Məhkəmə qərarları › İş №2(029)-282/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-282/2021

17.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-282/2021 17.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölüm faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək bacısı X1 xx xxx 1987-ci il tarixdə Qusar şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun bacısı X3 xx xxxxxx 1986-cı il tarixdə Qusar şəhərində anadan olmuş, doğumundan sonra cəmi altı aya yaxın yaşamış, sonra isə xəstələnib Qusar şəhərində ölmüş, Qusar rayonu Mucuq kənd qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt bacısının ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda onun atası X5 da ölmüşdür. Bacısının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün o, atasından miras qalmış əmlak barəsində vərəsəlik hüququnu həyata keçirə bilmir. Bacısının həqiqətən də, xx xxx 1987ci il tarixdə Qusar şəhərində ölməsi və Qusar rayonu Mucuq kənd qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi xx xxxxxx 2021-ci il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, bacısının həqiqətən də xx xxx 1987-ci il tarixdə ölməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin şöbə bu barədə qeyd aparmaqdan imtina etmişdir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Bacısının ölməsi faktının müəyyən edilməsi onun atasının mirasına dair vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərilən halları təsdiq edərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, həmin şöbənin rəisi X10 isə məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında arayışlardan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Ərizəçi və xx.xx.1986-cı il təvəllüdlü X1 valideynləri eyni şəxslər olmaqla onlar doğma bacı-qardaşdırlar. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 80 saylı arayışdan görünür ki, X1 barəsində həmin şöbə üzrə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan X4, X11 və X7 tərəfindən tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli aktdan görünür ki, X2 və X6 xx xxxxxx 1986-cı il tarixdə X3 adlı bir uşaqları anadan olmuşdur. Həmin uşaq xx xxx 1987-ci il tarixdə Qusar şəhərində ölmüş və Qusar rayonu Mucuq kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan X4, X11 və X7 tərəfindən məhkəməyə göndərilmiş izahatlardan görünür ki, onlar yuxarıda göstərilən aktda göstərilən halları təsdiq etmişlər. İşdə olan AZ-İİ 142090 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçinin atası X5 xx xxxxxx 2021-ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05-Q-16/15 saylı məktubdan görünür ki, X1 ölümünün qeydə alınması barədə Ərizəçi müraciəti ilə əlaqədar bildirilmişdir ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqında feldşer arayışı, MTE rəyi) ilə təsdiq edilməlidir. Şöbəyə müvafiq qaydada tərtib və təsdiq olunmuş ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən ölümün qeydə alınması qeyri-mümkündür. Ona görə də, X1 ölüm faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi ərizəçiyə izah edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ərizəçinin bacısı X3 xx xxx 1987-ci il tarixdə Qusar şəhərində ölmüş və Qusar rayonu Mucuq kəndinin qəbiristanlığında dəfn edilmişdir. Bu hal məhkəmə iclasında tədqiq olunmuş sənədlərlə tam təsdiq olunmuşdur. Ərizəçi mərhum bacısı Abidat Ağaverdiyevanın ölməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin o, müvafiq sənədlər təqdim edə bilmədiyindən ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Hazırda ərizəçinin mərhum atasının mirasına dair vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün onun bacısının ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və xx xxxxxx 1986-cı ildə Qusar rayonunda anadan olmuş X1 xx xxx 1987-ci il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx xxxxxx 1986-cı ildə Qusar rayonunda anadan olmuş X1 xx xxx 1987-ci il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar