Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-165/2025 13.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1942-ci il tarixdə Qusar rayonunun Zindanmuruq-qışlaq kəndində anadan olmuş X4 14 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Zindanmuruqqışlaq kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun anası X5 14 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Zindanmuruq-qışlaq kəndində vəfat etmiş və həmin kənd qəbiristanlığında dəfn edilmişdir. Qusar Rayon Mərkəzi X12 X1 ölümü haqqında tibbi şəhadətnamənin alınması üçün müraciət olunmuşdur. Qusar Rayon Mərkəzi X12 Şəxs xx.xx.2024-cü il tarixli məktubla X4 ölümü haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, imtinanın əsası kimi ölümünün qeydiyyatının gecikməsi göstərilmiş və bu barədə məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 444 saylı arayışından görünür ki, X4 ölüm haqqında məlumatın müəyyən edilməsi üçün xx.xx.2024-cü il tarixə kimi yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubu ilə ölümün qeydiyyatının aparılması üçün ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən X4 ölümü haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və bu barədə məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. X2 14 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Zindanmuruq-qışlaq kəndində vəfat etməsi və həmin kənd qəbiristanlığında dəfn olunması faktı ərizəsinə əlavə etdiyi Qusar RİHB-nın Kuzun-qışlaq kənd İƏÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışı, xx.xx.2024-cü il tarixli akt və digər sənədlərlə tam sübuta yetir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar RİHB-nın Kuzunqışlaq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 320 saylı arayışdan görünür ki, Ərizəçi anası xx.xx.1942 ci il təvəllüdlü X5 xx.xx.2024-cü il tarixdə, saat 15-00 radələrində Qusar rayonun Zindanmuruqqışlaq kəndində vəfat etmiş və həmin kəndin qəbristanlığında xx.xx.2024-cü il tarixində dəfn olunmuşdur. İşdə olan 02 oktyabr 2024-cü il tarixli X13, X8 və X9 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar rayon Zindanmuruqqışlaq kənd sakini X5 xx.xx.2024-cü il tarixdə Qusar rayonun Zindanmuruqqışlaq kəndində vəfat etmiş və xx.xx.2024-cü il tarixdə həmin kəndin qəbristanlığında dəfn olunmuşdur. İşdə olan Maraqlı şəxsndən verilmiş 01 oktyabr 2024-cü il tarixli 444 saylı arayışdan görünür ki, xx.xx.1942-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunun Zindan Muruq kəndində anadan olmuş X4 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxsndən verilmiş 03 oktyabr 2024-cü il tarixli 456 saylı arayışdan görünür ki, X6 barəsində Qusar RİHB-nın Zindan Muruq kənd İƏD üzrə nümayəndəliyində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan 15 noyabr 2024-cü iltarixli 073 saylı Qusar rayonu Kuzunqışlaq Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, Ərizəçi mərhm anası X3 rayonu Zindanmuruqqışlaq kəndində 14 sentyabr 2024-cü ildə vəfart etmiş və Zindanmuruqqışlaq kənd qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda qəbirüstü baş-daşı qoyulmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1942-ci il tarixdə Qusar rayonunun Zindanmuruq-qışlaq kəndində anadan olmuş X4 14 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Zindanmuruq-qışlaq kəndində ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və xx.xx.1942-ci il tarixdə Qusar rayonunun Zindanmuruq-qışlaq kəndində anadan olmuş X4 14 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Zindanmuruq-qışlaq kəndində ölməsi faktı faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1942-ci il tarixdə Qusar rayonunun Zindanmuruq-qışlaq kəndində anadan olmuş X4 14 sentyabr 2024-cü il tarixdə Qusar rayonunun Zindanmuruq-qışlaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-165/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-165/2025
13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver