Azərbaycan Respublikası adından QƏTNAMƏ Tərtər rayonu İş № 2(061)-596/2025 07.04.2025 TƏRTƏR RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Kamil Allahqulu oğlunun sədrliyi, Hacıyev Ramin Firudin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Tərtər Rayon Notariat Ofisi olmaqla qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2923-cü ildə vəfat etmiş X6 onun nənəsi olması (qohumluq münasibətində olması) və mərhum nənəsi X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0099, KOD 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0,55 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi brədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu ildə Tərtər rayonu, Seydimli kəndində anadan olmuşdur. Mərhum ana X20 Əli oglu ilk dəfə X8 ilə faktiki evlənmiş və nikahları xx.xx.1963-cü ildə rəsmiləşdirilmişdir. Onların birgə nikahından xx.xx.1945-ci ildə X5 anadan olmuşdur ki, o da onun anası olmuşdur. Babasının birinci arvadı olan X8 xx.xx.1979-cu ildə vəfat etmişdir. X2 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. X20 Əli oglu birinci arvadı X8 vəfat etdikdən sonra X12 ilə xx.xx.1985-ci ildə rəsmi qaydada nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahından isə X21 oglu adlı uşaqları anadan olmuşdur. X20 Əli oglu xx.xx.2007-ci ildə, nənəsi X12 isə xx.xx.2003-cü ildə vəfat etmişlər. X21 oglu mərhum anası X4 miras qalmış əmlakı qəbul etməmişdir (bu faktı təsdiq edən Tərtər rayon Notariat Ofisinə yazılmış ərizəni bu ərizəyə əlavə edirəm). Əksinə, o, mərhum nənəsi X4 miras qalmış əmlakı qəbul etmişdir. Bu səbəbdən də X20 Əli oglu və nənəsi X12 vəfat etdikdən sonra onlardan miras qalmış əmlaka (Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN:0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə) dair «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər Rayon Xüsusi Notariat Ofisinin 04 oktyabr 2024-cü il tarixli, 690 №-li qərarı ilə ona mirasın qəbulu üçün AR MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdıgından və mülkiyyəti təsdiq edən sənəddə miras qoyanın adı natamam, atasının adı yoxdur» dəlilini əsas gətirərək «Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə» verilməsindən imtina etmiş və Tərtər Rayon Məhkəməsinə müraciət etməli oldugumu bildirmişdir. Başqa sözlə notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən «Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə»nin verilməsindən imtina etmişdir ki, o da bunu qəbul etmişdir. Belə oldugu halda, yəni notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etdiyi halda «mirasın qəbul edilmə faktının müəyyən edilməsi barədə» ərizə ilə məhkəməyə müraciət edilməlidir. Çünki, xx.xx.2003-cü ildə vəfat etmiş nənəsi X4 qalmış mirası faktiki olaraq qəbul edərək idarə etsə də, miras qalmış əmlaka (Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN-0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə) vərəsəlik hüququ haqqında Şəhadətnamə almaq üçün onun mirası qəbul etməsi faktı müəyyən edilməlidir. Lakin hazırki vəziyyətdə bu fakt müəyyən edilmədiyindən və bu faktı təsdiq edən hər hansı bir sənəd olmadığından ona miras qalmış əmlaka «Vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq müəyəssər olmur. Mirasın qəbul edilməsi faktının müəyyən olunması məhz vərəsəlik və mülkiyyət hüquqlarının həyata keçirilməsi üçün lazımdır ki, o da bunu məhkəmədən kənar başqa qaydada əldə edə bilməmişdir. Ona görə də tələb edilən zəruri sənədləri tam toplayıb Tərtər rayon Notariat Ofisinə təqdim edə bilmədiyi üçün və ümumiyyətlə belə bir imkana da malik olmadıgını nəzərə alıb hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərdiklərinə əsasən xx.xx.2923-cü ildə vəfat etmiş X6 onun nənəsi olması (qohumluq münasibətində olması) və mərhum nənəsi X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0099, KOD 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0,55 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi brədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında iddia ərizəsində göstərdiklərini təsdiq edərək xx.xx.2923-cü ildə vəfat etmiş X6 onun nənəsi olması (qohumluq münasibətində olması) və mərhum nənəsi X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0099, KOD 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0,55 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini bir daha xahiş etmişdir. Maraqlı tərəf Tərtər rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə şahid qismində məhkəmə iclasında ifadə vermiş X15 göstərmuişdir ki, ərizəçini uşaqlıqdan tanımışdır. Belə ki, onun babası X17 ilə qonşuluqda yaşamışlar. Ərizəçinin X2, X20 Əli oglu birinci arvadı X8 və ikinci arvadı X12 olmuşdur. Ərizəçi nənəsi Rəna Məmmədova vəfat edənədək onun yanında yaşamışdır. Bir şahid kimi X6 Ərizəçi ögey nənəsi olduğunu və nənəsindən miras qalmış torpaq sahəsindən istifadə etməsini təsdiq etmişdir. İşdə olan vəsiqə M/V № 003043 saylı vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə vetaranı kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İşdə olan xx.xx.2024-cü il tarixdə verilmiş nikah haqqında arayışdan görünür ki, X24 oglu ilə X12 arasında nikah xx.xx.1985-ci ildə 165 nömrə ilə Tərtər rayon Qeydiyyat şöbəsində qeydə alınmışdır. İşdə olan AZ № 474125 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 05 fevral 1945-ci ildə anadan olmuşdur. Həmin sənəddə ata qrafasında X24 oglu, ana qrafasında X8 qeyd edilmişdir. İşdə olan AZ-İİ № 412645 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2003-cü ildə ölmüşdür. İşdə olan AZ-İİ 412646 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2007-ci ildə ölmüşdür. İşdə olan AZ-İ № 704878 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü ildə ölmüşdür. İşdə olan Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 516 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X3 xx.xx.2003-cü ildə vəfat etmişdir. Mərhumə vəfat edənədək Tərtər rayon Seydimli kəndində yaşamışdır. Vəfatından sonra Seydimli kənd İƏD-i üzrə nümayəndəliyə məlum olan övladı X9 adlı övladı qalmışdır. İşdə olan Tərtər rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 22 saylı qərarı ilə verilmiş «Torpaga Mülkiyyət Hüququna Dair» JN-0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçiləri X17 və X12 qeyd edilmişlər. İşdə olan notarial qaydada təsdiq olunmuş (**********380 saylı) ərizədən görünür ki, X21 oglu bir vərəsə kimi xx.xx.2003-cü ildə vəfat etmiş mərhum anası X4 miras qalmış əmlakı qəbul etməmiş, etmək fikri olmadığını, ondan miras qalmış əmlakın Ərizəçi adına rəsmiləşdirilməsinə razıdır, hər hansı bir etirazı yoxdur. İşdə olan Tərtər rayon Notariat Ofisinin veridiyi notariat hərəkətinin aparılmasından imtina edilməsinə dair əsaslandırılmış 690 saylı qərarı 04 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, Tərtər rayon Seydimli kəndində xx.xx.2003-cü ildə vəfat etmiş X4 miras qalmış əmlaka dair Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İşdə olan Tərtər rayon Seydimli kənd İƏD-i üzrə nümayəndənin verdiyi 62 saylı xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhumə X1 Fərda Hüseyn oğlunun babası mərhum X10 2-ci həyat yoldaşı olmaqla onun ögey nənəsi olmuşdur. X3 vəfat edənədək Ərizəçi ilə birgə yaşamışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbləri haqlı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçi xx.xx.1969-cu ildə Tərtər rayonu, Seydimli kəndində anadan olmuşdur. Onun mərhum ana X20 Əli oglu ilk dəfə X8 ilə faktiki evlənmiş və nikahları xx.xx.1963-cü ildə rəsmiləşdirilmişdir. Onların birgə nikahından xx.xx.1945-ci ildə X5 anadan olmuşdur ki, o da onun anası olmuşdur. Babasının birinci arvadı olan X8 xx.xx.1979-cu ildə vəfat etmişdir. X2 isə xx.xx.2014-cü ildə vəfat etmişdir. X20 Əli oglu birinci arvadı X8 vəfat etdikdən sonra X12 ilə xx.xx.1985-ci ildə rəsmi qaydada nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahından isə X21 oglu adlı uşaqları anadan olmuşdur. X20 Əli oglu xx.xx.2007-ci ildə, nənəsi X12 isə xx.xx.2003-cü ildə vəfat etmişlər. Məhkəmə iclasında izahat vermiş Ərizəçi göstərmişdir ki, X20 Əli oglu birinci arvadı X8 vəfat etdikdən sonra X12 ilə xx.xx.1985-ci ildə rəsmi qaydada nikaha daxil olmaqla evlənmişlər. Onların birgə nikahından isə X21 oglu adlı uşaqları anadan olmuşdur. X20 Əli ogluxx.xx.2007-ci ildə, nənəsi X12 isə xx.xx.2003-cü ildə vəfat etmişlər. X21 oglu mərhum anası X4 miras qalmış əmlakı qəbul etməmişdir (bu faktı təsdiq edən Tərtər rayon Notariat Ofisinə yazılmış ərizəni bu ərizəyə əlavə etmişdir). Əksinə, o, mərhum nənəsi X4 miras qalmış əmlakı qəbul etmişdir. Bu səbəbdən də X20 Əli oglu və nənəsi X12 vəfat etdikdən sonra onlardan miras qalmış əmlaka (Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 №-li qərarı ilə «Torpaga Mülkiyyət Hüququna Dair» JN:0099, kod 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə) dair «Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə» almaq üçün lazımi sənədləri toplayaraq Tərtər rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin Tərtər rayon Xüsusi Notariat Ofisinin 04 oktyabr 2024-cü il tarixli, 690 №-li qərarı ilə ona mirasın qəbulu üçün AR MM-nin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddəti buraxdıgından və mülkiyyəti təsdiq edən sənəddə miras qoyanın adı natamam, atasının adı yoxdur» dəlilini əsas gətirərək «Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə» verilməsindən imtina etmiş və Tərtər Rayon Məhkəməsinə müraciət etməli oldugumu bildirmişdir. Başqa sözlə notariat orqanı lazımı sənədlərin olmamasına və ya təqdim olunmuş sənədlərin natamamlığı səbəbindən «Qanun üzrə vərəsəlik haqqında Şəhadətnamə»nin verilməsindən imtina etmişdir ki, o da bunu qəbul etmişdir. Qanunları bilmədiyi üçün mərhum nənəsi Rəna Məmmədovadan miras qalmış torpaq sahəsini vaxtında öz adına sənədləşdirməmişdir. Bu məsələni başqa qaydada həll etmək, həmçinin bu barədə sənədi başqa qaydada əldə etmək mümkün olmamışdır. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərinə əsasən ərizəsinin təmin edilməsini bir daha xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahid ifadəsi və digər iş materialları ilə müəyyən edilir ki, mərhum X1 Fərda Hüseyn oğlunun (ögey) nənəsi olmuşdur. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətləri faktını müəyyən edir. “Hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 2-ci bəndinə əsasən məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə ( məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün, ailə başçısını itirməyə görə pensiya və ya sosial mavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətlərində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə mərhum X6 onun (ögey) nənəsi olmasını başqa qaydada təsdiq edə bilməməsi, eləcə də notariat orqanının ona vərəsəlik şəhadətnaməsi verməkdən imtina etməsi səbəb olmuşdur. Həmin faktın məhkəmədən kənar təsdiqini ərizəçi başqa vasitələrlə əldə edə bilmir. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Bununla yanaşı ərizəçi ərizəsində miras əmlakın qəbul edilməsi faktınında müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-cü maddəsində göstərilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsində göstərilmişdir ki, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsində göstərilmişdir ki, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən pılmüş elan edilməsi ilə keçir. Həmin Məcəllənin 1146-cı maddəsində göstərilmişdir ki, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qevvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1147.1-ci maddəsində göstərilmişdir ki, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsində göstərilmişdir ki,mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsində göstərilmişdir ki, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsində göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsində göstərilmişdir ki, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.9-cu maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan mirasın qəbul edilməsi faktınınvə vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 307.8-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 308-ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310-cu maddəsinin mənasına görə hüquqi əhəmiyyətli faktın təsdiq edilməsinin ərizəçiyə hansı məqsədlər üçün lazım olması müəyyən edilməlidir. Ərizəçi ərizəsində istinad etdiyi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərırının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 10-cu bəndində göstərilmişdir ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci bəndində göstərilmişdir ki, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-in 9.3-cü maddəsinə görə hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə şərait yaradır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırılan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü ildə vəfat etmiş X6 ərizəçi xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi nənəsi olması faktı müəyyən faktı müəyyən edilməli, eləcə də Ərizəçi xx.xx.2003-cü ildə vəfat etmiş X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0099, KOD 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0,55 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun vərəsəsi kimi qəbul etməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 213, 216-220, 233, 307, 308, 310 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü ildə vəfat etmiş X6 ərizəçi xx.xx.1969-cu il təvəllüdlü Ərizəçi nənəsi olması faktı müəyyən edilsin. Ərizəçi xx.xx.2003-cü ildə vəfat etmiş X4 miras qalmış Tərtər rayon Aqrar İslahat Komissiyasının 18 dekabr 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə “Torpağa Mülkiyyət Hüququna Dair” JN-0099, KOD 61100058 saylı Dövlət Aktı əsasında Tərtər rayonu, Seydimli kəndində verilmiş 0,55 ha ölçüdə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun vərəsəsi kimi qəbul etməsi faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə) Tərtər Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Kamil Rzayev
Məhkəmə qərarları › İş №2(061)-596/2025
Tərtər Rayon Məhkəməsi Qətnamə — İş №2(061)-596/2025
07.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver