Məhkəmə qərarları › İş №2(029)-140/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-140/2025

06.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-140/2025 06.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 12 yanvar 1958-ci il tarixdə Qusar rayonunun Kuzun kəndində anadan olmuş X2 08 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Kuzun kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun əri X4 08 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Kuzun kəndində vəfat etmiş və Kuzun kənd qəbirstanlığında dəfn edilmişdir. Qusar Rayon Mərkəzi X6 X1 ölümü haqqında tibbi şəhadətnamənin alınması üçün Qusar rayonu, X9 müdiri tərəfindən 10 saylı ölüm haqqında tibbi arayış verilmişdir. Qusar Rayon Mərkəzi X6 Şəxs xx.xx.2024-cü il tarixli məktubla X2 ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, imtinanın əsası kimi ölümün qeydiyyatının gecikməsi göstərilmiş və bu barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından da görünür ki, «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilə tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2024cü il tarixli məktubu ilə ölümün qeydiyyatının aparılması üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən X2 ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və bu barədə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. X3 08 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Kuzun kəndində vəfat etməsi və Kuzun kənd qəbiristanlığında dəfn olunması faktı ərizəyə əlavə etdiyi Qusar RİHB-nın Zindanmuruq kənd İƏÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı və fotoşəkillərlə tam sübuta yetir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, X4 12 yanvar 1958-ci ildə Qusar rayonu Kuzun kəndində anadan olmuşdur. Bu barədə 01 fevral 1958-ci il tarixdə Qusar RİHB-nın Zindan Muruq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 14 nömrəli doğum haqqında akt qeyd tərtib edilmişdir. İşdə olan Qusar RİHB-nın Zindanmuruq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli 267 saylı arayışdan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə vəfat edib və Qusar rayonu Kuzun kəndində yerləşən Qəbristanlıqda dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxsndən verilmiş 23 oktyabr 2024-cü il tarixli 511 saylı arayışdan görünür ki, xx.xx.1958-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunun Kuzun kəndində anadan olmuş X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X4 xx.xx.1958-cü ildə anadan olmuş, xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli 3-39-9/2-319/2025 saylı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xitmətindən verilmiş məktubdan görünür ki, Dövlət Təhlükəsizliyi xidməti İstintaq baş idarəsində 12 yanvar 1958-ci il təvəllüdlü X2 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 3-38-33/2-243/25 saylı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki. xx.xx.1958-ci il təvəllüdlü X2 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş məktubdan görünür ki, Penitensiar xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1958-ci il təvəllüdlü X4 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1958-ci il təvəllüdlü X2 08 sentyabr 2024-cü il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 12 yanvar 1958-ci il tarixdə Qusar rayonunun Kuzun kəndində anadan olmuş X2 08 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Kuzun kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 12 yanvar 1958-ci il tarixdə Qusar rayonunun Kuzun kəndində anadan olmuş X2 08 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Kuzun kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar