Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1058/2025 26.09.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərərək, onun və Maraqlı şəxs1 arasında fərdi qaydada fəaliyyət göstərən mediator X3 iştiraki ilə bağlanmış, Maraqlı şəxs1 ilə qeyri-rəsmi nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay 150 (bir yüz əlli) manat aliment verilməsinə razılığa dair 12 sentyabr 2022-ci il tarixli barışıq sazişinin məcburi icrasi üçün təsdiq edilməsinə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciəti ilə əlaqədar ödədiyi 100 (bir yüz) manat dövlət rüsumunun və mediasiya prosesi ilə əlaqədar fərdi qaydada fəaliyyət göstərən mediator Maraqlı şəxs2 hesabına ödədiyi 75 (yetmiş beş) manat mediasiya xərclərinin, ümumilikdə 175 (bir yüz yetmiş beş) manat pulun Maraqlı şəxs1 alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, nikahı rəsmi qeyd etdirmədən cavabdeh Maraqlı şəxs1 ilə evlənmiş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X5 ilə bir övladı anadan olmuşdur. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışlar, onunla Maraqlı şəxs1 və maraqlı şəxs mediator Maraqlı şəxs2 arasında xx.xx.2022-ci il tarixli X2 və mediasiya xidmətlərinin göstərilməsi barədə üçtərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Maraqlı şəxs1 2022-ilin oktyabr ayından başlayaraq hər ay 150 (bir yüz əlli) manat məbləğində aliment ödəməyə razılıq vermiş və bu barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Həmçinin, barışıq sazişi bağlandıqdan sonra mediasiya prosesinə xitam verilmişdir. Barışıq sazişinin imzalanmasından 2 il 11 ay keçməsinə baxmayaraq Maraqlı şəxs1 keçən müddət ərzində barışıq sazişinində nəzərdə tutulmuş aliment məbləğini ödəmir və artıq onun bu günə qədər 4450 (dörd min dörd yüz əlli) manat borcu yaranmışdır. Hər dəfə onu aldadaraq uşağın saxlanılması üçün öhdəsinə götürdüyü alimenti vermirdi. Maraqlı şəxs1 ilə aralarında bağlanan barışıq sazişinin 8-ci bəndinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin sazişin 9-cu bəndinə əsasən əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafir xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixdə mediasiya prosesi zaman barışıq sazişin bağlanan zaman TMS üçün 75 (yetmiş beş) manat mediasiya xərclərini ödəmiş, habelə ərizənin verilməsi üçün Qusar rayon məhkəməsinə 100 (bir yüz ) manat dövlət rüsumu ödəmişdir. Həmim xərclər müvafiq olaraq Maraqlı şəxs1 alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs1 barışıq sazişi bağlanandan sonra, yəni 2022-ci ilin oktyabr ayından indiyədək 7-8 dəfə ödəniş etmiş, hazırda isə heç bir ödəniş etmir. Halbuki, həmin şəxs administrator işləməklə müvafiq gəlir əldə edir, aliment ödəməyə imkanı var. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatorı Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə maraqlı ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan mediatorı Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış 12 sentyabr 2025-ci il tarixli barışıq sazişindən görünür ki, Maraqlı şəxs1 xx.xx.2011-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2022-ci ilin oktyabr ayından başlayaraq hər ay 150 (bir yüz əlli) manat miqdarda alimenti Ərizəçi ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs1 tərəfindən Ərizəçi xx.xx.2011-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 150 (yüz əlli) manat miqdarda alimentin ödənilməsi barədə Ərizəçi ilə Maraqlı şəxs1 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə bağlanmış 12 sentyabr 2025-ci il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, Ərizəçi mediasiya prosesi zamanı ödədiyi 75 manat, məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədəyi 100 manat, cəmi isə 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Maraqlı şəxs1 alınaraq Ərizəçi verilməsi tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs1 tərəfindən Ərizəçi xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat miqdarda alimentin ödənilməsinə dair Ərizəçi ilə Maraqlı şəxs1 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə bağlanmış 12 sentyabr 2022-ci il tarixli barışıq sazişi təsdiq olunsun. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və mediasiya prosesi ilə əlaqədar mediatorun hesabıma ödənilmiş 75 (yetmiş beş) manat mediasiya xərcləri, cəmi 175 (yüz yetmiş beş) manat məbləğində pul vəsaiti Maraqlı şəxs1 tutularaq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-1058/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1058/2025
26.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver