Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-142/2024 14.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 21 iyul 1974-cü il təvəllüdlü həyat yoldaşı X1 həqiqətən də 07 aprel 2002-ci il tarixdə Qusar rayonunun Hil kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx.xx.1977-ci il tarixində Qusar şəhərində anadan olmuşdur. Qusar rayonunun Hil kəndində anadan olmuş xx.xx.1974-cü il təvəllüdlü X3 ilə xx.xx.1998-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişdir. Onların birgə nikahlarından uşağları olmamışdır. Həyat yoldaşı X3 07 aprel 2002-ci il tarixdə Qusar rayonunun Hil kəndində vəfat etmiş və Hil kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt həyat yoldaşı X1 ölməsi ilə əlaqədar aidiyyəti orqanalara rəsmi qaydada müraciət edilmədiyindən Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Bu hal Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 05-Q-907- 15-2023 nömrəli məktubla da təsdiq edilmişdir. Həyat yoldaşı X1 07 aprel 2002-ci ildə Qusar rayonunun Hil kəndində vəfat etməsi faktı Qusar RİHB-nın Hil kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xx.xx.2023-cü il tarixində tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. X1 ölüm faktının müəyyən edilməsi ona vərəsəlik hüquqularının həyata keçrilməsi üçün zəruridir ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli Maraqlı şəxsndən verilmiş çıxarışdan görünür ki, X3 ilə Ərizəçi nikahları xx.xx.1998-ci il tarixdə Qusar rayonu Hil kənd İƏD üzrə nümayəndəliyində rəsmiləşdirilmişdir. İşdə olan Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 1194 saylı arayışdan görünür ki, həqiqətən X3 07 aprel 2002-ci il tarixdə vəfat edib və Hil kəndində yerləşən Qəbristanlıqda dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxsndən verilmiş 16 noyabr 2023-cü il tarixli 609 saylı arayışdan görünür ki, xx.xx.1974-cü ildə Azərbaycan Respublikasının Qusar rayonunun Hil kəndində anadan olmuş X1 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır İşdə olan X7, X4 və X5 tərəfindən tərtib edilmiş 17 noyabr 2023-cü il tarixli aktdan görünür ki, həqiqətən X6 07 aprel 2002-ci il tarixdə vəfat edib və Qusar rayonun Hil kəndində yerləşən Qəbristanlıqda dəfn olunmuşdur. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X3 xx.xx.1974-cü ildə anadan olmuş, xx.xx.2002-ci il tarixdə ölmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli 3-39-9/2-33/2024 saylı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xitmətindən verilmiş məktubdan görünür ki, Dövlət Təhlükəsizliyi xidməti İstintaq baş idarəsində 21 iyul 1974-cü il təvəllüdlü X1 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 3-38-38/2-4989/23 saylı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki. xx.xx.1974-cü il təvəllüdlü X1 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-17/6/2-2/2024 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1974-cü il təvəllüdlü X2 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-93/2- 3286/2023 saylı məktubun surətindən görünür ki, xx.xx.1974-cü il təvəllüdlü X1 xəbərsiz itkin düşməsi haqqında Qusar rayon Polis Şöbəsində hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, 21 iyul 1974-cü il təvəllüdlü X1 07 aprel 2002-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 21 iyul 1974-cü il təvəllüdlü X1 07 aprel 2002-ci il tarixdə Qusar rayonunun Hil kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 21 iyul 1974-cü il təvəllüdlü X1 07 aprel 2002-ci il tarixdə Qusar rayonunun Hil kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-142/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-142/2024
14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver