Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-180/2023 02.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ X12 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək atası X1 04 mart 2020-ci il tarixdə Qusar rayonu Avaran kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, atası X3 01 aprel 1942-ci il tarixdə Qusar rayonu Avaran kəndində anadan olmuşdur. O, bir ildən çox ürək xəstəliyindən əziyyət çəkmiş, daim bədənində olan ağrılardan şikayət etmişdir. Mərhum atası X1 ailə üzvləri və qonşuları ilə münasibəti yaxşı olmuş, heç kimlə mübahisəsi və ədavəti olmamışdır. Səhhətində olan problemlərə görə atası 04 mart 2020-ci il tarixdə yaşadığı evin pilləkəninin dəmir tirindən kəndir vasitəsilə asaraq intihar etmişdir. Mərhum atası X7 rayonu Avaran kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt mərhum atasının ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, mərhum atasının vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin atasının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. Mərhum atası X1 04 mart 2020-ci il tarixdə Qusar rayonu Avaran kəndində vəfat etməsi və həmin tarixdə Qusar rayonu Avaran kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi atasının qəbrinin fotoşəkili və 16 iyun 2020-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, mərhum atası Şahismayıl Vəlixanovun 04 mart 2020-ci tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbə bu barədə qeyd aparmaqdan imtina etmişdir. Mərhum atası Şahismayıl Vəlixanovun 04 mart 2020-ci il tarixdə Qusar rayonu Avaran kəndində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbini müdafiə edərək tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək iş üzrə qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmış, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, Qusar rayonu Avaran kəndində yaşayır, Ərizəçi onun həmkəndlisidir. Həmin şəxsin atası Şahismayıl Vəlixanovu yaxşı tanımış, sonuncu ağır xəstəlikdən əziyyət çəkmiş, buna görə çoxlu miqdarda dərmanlar qəbul etmişdir. X4 ağrıları kəskinləşmiş, qəbul etdiyi dərmanların təsiri olmamamış və 04 mart 2020-ci il tarixdə yaşadığı evində özünü asaraq intihar etmişdir. X6 həmin tarixdə Qusar rayonu Avaran kənd qəbiristanlığında dəfn olunmuş, o, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid Fərman Xələfovun qeyd etdiyi xüsusatları təsdiq etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Vİİ-ЖГ 327635 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1980-ci ildə anadan olmuş, atası X2r. İşdə olan Qusar rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə icraata X1 intihar etməsində cinayət hadisəsi olmadığına görə xitam verilmişdir. İşdə olan KOD 30103018 JN-453F saylı 08 sentyabr 2005-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Avaran kənində yerləşən 0.23 hektar həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 11 dekabr 1997-ci il tarixli 17/2 saylı qərarı ilə X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 18 iyun 2020-ci il tarixli 352 saylı arayışdan görünür ki, xx.xx.1942-ci il tarixdə Qusar rayonu Avaran kəndində anadan olmuş X1 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2020-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05-Q-21/15 saylı məktubdan görünür ki, X1 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, atası X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi Ərizəçi izah edilmişdir. İşdə olan Seriya AZE 03040002 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1942-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1942-ci ildə Qusar rayonu Avaran kəndində anadan olmuş X1 04 mart 2020-ci il tarixdə Qusar rayonun Avaran kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1942-ci il tarixdə Qusar rayonunun Avaran kəndində doğulmuş X1 04 mart 2020-ci il tarixdə Qusar rayonu Avaran kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-180/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-180/2023
02.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver