Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-236/2023 23.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, X1 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun mərhum anası X11 13 oktyabr 1955-ci ildə Qusar rayonu Cibir kəndində anadan olmuşdur. Uzun sürən xəstəlikdən sonra mərhum anası 30 oktyabr 2001-ci il tarixdə yaşadıqları Qusar rayonu Cibir kəndində vəfat olmuş və Cibir kəndində yerləşən qəbristanlıqda dəfn etmişdir. Mərhum anası X5 adında vəfat etməmişdən əvvəl Qusar rayonu Cibir kənd ərazisində pay torpaq sahəsi olmuşdur və hal-hazırda həmin torpaq sahəsi onun miras kütləsinə daxildir. O, mərhum X1 qanun üzrə birinci dərəcəli vərəsəsidir. Bu yaxınlarda o, həmin pay torpaq sahəsini tərəfindən qəbul edilməsi üçün müvafiq sənədlər toplayarkən məlum olmuşdur ki, mərhum X1 ölüm haqqında şəhadətnaməsi yoxdur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin ona bildirmişlər ki, mərhum X1 ölüm haqqında akt qeydiyyatı yoxdur. Daha sonra o, mərhum anası üçün ölüm haqqında şəhadətnamə almaq üçün təkrarən Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan bildirmişlər ki, mərhum anasının ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X1 həqiqətən də 30 oktyabr 2001-ci il tarixdə yaşadıqları Qusar rayonu Cibir kəndində vəfat etməsi və 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində yerləşən qəbirstanlıqda dəfn edilməsi müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışla, eləcə də onları tanıyan qohumlar və tanışların ifadələri ilə tam təsdiq olunur. Beləliklə, mərhum X1 ölümü haqqında şəhadətnamə olmadığından o, özünün vərəsəlik hüququnu həyata keçirə bilmir. Ona görə də, mərhum X1 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonu Cibir kəndində vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi o, mərhum X1 ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, onun 30 oktyabr 2001-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, ərizəni müdafiə edir. Həmçinin şəxsi işləri ilə əlaqədar 23 may 2023-cü il tarixə saat 10:30a təyin oİunmuş məhkəmə iclasına gələ bilmir işe onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Vİİİ-ЖГ № 315201 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1981-ci il tarixdə Qusar rayonu Cibir kəndində anadan olmuşdur. X3, anası X7r. İşdə olan Maraqlı şəxsndən verilmiş 561 saylı 06 dekabr 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1955-ci il tarixdə Qusar rayonu Cibir kəndində anadan olmuş Həmzətova (Cəbrayılova) Fizabani Abdurza qızının ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan X4 qəbrinə aid fotoşəkildən görünür ki, həmin şəxs 13 oktyabr 1955-ci il tarixdə anadan olmuş, 30 oktyabr 2001-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar RİHB-nın Piral kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 08 dekabr 2022-ci il tarixli 680 saylı məktubdan görünür ki, həqiqətən X11 30 oktyabr 2001-ci ildə Qusar rayonu Cibir kəndi ndə vəfat etmiş və Cibir kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-17/6/2-4010/2023 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda X10 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş xx.xx.2023-cü il tarixli 3-38-33/2-1480/23 saylı məktubdan görünür ki, X4 barəsində dəqiq təyinedici məlumatlar (doğum tarixi, pasport nömrəsi) olmadığından sorğunun cavablandırılması imkanları xaricindədir. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-93/2- 6593/2023 saylı məktubun surətindən görünür ki, vətəndaş X4 ölməsi haqqında Qusar RPŞ-də heç bir məlumat yoxdur. İşdə olan JN-155 KOD 30119028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat komissiyasının 22 iyul 1997-ci il tarixli 09 saylı qərarı ilə Qusar rayonu Cibir kəndi ərazisində X9, X8, X6, Ərizəçi, X12 5.72 ha torpaq sahəsi xüsusi mülkiyyətlərinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin anası, X11 13 oktyabr 1955-ci il tarixdə Qusar rayonunun Cibir kəndində anadan olmuşdur. 30 oktyabr 2001-ci ildə X2 rayonunun Cibir kəndində ölmüşdür və Cibir kənd qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum anası Fizabani Cəbrayılovanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X4 30 oktyabr 2001-ci il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X4 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonunun Cibir kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X4 30 oktyabr 2001-ci il tarixdə Qusar rayonunun Cibir kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-236/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-236/2023
23.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver