Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-121/2024 15.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək oğlu X1 həqiqətən də 05 iyun 2022-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun oğlu X3 xx.xx.1981-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuşdur. Heybətulla Vəlixanov 05 iyun 2002-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində vəfat etmiş və Qusar rayonu Gedəzeyxur kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X7 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, oğlu Heybətullanın vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin oğlunun ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. X7 həqiqətən də 05 iyun 2002-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində vəfat etməsi və həmin kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi oğlunun qəbirinin fotoşəkili və 30 mart 2023-cü il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, X7 05 iyun 2002-ci il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbə bu barədə qeyd aparmaqdan imtina etmişdir. Oğlu Heybətullanın 05 iyun 2002-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək ərizə üzrə tələbi müdafiə etdiklərini, məhkəmə iclasına gələ bilmədiklərini göstərərək işə onların iştirakları olmadan baxıb ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4, 185.5, 185.6-cı maddələrinə əsaslanaraq işə ərizəçinin, onun nümayəndəsi və vəkilinin, maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X3 xx.xx.1981-ci ildə anadan olmuş, atası Ərizəçi, anası X4r. İşdə olan Qusar rayon prokurorluğunun 18 iyun 2002-ci il tarixli “material üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, Qusar rayonu Gedəzeyxur kənd sakini X2 rayonun Köhnə Xudat kəndi yaxınlığında göldə çimərkən boğularaq ölməsi faktı ilə bağlı araşdırma aparılmış, həmin fakt üzrə toplanmış materiallarda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanması rədd edilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 29 mart 2023-cü il tarixli 81 saylı arayışdan görünür ki, 10 yanvar 1981-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 18 sentyabr 2023-cü il tarixli 18-1-54/3-1225/2023 saylı məktubdan görünür ki, Ərizəçi oğlu mərhum X3 05 iyun 2002-ci il tarixdə suda boğularaq (Qusar rayon prokurorluğunun qərarına əsasən) vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə müraciət etməmişdir. Həmin publik hüquqi şəxsdə qeydiyyatda olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05/Q-74-15 saylı məktubdan görünür ki, X2 ölümünün qeydə alınması barədə müraciətlə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X2 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət edilməsi izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1981-ci ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş X2 05 iyun 2002ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Qusar rayonunun Gedəzeyxur kəndində doğulmuş X2 05 iyun 2002-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-121/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-121/2024
15.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver