair mülki iş baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və qanunsuz zəbt olunmuş torpaq sahəsinin boşaldılıb geri qaytarılması” tələbinə dair iddiası üzrə məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı qərardad qanuni qüvvəyə mindikdən sonrageri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar