Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-172/2022 03.02.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun X1 27 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 26 iyul 2003-cü il tarixdə nikahı rəsmi qeyd etdirərək Qusar rayonu Aşağı İmamqulukənd kənd sakini X6 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 08 iyun 2005-ci il tarixdə X8 və 11 yanvar 2007-ci il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. X2 27 oktyabr 2021-ci il tarixdə vəfat etmiş, Qusar rayonu Aşağı İmamqulukənd kənd qəbirstanlığında dəfn olunmuşdur. X1 ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, əri Bəxtiyar Saruxanovun vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, habelə yetkinlik yaşına çatmamış uşaqları üçün əhalinin sosial müdafiəsi orqanları vasitəsi ilə ailə başçısını itirməyə görə müavinat təyin etdirmək istəyir. Lakin, əri Bəxtiyar Saruxanovun ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsində müvafiq qeyd aparılmadığına görə həmin hüququnu həyata keçirə bilmir. Bəxtiyar Saruxanovun 27 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində vəfat etməsi və Qusar rayonu Aşağı İmamqulukənd kənd qəbirstanlığında dəfn edilməsi, qəbir daşının şəkli ilə, Aşağı İmamqulukənd kənd tibb məntəqəsinin verdiyi 29 oktyabr 2021-ci il tarixli arayışı və 29 oktyabr 2021-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, əri Bəxtiyar Saruxanovun həqiqətən də 27 oktyabr 2021-ci il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, həmin şöbə bu barədə qeyd aparmaqdan imtina etmişdir. Onun əri Bəxtiyar Saruxanovun həqiqətən də 27 oktyabr 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının, habelə yetkinlik yaşına çatmamış uşaqlarının sosial müavinət hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, iş üzrə məhkəmə iclaslarına gələ bilmir, ona görə də, işə onun iştirakı olmadan baxaraq ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Həmçinin, o, mülki işin materiallarına iş üzrə sübutları- 29 oktyabr 2021-ci il tarixli aktı, Qusar rayonu Aşağı İmamqulukənd kənd sakinləri X9 və X4 izahatlarının, onların şəxsiyyət vəsiqələrinin surətlərinin, habelə Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyinin 23 dekabr 2021-ci il tarixli, 818 saylı arayışının əlavə edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şöbənin rəisi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş və iş üzrə qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 049683 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X15 arasında 26 iyul 2003-cü il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kənd İƏD nümayəndəliyində 15 nömrəli akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərizəçiyə “Saruxanova” soyadı verilmişdir. İşdə olan AZ-İ 578839 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 08 iyun 2005-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində anadan olmuş, atası X6, anası Ərizəçidır. İşdə olan AZ-İ 886931 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 11 yanvar 2007-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində anadan olmuş, atası X6, anası Ərizəçidır. İşdə olan X5, X4 və X9 29 oktyabr 2021-il tarixdə tərtib etdikləri aktdan görünür ki, onların qonşusu, Qusar rayonu Aşağı İmamqulukənd kənd sakini X6 27 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində vəfat etmiş və Aşağı İmamqulukənd kənd qəbirstanlığında dəfn olunmuşdur. X3 ölümündən sonra onun yetkinlik yaşına çatmayan uşaqları 08 iyun 2005-ci il təvəllüdlü X8 və 27 yanvar 2007-ci il təvəllüdlü X7 həyat yoldaşı Ərizəçi himayəsində qalmışlar. İşdə olan X9 izahatından görünür ki, Qusar rayonu Aşağı İmamqulukənd kənd sakini X6 27 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində vəfat etmiş və Aşağı İmamqulukənd kənd qəbirstanlığında dəfn edilmişdir. X6 onun qonşusu olmuşdur və o, X3 dəfn mərasimində iştirak etmişdir. İşdə olan X4 izahatından görünür ki, Qusar rayonu Aşağı İmamqulukənd kənd sakini X6 27 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində vəfat etmiş və Aşağı İmamqulukənd kənd qəbirstanlığında dəfn edilmişdir. X6 onun qonşusu olmuşdur və o, X3 dəfn mərasimində iştirak etmişdir. İşdə olan Qusar RİHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 818 saylı 23 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, 27.02.1971-ci il təvəllüdlü Qusar rayonu Aşağı İmamqulukənd kənd sakini X6 27 oktyabr 2021-ci il tarixində vəfat etmişdir və Aşağı İmamqulukənd kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 908 saylı 18 noyabr 2021-ci il tarixli arayışdan görünür ki, X3 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 18.11.2021-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan X3 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 27.02.1971-ci ildə anadan olmuş, 27.10.2021-ci il tarixdə ölmüşdür. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin X16 Məntəqəsindən verilmiş 29.10.2021-ci il tarixli arayışdan görünür ki, 27.02.1971-ci il təvəllüdlü X6 27 oktyabr 2021-ci il tarixdə qəflətən ürək çatışmamazlığından dünyasını dəyişmişdir. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 18.11.2021-ci il tarixli 05-Q-265/15 saylı məktubdan görünür ki, X3 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X3 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi Ərizəçi izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin X2 27 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində ölmüş və həmin kənd qəbiristanlığında dəfn olunmuşdur. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum əri Bəxtiyar Saruxanovun ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 27 fevral 1971-ci il təvəllüdlü X3 27 oktyabr 2021-ci il tarixdə Qusar rayonun Aşağı İmammqulukənd kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 27 fevral 1971-ci il təvəllüdlü X3 27 oktyabr 2021-ci il tarixdə Qusar rayonu Aşağı İmamqulukənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev
Məhkəmə qərarları › İş №2(029)-172/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-172/2022
03.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver