Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-129/2025 13.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nun xx.xx.2024-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. xx.xx.1977-ci il tarixdə nikahı rəsmi qeyd etdirərək xx.xx.1950-ci il təvəllüdlü Qusar rayonu Şirvanlı kənd sakini X4 ilə ailə qurmuşdur. X2 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Qusar rayonu Şirvanlı kənd qəbristanlığında dəfn olunmuşdur. Lakin, X2 vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, əvvəlcə Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət edərək mərhum X2nun adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, lakin həmin sənədin verilməsi mümkün olmamış, həmin publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli məktub verilmişdir. Həmçinin, Maraqlı şəxsnə müraciət edərək mərhum ərinin adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin oradan ona bildirmişlər ki, mərhum X2nun ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və o məhkəməyə müraciət etməlidir. X2 həqiqətən də, xx.xx.2024-cü il tarixdə vəfat etməsi və Qusar rayonu Şirvanlı kənd qəbristanlıqda dəfn edilməsi Qusar rayon Şirvanlı kənd İƏDÜN-yi tərəfindən verilmiş arayışla tam təsdiq olunur. Ona görə də, hesab edir ki, mərhum X2nun xx.xx.2024-cü il tarixdə Qusar rayonunda ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş 14 noyabr 2024-cü il tarixli 583 saylı arayışdan görünür ki, xx.xx.1950-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunun Üzdən-oba kəndində anadan olmuş X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 398 saylı 24 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, Qusar rayonu Şirvanlı kənd sakini, xx.xx.1950-ci ii təvəllüdlü X4, həqiqətən xx.xx.2024-cü il tarixində Qusar rayonun Şirvanlı kəndində vəfat etmişdir. xx.xx.2024-cü il tarixində Şirvanlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Dəfn xərcləri Ərizəçi tərəfindən çəkilmişdir. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X4 xx.xx.1950-ci ildə anadan olmuş, xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan ölüm haqqında tibbi arayışın surətindən görünür ki, X4 xx.xx.2024-cü il tarixdə 18:30 radələrində Qusar rayonu Şirvanlı kəndində ölmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli 3-39-9/2-321/2025 saylı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xitmətindən verilmiş məktubdan görünür ki, Dövlət Təhlükəsizliyi xidməti İstintaq baş idarəsində 10fevral 1950-ci il təvəllüdlü X3 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 3-38-33/2-242/25 saylı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X1 dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeyd edilmişdir. xx.xx.2016-cı il tarixdə ölkə ərazisindən çıxmış, xx.xx.2016-cı il tarixdə ölkə ərazisinə girmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1950-ci il təvəllüdlü X3 06 sentyabr 2024-cü il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi X2nun 06 sentyabr 2024-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X2nun 06 sentyabr 2024-cü il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-129/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-129/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver