Məhkəmə qərarları › İş №2(029)-189/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-189/2024

09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-189/2024 09.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğma bacısı, 28 fevral 1978-ci il tarixdə Xaçmaz rayonunun Fərzəli-oba kəndində anadan olmuş X5 19 yanvar 2011-ci il tarixdə Qusar rayonunun Düztahir kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun doğma bacısı, 28 fevral 1978-ci il tarixdə Xaçmaz rayonunun Fərzəli-oba kəndində anadan olmuş X7 19 yanvar 2011-ci il tarixdə Qusar rayonunun Düztahir kəndində vəfat etmiş və Düztahir kənd qəbirstanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsinin vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, bacısı X4 miras qalmış əmlak barəsində vərəsəlik hüquqlarını həyata keçirmək istəyir. Lakin X1 ölümü haqqında Qusar rayon Qeydiyyat şöbəsində müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. Ona görə də X1 ölməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi zəruridir. X1 həqiqətən də 19 yanvar 2011-ci il tarixdə Qusar rayonunun Düztahiq kəndində vəfat etməsi və Düztahir kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi bacısının qəbrinin fotoşəkili, Qusar RİHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyini arayışı və bu faktı təsdiq edən şahidlərin iştirakı ilə tərtib edilmiş aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, X1 həqiqətən də 19 yanvar 2011-ci il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Qusar rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Qusar rayon Qeydiyyat şöbəsi bu barədə qeyd aparmaqdan imtina etmişdir. X1 həqiqətən də 19 yanvar 2011-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 27 yanvar 2021-ci il tarixli 51/69 saylı Qusar rayon qeydiyyat şöbəsindən verilmiş çıxarışdan görünür ki, X5 28 fevral 1978-ci ildə Xaçmaz rayon Fərzəli-oba kəndində anadan olmuşdur. Bu barədə 20 mart 1978-ci il tarixdə Xaçmaz rayon Köhnə-Xudat icra nümayəndəliyində 09 nömrəli doğum haqqında akt qeydi ilə tərtib olunmuşdur. X2, X11r. İşdə olan АЗБ 079770 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1971-ci il tarixdə Qusar rayonu Düztahir kəndində anadan olmuşdur. X3, anası X12r. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X7 28 fevral 1978-ci ildə anadan olmuş, 19 yanvar 2011-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 417 saylı 07 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1978-ci il tarixdə Xaçmaz rayonu Fərzəli oba kəndində anadan olmuş X7 həqiqətən 11 yanvar 2011-ci il tarixdə Qusar rayonun Düztahir kəndində vəfat etmiş və Düztahir kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan X10, X6 və X13 iştirakları ilə tərtib edilmiş 07 dekabr 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.1978-ci il tarixdə anadan olmuş X7 həqiqətən 11 yanvar 2001ci il tarixdə Qusar rayonun Düztahir kəndində vəfat etmiş və Düztahir kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 3-39-9/2-928/24 saylı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xitmətindən verilmiş məktubdan görünür ki, Dövlət Təhlükəsizliyi xidməti İstintaq baş idarəsində 28 fevral 1978-ci il təvəllüdlü X5 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. İşdə olan 06 mart 2024-cü il tarixli 3-38-2/33-792/24 saylı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, 28 fevral 1978-ci il təvəllüdlü X5 dövlət sərhədindən hərəkəti və xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda 28 fevral 1978-ci il təvəllüdlü Pərvanə İmaməddin qızının Cəfərova adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş 01 mart 2024-cü il tarixli 3-13- 93/2-4272/2024 saylı məktubun surətindən görünür ki, 28 fevral 1978-ci il təvəllüdlü X5 xəbərsiz itkin düşməsi haqqında Qusar rayon Polis Şöbəsində hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, 28 fevral 1978-ci il təvəllüdlü X5 19 yanvar 2011ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi doğma bacısı 28 fevral 1978-ci il təvəllüdlü X5 19 yanvar 2011-ci il tarixdə Qusar rayonunun Düztahir kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi doğma bacısı 28 fevral 1978-ci il təvəllüdlü X5 19 yanvar 2011-ci il tarixdə Qusar rayonunun Düztahir kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar