Məhkəmə qərarları › İş №2(029)-110/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-110/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-110/2022 12.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək 01 may 1988-ci il tarixdə anadan olmuş X6 10 avqust 1999cu il tarixdə Qusar rayonu Quxuroba kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X5 01 may 1988-ci il tarixdə Qusar rayonunda anadan olmuşdur. Həmin şəxs 10 avqust 1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində vəfat etmiş və həmin kənddə yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Bu yaxınlarda o, yoldaşı X3 pensiya işi ilə əlaqədar olaraq müvafiq sənədlər toplayarkən məlum olmuşdur ki, X5nun ölüm haqqında şəhadətnaməsi yoxdur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin, oradan ona bildirmişlər ki, mərhum X5nun adına ölüm haqqında akt qeydiyyatı tapılmamışdır. Daha sonra o, mərhum oğlu üçün ölüm haqqında şəhadətnamə almaq üçün təkrarən Maraqlı şəxsnə müraciət etmiş, lakin, oradan bildirmişlər ki, mərhumun ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X5 həqiqətən də 10 avqust 1999-cu il tarixdə yaşadıqları Qusar rayonu Quxuroba kəndində vəfat etməsi və Qusar rayonu Quxuroba kəndində yerləşən qəbirstanlıqda dəfn edilməsi müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışla, eləcə də onları tanıyan qohumlar və tanışların ifadələri ilə tam təsdiq olunur. Beləliklə, mərhum X5nun ölümü haqqında şəhadətnamə olmadığından o, sənədləri tamamlaya bilmir. Ona görə də, mərhum X5nun 10 avqust 1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi, o, mərhum oğlunun ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, onun 10 avqust 1999-cu il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Həmçinin bildirmişdir ki, təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin rəisi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək bildirmişdir ki, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bundan başqa bildirmişdir ki, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, X9 01 may 1988-ci ildə Qusar rayonu Quxur-oba kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X4r. İşdə olan Maraqlı şəxsndən verilmiş 200/15 saylı 14 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, X9 haqqında Maraqlı şəxsndə və Maraqlı şəxs arxivində ölüm haqqında akt qeydi tapılmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 14.10.2021-ci il tarixli 209/15 saylı məktubdan görünür ki, X7 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X7 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. İşdə olan X6 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 01 may 1988-ci il tarixdə anadan olmuş, 10 avqust 1999-cu il tarixdə ölmüşdür. İşdə olan Ərizəçi, X1 və X2 birgə tərtib etdikləri 18 oktyabr 2021-ci il tarixli Aktdan görünür ki, X9 01 may 1988-ci ildə Qusar rayonu Quxuroba kəndində anadan olmuşdur. X9 10 avqust 1999-cu il tarixdə qəflətən vəfat etmişdir, Qusar rayonun Quxuroba kənd qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin X5 10 avqust 1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum oğlu Faid Nazirovun ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 01 may 1988-ci il tarixdə Qusar rayonu Quxuroba kəndində anadan olmuş X6 10 avqust 1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 01 may 1988-ci il tarixdə Qusar rayonu Quxuroba kəndində anadan olmuş X6 10 avqust 1999-cu il tarixdə Qusar rayonu Quxuroba kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar