Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-1209/2021 20.12.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi Qusar rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi Qusar rayon Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizədə Ərizəçi faktiki ünvanı ünvan 1 Nizami rayonu Naxçıvanski küçəsi ev 86 mənzil 86 ünvanda qeydiyyatdadır. Ərizə üzrə tələb isə Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsində nəzərdə tutulan ölümün qeyd edilmə faktının müəyyən edilməsi təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Belə olan halda, hesab edirəm ki, hazırkı ərizə ərizəçinin yaşadığı yer üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.3, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-1209/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-1209/2021
20.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver