Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1330/2025 03.03.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1960-cı il tarixdə anadan olmuş X1 xx.xx.1960-cı il tarixdə Qusar rayonu Qayakənd kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun X2 xx.xx.1960-cı il tarixdə Qusar rayonu Qayakənd kəndində anadan olmuşdur. X2 xx.xx.1960-cı il tarixdə Qusar rayonunda vəfat etmiş və Qusar rayonunun Qayakənd kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda mərhum X1 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin mərhum bacısının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. Bu səbəbdən də, əvvəlcə Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət edərək mərhum X1 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmişdir, lakin həmin sənədin verilməsi mümkün olmamış, həmin publik hüquqi şəxs tərəfindən xx.xx.2025-ci il tarixli məktub verilmişdir. O, X1 həqiqətən də xx.xx.1960-cı il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs bu barədə qeyd aparmaqdan imtina etmişdir. X1 həqiqətən də xx.xx.1960-cı il tarixdə Qusar rayonunda vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. X1 həqiqətən də xx.xx.1960-cı il tarixdə Qusar rayonunda vəfat etməsi və Qusar rayonunun Qayakənd kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi qəbrinin fotoşəkillərlə təsdiq olunur. xx.xx.2026-cı il tarixdə Ərizəçi ərizəsində göstərilənləri müdafiə edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Ərizəçi xx.xx.2026-cı il tarixli məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan sənədlər: xx.xx.2025-ci il tarixli Qusar rayon Qusar Bələdiyyəsindən verilmiş A-136 saylı arayışdan görünür ki, X7 10 iyul 1960-cı il tarixində Qusar rayonunun Qayakənd kəndində anadan olmuşdur. O, 25 oktyabr 1960-cı il tarixində 3 aylıq körpə ikən, qeydiyyatda olduğu və yaşadığı ünvan olan Qusar rayonunun Qayakənd kəndində vəfat etmişdir. X7 həmin kəndin ərazisində yerləşən kənd qəbiristanlığında dəfn olunmuşdur. 20 oktyabr 2025-ci il tarixli X6, X3 və X5 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 31-ci maddəsinə əsasən, faktın məhkəmə qaydasında müəyyən edilməsi üçün aşağıdakı halları şəxsi müşahidələri və kənd əhalisinin ümumi məlumatı əsasında təsdiq edirlər: X7, 10 iyul 1960-cı il tarixində Qusar rayonunun Qayakənd kəndində anadan olmuşdur. O, 25 oktyabr 1960-cı il tarixində, 3 aylıq körpə ikən, qeydiyyatda olduğu və yaşadığı ünvan - Qusar rayonu, Qayakənd kəndində vəfat etmişdir. X7, Qusar rayonunun Qayakənd kənd qəbiristanlığında dəfn olunmuşdur. Qeyd olunan faktlar kənd qəbiristanlığında baxış zamanı və uzun illər kənd ictimaiyyətində formalaşmış ümumi məlumatlar əsasında müəyyən edilmiş və bu akt vasitəsilə təsdiq edilir. Maraqlı şəxsndən verilmiş 29 avqust 2023-cü il tarixli 1019 saylı arayışdan görünür ki, xx.xx.1960-cı ildə Azərbaycan Respublikasının Qusar şəhərində anadan olmuş X4 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Tədbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: M a d d ə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş X4 xx.xx.1960-cı il tarixdə Qusar rayonu Qayakənd kəndində ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi bacısı xx.xx.1960-cı il tarixdə anadan olmuş X4 xx.xx.1960-cı il tarixdə Qusar rayonu Qayakənd kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi bacısı xx.xx.1960-cı il tarixdə anadan olmuş X4 xx.xx.1960-cı il tarixdə Qusar rayonu Qayakənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əli Cəlilov