Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1025/2023 21.12.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 Firuddin oğluna və Bakı 6 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 Firuddin oğluna və Bakı 6 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, MŞB/6-0561 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin şərtlərinin, birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2019-cü il təvəllüdlü X4 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi birinci tərəfə Ərizəçi (birinci tərəfin açacağı bank hesabına) onun saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat məbləğində aliment ödəyəcəkdir hissəsində təsdiq edilməsi, alimentin tutulması barışıq sazişinin imzalandığı tarixdən yəni, 17 oktyabr 2023-cü il tarixindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, birinci tərəf qismində Ərizəçi, ikinci tərəf qismində (Maraqlı şəxs1) arasında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Müraciəti əsasında MŞB/6-0561 nömrəli mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı müəyyən razılaşma olmuş və bu barədə Ərizəçi və Maraqlı şəxs1 Barışıq Sazişi imzalanmışdır. Barışıq Sazişinə əsasən tərəflər əlavə vaxt təyin edilmədən xx.xx.2008-ci il tarix 1 i.N-2082 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2019-cıı il təvəllüdlü X1 üçün hər ay sabit pul məbləğində hər ayın 20-si 220 manat məbləğində aliment ödənilməsini qəbul etmişdir. Barışıq Sazişi tərəflərin və mediatorun imzası ilə təsdiq olunmuş və Təşkilatın möhürü ilə möhürlənmişdir. X3 imzalanmasına baxmayaraq Maraqlı şəxs1 tərəfindən Sazişin şərtləri icra olunmamışdır. Belə ki, cavabdeh üzərinə götürdüyü aliment öhdəliyini yerinə yetirməmişdir. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmişdir. Hesab edir ki, MŞB/6-0561 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi zəruridir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədə göstərilən xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, o, Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Maraqlı şəxs1 həmin mediasiya təşkilatına gələrək onunla arasında olan nikahın pozulmasına razı olduğunu, həmçinin uşağın saxlanması üçün hər ay 220 manat alimentin tutulmasına öz razılığını bildirmiş və bu barədə onların arasında barışıq saziş bağlanmışdır. Maraqlı şəxs1 uşağa görə noyabr ayından aliment verməli idi, lakin Roman alimenti ödəməmişdir, uşağı görmədən alimenti verməyəcəyəni demişdir. O, Romana uşağı görmək istəyirsə məhkəmə qaydasında görüş təyin edilməsini, həmin qaydalara uyğun olaraq görüşə razı olacağını demişdir. Ona görə də, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs1 Firuddin oğlu ərizədə göstərilənləri qəbul etməmiş və izahatında bildirmişdir ki, o, mediasiyaya gedəndə qarşı tərəfin vəkili ilə razılığa gəlmişdir ki, o, istədiyi vaxt uşağı görə bilər. Sonradan iddiaçı ona uşağı göstərməyib, o, dörd aydır ki, uşağı görmür. Buna görə də o, alimenti ödəmir. Barışıq sazişinə özü könüllü şəkildə imza etmişdir. Barışıq sazişinə imza etməsi barədə ona heç kim hədə-qorxu gəlməmiş, psixi təsir etməmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatına məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Son məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi Maraqlı şəxs1 Firuddin oğluna lazımı qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə Bakı 6 saylı Mediasiya Təşkilatının nümayəndəsinin iştirakı olmadan, həmçinin son məhkəmə iclasına gəlməmiş Ərizəçi və Maraqlı şəxs1 Firuddin oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs1 Firuddin oğlu (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: 2.1 Tərəflər əlavə vaxt təyin edilmədən xx.xx.2018-ci il tarixli, №2082 nömrə ilə qeydə alınmış nikahın pozulmasına razıdırlar. 2.2 Tərəflər razılığa gəlir ki, Maraqlı şəxs1 övladı xx.xx.2019-cu il təvəllüdlü X4 üçün hər ayın 20-si 220 (iki yüz iyirmi) ÄZN aliment ödəməyi öhdəsinə götürür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs1 Firuddin oğlu arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X4 üçün hər ayın 20-si 220 (iki yüz iyirmi) manat aliment ödəməyi Maraqlı şəxs1 Firuddin oğlu öz öhdəsinə götürmüşdür. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər iki tərəf nikahın pozulmasına razıdır və bununla bağlı məhkəməyə müraciət edəcəklər. Həmçinin, müəyyən edilmişdir ki, birgə nikahdan doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulacaqdır. Bundan sonra Maraqlı şəxs1 Firuddin oğlu barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə, ərizəçinin təqdim etdiyi barışıq sazişinin təsdiq edilməsi ərizəsinə MPMnin 305.1 və 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında xüsusi icraat qaydasında baxır. Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 Firuddin oğluna və Bakı 6 saylı Mediasiya Təşkilatına qarşı “barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, MŞB/6-0561 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin şərtlərinin, birgə nikah dövründə dünyaya gəlmiş övladı xx.xx.2019-cü il təvəllüdlü X4 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi birinci tərəfə Ərizəçi (birinci tərəfin açacağı bank hesabına) onun saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat məbləğində aliment ödənilməsini, alimentin tutulması barışıq sazişinin imzalandığı tarixdən yəni, 17 oktyabr 2023-cü il tarixindən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki mülki işin predmeti yalnız barışıq sazişinin təsdiq edilməsidir. Ərizəçinin ərizəsində göstərdiyi alimentin tutulması barışıq sazişinin imzalandığı tarixdən yəni, 17 oktyabr 2023-cü il tarixindən tutulmasına münasibətdə məhkəmə qeyd edir ki, həmin barışıq sazişin 6-cı bəndində qeyd olunmuşdur ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmamışdırsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır, sazişdə tərəflər arasında ayrı müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə qeyd edir ki, alimentin hansı tarixdən hesablanması barışıq sazişinin şərtlərinə uyğun olaraq icra edilməli, barışıq sazişində nəzərdə tutulmuş tarixdə aliment tutulmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs1 Firuddin oğlu arasında könüllü şəkildə MŞB/6-0561 nömrəli, xx.xx.2023-cü il tarixli Barışıq Sazişi imzalandığından, Maraqlı şəxs1 Firuddin oğlu xx.xx.2019-cü il təvəllüdlü X4 üçün yetkinlik yaşına (18 yaş) çatana kimi Ərizəçi (birinci tərəfin açacağı bank hesabına) onun saxlanılması üçün hər ay sabit pul məbləğində 220 manat məbləğində aliment ödənilməsi barədə öhdəlik götürdüyündən ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs1 Firuddin oğlu arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməli, alimentin tutulması isə barışıq sazişində göstərilən tarixdən tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 Firuddin oğlu arasında Bakı 6 saylı Mediasiya təşkilatında Maraqlı şəxs1 övladı xx.xx.2019-cu il təvəllüdlü X4 üçün hər ayın 20-si 220 (iki yüz iyirmi) manat aliment ödəməyi öhdəsinə götürməsinə dair imzalanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq olunsun, alimentin tutulması isə barışıq sazişində göstərilən tarixdən tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-1025/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1025/2023
21.12.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver