Məhkəmə qərarları › İş №2(029)-155/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-155/2021

04.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-155/2021 04.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, X1 xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, X3 xx xxx 1990-cı il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuşdur. X9 xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində yaşadıqları evin həyətindəki gilas ağacından sintetik materialdan olan kəndirlə özünü asaraq intihar etmişdir. Bu faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırılma aparılmış, lakin X7 özünü öldürməsi cinayət hadisəsi olmadığından xx xxxxxx 2013-cü il tarixdə “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərar qəbul edilmişdir. X3 xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kənd qəbiristanlığında dəfn edilmişdir. X7 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında müvafiq qeyd aparılmamışdır. Halhazırda o, X1 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir. Lakin qardaşının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığından həmin hüququnu həyata keçirə bilmir. X1 həqiqətən də, xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində vəfat etməsi və xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kənd qəbiristanlığında dəfn edilməsi qəbir daşının fotoşəkili və xx xxxxxxx 2020-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər də təsdiq edə bilərlər. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, ərizəçi X9 onun qohumudur. Ərizəçinin X3 xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində yaşadığı evin həyətində intihar etmiş, xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. Belə ki iş materiallarında olan XV-ЖГ № 263821 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxx 1990-cı il tarixdə anadan olmuşdur. X18, anası X5r. İşdə olan Maraqlı şəxs xx xxxx 2020-ci il tarixli 601 saylı Arayışdan görünür ki, xx xxx 1990-cı il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş X7 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemina xx xxxxxxx 2020-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Qusar rayonu Yuxarı Zeyxur kəndi sakinləri X2, X4 və X6 iştirakları ilə xx xxxxxxx 2020-ci il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində tərtib olunmuş Aktdan görünür ki, X9 xx xxx 1990-cı il tarixdə anadan olmuş, xx xxxxxxxx 2013-cü il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon prokurorunun böyük köməkçisi üçüncü dərəcəli hüquqşünas X11 “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” xx xxxxxx 2013-cü il tarixli qərarından görünür ki, X7 özünü öldürməsi cinayət hadisəsi olmadığından həmin fakta görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə başlanılmış ********* №-li cinayət işi üzrə icraata xitam verilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, xx xxx 1990-cı il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş X9 xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində vəfat etmiş və Qusar rayonu Yuxarı Zeyxur kənd qəbiristanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilməsi hüquqi əhəmiyyəti olan faktları məhkəmə müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında ərizəçi tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirmişdir. Məhkəmə həmin sübutları qanunla müəyyən edilmiş sübutetmə vasitəsi ilə əldə etməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X7 xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində vəfat etməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx xxx 1990-cı il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində anadan olmuş X7 xx xxxxxxxx 2013-cü il tarixdə Qusar rayonu Yuxarı Zeyxur kəndində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar