Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1259/2025 28.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək atası, 01 mart 1932-ci il təvəllüdlü X2 01 mart 1999-cu il tarixdə Qusar rayonu Gündüzqala kəndində vəfat etməsi faktının müəyyən edilməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun atası, 01 mart 1932-ci il təvəllüdlü X4 01 mart 1999-cu il tarixdə Qusar rayonunun Gündüzqala kəndində vəfat etmiş və Gündiizqala kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, X1 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir. Lakin, X1 ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. X1 həqiqətən də 01 mart 1999-cu il tarixdə Qusar rayonunun Gündüzqala kəndində vəfat etməsi və Gündüzqala kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi atasının qəbirinin fotoşəkili, Qusar RİHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndəliyinin 24 noyabr 2025-ci il tarixli arayışı ilə təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, X1 01 mart 1999-cu il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs bu barədə qeyd aparmaqdan imtina etmişdir. X1 həqiqətən də 01 mart 1999-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilmədiyini göstərmiş və işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsaslanaraq işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş 25 noyabr 2025-ci il tarixli 1462 saylı Arayışdan görünür ki, X5 08 sentyabr 1960-cı ildə anadan olmuş, atası X3r. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Gədəzeyxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-63-22/2-A-737-42- 733/2025 saylı arayışdan görünür ki, 01 mart 1932-ci il təvəllüdlü, Qusar rayonu Gündüzqala kəndində anadan olmuş X4 01 mart 1999-cu ildə vəfat etmişdir və Qusar rayonu Gündüzqala kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-54/3-1390/2025 saylı arayışdan görünür ki, Ərizəçi X1 ölüm faktı ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, ölümün qeydiyyatı gecikdiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil və ölüm faktının müəyyən edilməsi, ölüm şəhadətnaməsinin verilməsi üçün Qusar rayon məhkəməsinə müraciət edə bilər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 27 sentyabr 2025-ci il tarixli 3-16-5/8- 15-515/2025 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X2 01 mart 1999-cu il tarixdə Qusar rayonu Gündüzqala kəndində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 01 mart 1932-ci il təvəllüdlü X2 01 mart 1999-cu il tarixdə Qusar rayonu Gündüzqala kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-1259/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1259/2025
28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver