Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1078/2020 22.12.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı cavabdeh Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı əmək müqaviləsinin ləğv edilməsinə, əmrin etibarsız hesab edilməsi və işə bərpa edilməsinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxslə xx xxxxxx 2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinə, xx xxxxxx 2020-ci il tarixli 1360/20 nömrəli əmrin etibarsız hesab edilməsinə, onun cavabdeh Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin Cərrahiyə şöbəsinin Əməliyyatxana bölməsinin anestezisti işinə bərpa edilməsinə və əmək müqaviləsinin ləğv edildiyi xx xxxxxx 2020-ci il tarixindən işə bərpa edilmə tarixinə kimi əmək müqaviləsində nəzərdə tutulmuş qaydada ayda 492,00 (dörd yüz doxsan iki) manat hesablanmaqla məcburi buraxdığı iş müddətinə əmək haqqının cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinin geri qaytarılmasına dair məhkəməyə ərizə göndərərək, onun cavabdeh Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı işə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İddiaçı və cavabdeh Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı əmək müqaviləsinin ləğv edilməsinə, əmrin etibarsız hesab edilməsi və işə bərpa edilməsinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə qarşı əmək müqaviləsinin ləğv edilməsinə, əmrin etibarsız hesab edilməsi və işə bərpa edilməsinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-1078/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1078/2020
22.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver