Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1046/2022 26.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi X8 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi X19 Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair”ərizə ilə məhkəməyə müraciət edərək, onun əmisi X5 xx.xx.1993-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi X19 ərizəni onunla əsaslandırmışdır ki, o, X19 ailəsilə birlikdə Qusar rayonu Avaran kəndində yaşayır. Onun əmisi X9 xx.xx.1993-cü il tarixdə ölmüş və Qusar rayonu Avaran kənd qəbirstanlığında dəfn olunmuşdur. X4 isə xx.xx.2015-ci il tarixdə ölmüşdür. Mərhum X21 ailəsi və övladları olmamışdır. Onun valideynləri, yəni onun ata babası və ata nənəsi isə vəfat etmişlər. Hazırda mərhum əmisinin yeganə vərəsəsi o qalmışdır, X5 miras əmlakını da faktiki olaraq o, qəbul etməklə sahiblənmişdir. Hazırda əmisinin mirasına aid əmlakları vərəsəlik yolu ilə öz adına rəsmiləşdirmək istəyir. Bunun üçün tələb olunan sənədləri toplayarkən məlum olmuşdur ki, mərhum əmisinin ölümü haqqında şəhadətnamə əldə olunmamışdır. Bu səbəbdən də, onun tərəfindən Maraqlı şəxsnə müraciət olunmuş və oradan bildirilmişdir ki, ölümü qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alına bilər. Əmisinin ölümündən uzun müddət keçdiyinə və ölən zaman müvafiq tibbi şəhadətnamə əldə olunmadığından həmin sənədi qeydiyyat şöbəsinə müraciət etməyi mümkün olmamışdır. Ona görə də, həmin şöbə tərəfindən ona 28 oktyabr 2022-ci il tarixli 05/Q-223-15 saylı məktub verilərək X21 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X21 həqiqətən də, xx.xx.1993-cü il tarixdə ölməsini və yaşadıqları kəndin qəbirstanlığında dəfn olunmasını bütün qohum və tanışlar yaxşı bilirlər, bu barədə qohum və tanışların iştirakları ilə 24 oktyabr 2022-ci il tarixli akt tərtib olunmuş, həmçinin Qusar rayonu Avaran kənd icra nümayəndəliyi tərəfindən müvafiq arayış verilmişdir. X21 xx.xx.1993-cü il tarixdə ölməsi faktı həmin arayış və aktla öz təsdiqini tapır. Hesab edir ki, onun əmisi X5 xx.xx.1993-cü il tarixdə ölməsi müvafiq tibbi şəhadətnamə ilə təsdiq olunmasa da, ərizəsinə əlavə etdiyi sübutlarla təsdiq olunur və ona görə də məhkəmə qaydasında X21 ölməsi faktı müəyyən olunmalıdır. Ərizəçi X19 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizənin təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixə təyin olunmuş məhkəmə baxışı iclasına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxılıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 yanvar 1970-ci il tarixdə Qusar rayonunun Avaran kəndində anadan olmuşdur. X3, anası X6r. İşdə olan AZ 146632 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 17 mart 2005-ci il tarixdə Qusar rayonu Avaran kəndində ölmüşdür. İşdə olan AZ-İ 020877 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 30 mart 2006-cı il tarixdə Qusar rayonu Avaran kəndində ölmüşdür. İşdə olan AZ-İ 765867 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2015-ci il tarixdə Qusar rayonu Avaran kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 343 saylı arayışdan görünür ki, Qusar rayonu Avaran kəndində anadan olmuş X5 R.F-nın Saratov şəhərində vəfat etmiş xx.xx.1993-cü ildə Qusar rayon Avaran kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Qusar RİHB-nın Avaran kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 343 saylı arayışdan görünür ki, X9 xx.xx.1993-cü ildə vəfat etmişdir və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. X13, X11 və X18. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X9 xx.xx.1970-ci ildə anadan olmuş, xx.xx.1993-ci il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxsndən verilmiş 529 saylı 28 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1970-ci il tarixdə Qusar rayonu Avaran kəndində anadan olmuş X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxsndən verilmiş 28 oktyabr 2022-ci il tarixli 05/Q-223-15 saylı X14 ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədinolmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində X8 ərizəsinin təmin edilməsi mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. İşdə olan Ərizəçi X12 və X15 iştirakları ilə tərtib edilmiş 24 oktyabr 2022-ci il tarixli aktın surətindən görünür ki, 10 yanvar 1970-ci ildə X2 rayon Avaran kəndində anadan olmuşdur. 1973-cü ildə Bahadır Yarəli oğlu R.F.-nın Saratov şəhərində vəfat etmişdir. Həmin il 25 aprel 1993-cü il tarixində X7 Rusiya Federasiyasından gətirib Qusar rayon Avaran kənd qəbirstanlığında bastırılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin əmisi, 10 yanvar 1970ci ildə X2 rayon Avaran kəndində anadan olmuşdur. 1973-cü ildə Bahadır Yarəli oğlu R.F.nın Saratov şəhərində vəfat etmişdir. Həmin il 25 aprel 1993-cü il tarixində X1 Federasiyasından gətirilib Qusar rayon Avaran kənd qəbirstanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi Naqil İmaməliyev mərhum X21 ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X5 aprel 25 aprel 1993-cü il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X5 25 aprel 1993-cü il tarixdə ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X5 25 aprel 1993-cü il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1046/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1046/2022
26.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver