Məhkəmə qərarları › İş №2(029)-273/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-273/2024

30.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-273/2024 30.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X18 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, q, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərərək, və üçüncü şəxs X5 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X6 iştirakı ilə bağlanmış, üçüncü şəxs X12 tərəfindən birgə uşaqları, 02 aprel 2015-ci il təvəllüdlü X2 üçün hər ay cəmi 170 (yüz yetmiş) manat aliment verilməsinə razılığına dair 04 oktyabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə; mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciəti ilə əlaqədar ödədiyi 100 (yüz) manat dövlət rüsumunun, vəkil xidmətindən istifadəyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına l00 (yüz) manat və mediasiya prosesi ilə Qusar 1 saylı Mediasiya təşkilatının hesabına ödədiyi 200 (iki yüz) manat mediasiya xərclərinin, ümumilikdə 400 (dördi yüz) manat pulun üçüncü şəxs X4 alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 2014-cü ildə nikahı rəsmi qeyd etdirmədən maraqlı şəxs X12 ilə evlənmiş, birgə yaşadıqları müddətdə onların 02 aprel 2015-ci il tarixə X13 adlı 1 uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, X4 ayrılmışdır. Ayrıldıqdan sonra azyaşlı uşaq onun himayəsində qalmışdır. O, maraqlı şəxs X12 ilə birgə uşaqları 02 aprel 2015-ci il təvəllüdlü X2 üçün aliment tələbinə dair təkliflə X8, daha sonra isə üçüncü şəxs Qusar 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində X12 ilə aliment tələbinə dair mübahisəni mediasiya vasitəsi ilə həll etməyə razılaşmışlar. 04 oktyabr 2023-cü il tarixdə onun, maraqlı şəxs X5 və üçüncü şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru X6 arasında xx.xx.2023-cü il tarixli 3 tərəfli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən üçüncü şəxs X12 birgə uşaqları 02 aprel 2015-ci il təvəllüdlü X1 üçün hər ay cəmi 170 (yüz yetmiş) manat aliment verməyə razılıq vermiş, bu barədə aralarında mediatorun da iştirakı ilə 3 tərəfli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin bağlanmasından sonra ötən 3 aydan artıq müddət ərzində maraqlı şəxs X12 barışıq sazişinə uyğun olaraq ona cəmi 200 manat aliment ödəmiş, sonra isə alimenti ödəməkdən yayınmağa, barışıq sazişinin şərtlərini pozmağa başlamışdır. Hal-hazırda maraqlı şəxs X5 aliment üzrə ona xeyli borcu yığılmışdır. Faktiki olaraq maraqlı şəxs X12 barışıq sazişini icra etmir, barışıq sazişini icra etməkdən boyun qaçırır. Onun maraqlı şəxs X12 ilə bağladığı xx.xx.2023-cü il tarixli barışıq sazişinin 8-9-cü bəndlərinə əsasən saziş könüllü icra edilmədiyi halda tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı Tərəf digər tərəfə qarşı Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. O, maraqlı şəxs X12 ilə xx.xx.2023-ci il tarixli barışıq sazişini bağladığı zaman 200 (iki yüz) manat mediasiya xərclərini ödəmiş, habelə hal-hazırkı ərizənin verilməsi üçün 100 (yüz) manat dövlət rüsumunu və vəkil xidmətindən istifadəyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına 100 (yüz) manat ödəmişdir. Həmin xərclər müvafiq olaraq maraqlı şəxs X4 alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq edərək izahatında göstərdi ki, qızı Ərizəçi birinci qrup əlildir. Qızı ilə Vadir Babayev arasında barışıq sazişi bağlansa da, sonuncu alimenti könüllü olaraq ödəmir, bundan yayınır. Yalnız oktyabr ayında ödəniş etmiş, noyabr, dekabr ayları üçün ödəniş etməmiş, hazırkı ərizə ilə məhkəməyə müraciət olunduqdan sonra isə 27 yanvar 2024-cü il tarixdə noyabr ayı üçün 170 manat aliment ödəmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs X12 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatorı X11 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan mediatorı X6 iştirakı ilə Ərizəçi ilə X12 arasında bağlanmış 04 oktyabr 2023-cü il tarixli barışıq sazişindən görünür ki, X3 Roza İbrəmxəlil qızına 02 aprel 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat miqdarda alimentin ödənilməsini öhdəsinə götürmüşdür. Göründüyü kimi, Ərizəçi ilə maraqlı şəxs Vadir Babayev arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, X12 tərəfindən Ərizəçi 02 aprel 2015-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat miqdarda alimentin ödnilməsinə dair Ərizəçi ilə X12 arasında mediator X6 iştirakı ilə bağlanmış 04 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, Ərizəçi barışıq sazişinin təsdiqlənməsi üçün ödədiyi 200 (iki yüz) manat, məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədəyi 100 (yüz) manat, vəkil xidmətindən istifadəyə görə xidmət haqqı kimi Qusar Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 100 (yüz) manat, cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti maraqlı şəxs Vadir Babayevdən alınaraq Ərizəçi verilməsi tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X12 tərəfindən Ərizəçi 02 aprel 2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat miqdarda alimentin ödənilməsinə dair Ərizəçi ilə X12 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X6 iştirakı ilə bağlanmış 04 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq olunsun. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, vəkil xidmətindən istifadəyə görə Qusar Rayon Vəkil Bürosunun hesabına ödənilmiş 100 (yüz) manat xidmət haqqı, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcləri, cəmi 400 (dörd yüz əlli) manat məbləğində pul vəsaiti X4 tutularaq Ərizəçi İbramxəlil qızına verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar