Məhkəmə qərarları › İş №2(029)-215/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-215/2025

08.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-215/2025 08.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.21961 -ci il tarixdə Qusar rayonunun Balaqusar kəndində anadan olmuş X1 03 iyun 2024-cü il tarixdə Qazaxıstan Respublikasında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, mərhum X1 doğum tarixi xx.xx.21961 yazılmışdır. Hazırda həmin səhvin düzəldilməsini anasının doğum tarixi xx.xx.1961 kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun anası X6 03 iyun 2024-cü il tarixdə Qazaxıstan Respublikasında vəfat etmiş və 06 iyun 2024-cü il tarixdə Qusar rayonu, Balaqusar kəndinə gətirilməklə həmin tarixdə Balaqusar kənd qəbiristanlığında dəfn edilmişdir. X1 ölümü haqqında şəhadətnamənin alınması üçün Maraqlı şəxsnə xx.xx.2024cü il tarixdə ərizə ilə müraciət olunmuş, Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubla ərizənin təmin edilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 653 saylı arayışından görünür ki, X3 ölümü haqqında məlumatın müəyyən edilməsi üçün xx.xx.2024- cü il tarixə kimi yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. X1 03 iyun 2024-cü il tarixdə Qazaxıstan Respublikasında vəfat etməsi və 06 iyun 2024-cü il tarixdə Qusar rayonu, Balaqusar kəndinə gətirilməklə 06.06. 2024-cü il tarixdə həmin kənd qəbiristanlığında dəfn olunması faktı ərizəsinə əlavə etdiyi Qusar RİHBnın Balaqusar kənd İƏÜ nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 585 saylı arayışı, xx.xx.2024-cü il tarixli akt və digər sənədlərlə tam sübuta yetir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İİ-ИЕ 062919 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 15 yanvar 1961-ci ildə Qusar rayonundan anadan olmuşdur. İşdə olan Qusar RİHB-nın Balaqusar kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 03 dekabr 2024-cü il tarixli 585 saylı arayışdan görünür ki, Qusar rayonu Balaqusar kəndində qeydiyyatda olub Qazaxıstan respublikasında yaşayan mərhum X6 həqiqətən də xx.xx.2024-cü il tarixdə- Qazaxıstan respublikasında vəfat etmişdir və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Qusar rayonu Balaqusar kəndinə gətirilərək həmin tarixdə Qusar rayonı Balaqusar kənd qəbristanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 03 dekabr 2024-cü il tarixli 653 saylı arayışdan görünür ki, xx.xx.1961-ci ildə Azərbaycan Respublikasının Qusar rayonunun Balaqusar kəndində anadan olmuş X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X6 xx.xx.1961-ci ildə anadan olmuş, xx.xx.2024-cü il tarixdə ölmüşdür. İşdə olan 05 iyun 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X3 cəsədinin Astana şəhərindən Bakı şəhərinə daşınması üçün X3 cəsədi 10% formalin məhlulu ilə emal edilmişdir. İşdə olan Ərizəçi, X4 və X2 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.1961-ci il təvəllüdlü Qusar rayonu Balaqusar kəndində qeydiyyatda olan X6 həqiqətəndə xx.xx.2024cü il tarixdə Qazaxstan Respublikasında vəfat etmişdir və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasına gətirilərək Qusar rayonu Balaqusar kənd qəbirstanlığında həmin tarixdə dəfn edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1961-ci il tarixdə Qusar rayonunun Balaqusar kəndində anadan olmuş X3 03 iyun 2024-cü il tarixdə Qazaxstan Respublikasında ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və ərizəçinin anası xx.xx.1961ci il tarixdə Qusar rayonunun Balaqusar kəndində anadan olmuş X3 03 iyun 2024-cü il tarixdə Qazaxstan Respublikasında ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi anası, xx.xx.1961-ci il tarixdə Qusar rayonunun Balaqusar kəndində anadan olmuş X3 03 iyun 2024-cü il tarixdə Qazaxstan Respublikasında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar