Məhkəmə qərarları › İş №2(029)-276/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-276/2024

30.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-276/2024 30.01.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin Məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə məhkəməyə müraciət edərərək, Maraqlı şəxs1 ilə aralarında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023cü il tarixli Barışıq Sazişini təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, nikahı 12 iyul 2012-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 74 nömrəli akt qeydi ilə rəsmiləşdirməklə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların 17 aprel 2013-cü il təvəllüdlü X4 və 14 yanvar 2019cü il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Maraqlı şəxs1 ayrılmışdır. Ayrılmaqlarının səbəbi Maraqlı şəxs1 ailənin qayğısına qalmaması, ona həyat yoldaşı kimi hörmət etməməsi olmuşdur. Artıq uzun müddətdir ki, ayrılmışlar və ayrıldıqları vaxtdan övladları ilə birgə anasına məxsus olan evdə yaşayır. Maraqlı şəxs1 ilə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədən kənar həll edilməsi üçün Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Müraciəti əsasında MŞQ/MT-027/2023-01920 saylı mediasiya işi açılmış və baxılması üçün mediatora həvalə edilmişdir. Mediatorun iştirakı ilə mübahisənin müzakirəsi zamanı müəyyən razılaşma əldə olunmuş və bu barədə Maraqlı şəxs1 ilə aralarında Barışıq Sazişi imzalanmışdır. Barışıq Sazişinə əsasən, onlar 17 aprel 2013-cü il təvəllüdlü X4 və 14 yanvar 2019-cü il təvəllüdlü X3 onun himayəsində saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatana kimi Maraqlı şəxs1 yanvar ayından başlayaraq onun xeyrinə hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, ümumilikdə 300 (üç yüz) manat aliment ödəməsi barədə razılığa gəlmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs1 (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “Tərəflər” nikahı davam etdirməyə qərar gəlməmişlər. “Tərəflər” uşaqların himayədə saxlanılması və aliment tələbinə dair tələbinə dair razılığa gələrək barışıq sazişini aşağıdakı şərtlərlə bağlayırlar:

1. xx.xx.2013 təvəllüdlü X5 və xx.xx.2019 təvəllüdlü X6 “Birinci tərəf’in himayəsində saxlanılmasına və yaşayış yerinin “Birinci tərəfin yaşadığı ünvanda - ünvan 1i tərəf” etiraz etmir.

2. “İkinci tərəf” xx.xx.2013 təvəllüdlü X1 və xx.xx.2019 təvəllüdlü X3 yetkinlik yaşma çatana qədər saxlanılması üçün “Birinci tərəfə 2024-cü ilin yanvar ayından başlayaraq hər ay hər uşağa bank kartı vasitəsilə 150 manat, cəmi 300 manat aliment ödəməyi öhdəsinə götürür. İşdə olan AZ-İİİ 086989 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 17 aprel 2013-cü il tarixdə Quba şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs1, anası X2r. İşdə olan AZ-İV 223802 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 14 yanvar 2019-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. Atası Maraqlı şəxs1, anası Ərizəçidır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs1 12 iyul 2012-ci il tarixdə nikaha daxil olmuş, tərəflərin birgə nikahından 17 aprel 2013-cü il təvəllüdlü X4 və 14 yanvar 2019-cü il təvəllüdlü X6 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-ci il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə nikahın pozulması, uşağın tərəflərdən hansının yanında qalması, aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, hər iki tərəf nikahın pozulmasına razıdır və bununla bağlı məhkəməyə müraciət edəcəklər. Həmçinin, müəyyən edilmişdir ki, birgə nikahdan doğulmuş uşaqlar anasının yanında qalacaq və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün atadan aliment tutulacaqdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs1 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar