Məhkəmə qərarları › İş №2(029)-117/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-117/2022

12.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-117/2022 12.01.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Nurməmmədova (Ağamirzəyeva) Dilarə Balaqadaş qızının maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Nurməmmədova (Ağamirzəyeva) Dilarə Balaqadaş qızı maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun bacısı Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızının həqiqətən də 17 aprel 1994-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Nurməmmədova (Ağamirzəyeva) Dilarə Balaqadaş qızı ərizəni onunla əsaslandırmışdır ki, onun doğma bacısı Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızı 17 aprel 1994-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində vəfat etmiş və Qusar rayonun Şirvanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt bacısının ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, bacısının vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirtmək istəyir, lakin bacısının ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsində müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. Bacısı Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızı 17 aprel 1994-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində vəfat etməsi və Qusar rayonu Şirvanlı kənd qəbirstanlığında dəfn edilməsi ərizəyə əlavə edilmiş bacısının qəbrinin fotoşəkili, Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyinin 05 oktyabr 2021-ci il tarixli 469 saylı arayışı, 07 may 2021-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, bacısı Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızının həqiqətən də 19 mart 1994-cü il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında müvafiq qeydin aparılması üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Qusar rayon Qeydiyyat şöbəsi bu barədə qeyd aparmaqdan imtina etmişdir. Bacısı Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızının həqiqətən də 17 aprel 1994-cü il tarixdə Qusar rayonun Şirvanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edir ki, bacısı Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızı 30 mart 1980-ci il tarixdə X16 iə nikah bağlayaraq “Babayeva” soyadını qəbul etmişdir Ərizəçi Nurməmmədova (Ağamirzəyeva) Dilarə Balaqadaş qızı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iddianı müdafiə edir. Həmçinin bildirmişdir ki, təyin olunmuş məhkəmə iclaslarına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin rəisi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək bildirmişdir ki, qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bundan başqa bildirmişdir ki, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 184.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyul 2021-ci il tarixli arayışdan görünür ki, X7 xx xxxx 1955-ci ildə Qusar rayonu Şirvanlı kəndində anadan olmuşdur. X1, anası X2r. İşdə olan Qusar rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 22 iyun 2021-ci il tarixli arayışdan görünür ki, X8 19 mart 1959-cu ildə Qusar rayonu Şirvanlı kəndində anadan olmuşdur. X1, anası X2r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 479 saylı 07 may 2021-ci il tarixli arayışdan görünür ki, X8 haqqında Qusar rayon Qeydiyyat şöbəsində və Qusar rayon Qeydiyyat şöbəsinin arxivində ölüm haqqında akt qeydi tapılmamışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 03 mart 2021-ci il tarixli arayışdan görünür ki, X17 ilə X3 nikahı 30 mart 1980-cı il tarixdə 10 nömrəli akt qeydi ilə Qusar rayonu Şirvanlı kənd İƏD üzrə nümayəndəliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra qadına “Babayeva” soyadı verilmişdir. İşdə olan Qusar RİHB-nın Şiravınlı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 05 oktyabr 2021-ci il tarixli 469 saylı arayışdan görünür ki, 19.03.1959-cu il təvəllüdlü X8 17.04.1994-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində vəfat etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05.10.2021-ci il tarixli məktubdan görünür ki, Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızının 19 mart 1994cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızının ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. İşdə olan X3 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 19.03.1959-cu il tarixdə anadan olmuş, 17.04.1994-cü il tarixdə ölmüşdür. İşdə olan X4, X9 və X6 birgə tərtib etdikləri 07 may 2021-ci il tarixli Aktdan görünür ki, Qusar rayonu Şirvanlı (Şirvanovka) kənd sakini olmuş 19.03.1959-cu il təvəllüdlü X8 həqiqətən, 17.04.1994-cü il tarixində, Qusar rayonu Şirvanlı (Şirvanovka) kəndində vəfat etmişdir və həmin tarixdə Şirvanlı (Şirvanovka) qəbirstanlığında dəfn olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin bacısı Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızı 17 aprel 1994-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum bacısı Rəhilə Babayevanın (Ağamirzəyevanın) ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 19 mart 1959-cu il tarixdə Qusar rayonunda anadan olmuş Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızının 17 aprel 1994-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 19 mart 1959-cu il tarixdə Qusar rayonunda anadan olmuş Babayeva (Ağamirzəyeva) Rəhilə Balaqadaş qızının 17 aprel 1994-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar