Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-103/2022 19.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun əri X4 09 iyul 2003-cü il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1958-ci il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində anadan olmuşdur. 09 oktyabr 1978-ci il tarixdə nikahı rəsmi qeyd etdirərək 25 oktyabr 1955-ci il təvəllüdlü, Qusar rayonu Aşağı Ləyər kənd sakini X10 ilə ailə həyatı qurmuş, əri X10 09 iyul 2003-cü il tarixdə vəfat etmiş, Qusar rayonu Aşağı Ləyər kənd qəbirstanlığında dəfn edilmişdir. X4 vəfat etdiyi vaxtda ölümü barədə həkim arayışı alınmamışdır. O, Maraqlı şəxsnə müraciət edərək əri X4 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin Maraqlı şəxs ərinin ölümünü təsdiq edən müəssisənin müvafiq sənədi olmadığından ölümünün qeydə alınmasından imtina etmiş və ona X4 vəfat etməsi faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X4 vəfat etməsi faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun keçirilməsi üçün lazımdır. X4 09 iyul 2003-cü il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində vəfat etməsi və kənd qəbirstanlığında dəfn edilməsi, qəbir daşının şəkli ilə və müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Bundan başqa bu halı məhkəmə iclası zamanı şahidlərdə təsdiq edə bilərlər. Göründüyü kimi o, mərhum əri X4 ölümü haqqında şəhadətnaməni əldə edə bilmir və ona görə də hesab edir ki, X4 09 iyul 2003-cü il tarixdə ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Həmçinin bildirmişdir ki, o, COVİD-19 infeksiyasına qarşı peyvənd olunmadığına görə təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin rəisi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs rəisinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İ-ЖГ 498234 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X6 arasında 09 oktyabr 1978-ci il tarixdə Qusar rayonunun Aşağı Ləyər kənd sovetində 14 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərizəçiyə “Təhməzova” soyadı verilmişdir. İşdə olan X2, X3, X1, X7 və X8 15 oktyabr 2021-il tarixdə tərtib etdikləri aktdan görünür ki, mərhum Aşağı Ləyər kənd sakini X10 09 iyul 2003-cü ildə vəfat etmişdir və Aşağı Ləyər kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 14.10.2021-ci il tarixli məktubdan görünür ki, X4 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, yoldaşı X4 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 208/15 saylı 14 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, X10 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi tapılmamışdır. İşdə olan X4 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 25.10.1954-cü il tarixdə anadan olmuş, 09.07.2003-cü il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Aşağı Ləyər kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 04 oktyabr 2021-ci il tarixli 310 saylı arayışdan görünür ki, Ərizəçi aşağıdakı ailə tərkibi olmuşdur. X10- əri, vəfat etmişdir 09.07.2003-cü ildə. İşdə olan Qusar RİHB-nın Aşağı Ləyər kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 08 oktyabr 2021-ci il tarixli 319 saylı arayışdan görünür ki, Aşağı Ləyər kənd sakini mərhum X10 09.07.2003-cü il tarixində vəfat etmiş, vəfat edənə kimi öhdəsində aşağıdakı tərkibdə ailəsi olmuşdur. Ərizəçi-arvadı. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X16 Məntəqəsindən verilmiş ölüm haqqında tibbi arayışdan görünür ki, X10 09.07.2003-cü il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində ölmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ərizəçinin əri X10 09 iyul 2003-cü il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum əri Xalid Təhməzovun ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 25 oktyabr 1955-ci il təvəllüdlü X4 09 iyul 2003-cü il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 25 oktyabr 1955-ci il təvəllüdlü X4 09 iyul 2003-cü il tarixdə Qusar rayonu Aşağı Ləyər kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-103/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-103/2022
19.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver