Məhkəmə qərarları › İş №2(029)-288/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-288/2021

01.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-288/2021 01.04.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı X3 və Cavabdeh iştirakları ilə X3 Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X1 Qabil Qəzənfər oğluna qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, adları və dəyəri iddia ərizəsinin təsviri hissəsində göstərilmiş 9269 (doqquz min iki yüz altmış doqquz) manat dəyərində olan cehiz əmlakının və ya həmin əmlakın pulla dəyərinin, habelə X2 şəhid olması ilə əlaqədar dövlət tərəfindən ona verilmiş 3000 (üç min) manat dəfn xərclərinin pulunun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X8 iddianı onunla əsaslandırmışdır ki, o, xx xxxx 2019-cu il tarixdə nikahı rəsmi qeyd etdirməklə Qusar şəhər sakini X14 ilə ailə həyatı qurmuşdur. Həmin nikahdan onların xx xxxxxx 2019-cu il tarixdə X12 adlı bir uşaqları olmuşdur. X5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsində döyüş meydanında xx xxxxxx 2020-ci il tarixdə şəhid olmuşdur. Cavabdeh onun X2 atasıdır. O, X14 ilə ailə həyatı qurduğu zaman özünə məxsus cehiz əmlakları ilə birlikdə Cavabdeh məxsus ünvan 1 saylı ünvanda yerləşən yaşayış evinə gəlin köçmüşdür. X2 Vətən Müharibəsində şəhid olmasına görə Azərbaycan Respublikasının X25 tərəfindən ona 11000 (on bir min) manat müavinət və dövlət tərəfindən 3000 (üç min) manat dəfn xərcləri ödənilmişdir. Cavabdeh X2 şəhid olması ilə əlaqədar ona verilmiş 3000(üç min) manat dəfn xərclərini onun iradəsinə zidd olaraq ondan götürmüş, X25 tərəfindən ona ödənilmiş 11000(on bir min) manat müavinətdən də ondan pay tələb etmişdir. O, X25 tərəfindən ödənilmiş 11000 (on bir min) manat müavinətdən Cavabdeh verməkdən imtina etmiş, bunun üstündə aralarında mübahisə düşmüş və o, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh evindən çıxıb azyaşlı uşağı ilə birlikdə valideynlərinin evinə qayıtmışdır.Cavabdeh evində ona məxsus cehiz əmlakı qalmışdır. Cavabdeh həmin əmlakını qaytarmaqdan imtina edir. Həmin əmlak aşağıdakılardan ibarətdir: 1.Yataq dəsti (taxt, şifoner,termo) - 2500 manat; 2.Yorğan-döşək 3 qat, 6 ədəd balış -1000 manat; 3.Xalça, 2 ədəd - 950 manat; 4.Lüstr - 50 manat; 5.Sərinləşdirici ventilyator- 25 manat; 6.Stol və 6 ədəd stul– 500 manat; 7.Ət çəkən maşın, 2 ədəd – 100 manat; 8.Şirəçəkən -45 manat; 9.Güzgü-10 manat; 10.Lampa – 10 manat; 11.Blender - 15 manat; 12.Mikser - 15 manat; 13.Qazan dəstləri, 2 dəst, hər dəsti 6 qazandan ibarət - 800 manat; 14.Ütü -20 manat; 15.Tozsoran – 70 manat; 16.Qab-qacaq servizi, 12 nəfərlik – 385 manat; 17.Qaşıq dəsti – 67 manat; 18.Çay servizləri, 3 dəst – 45 manat; 19.Güldan, 2 ədəd – 6 manat; 20.Padnos dəst, 3 ədəddən ibarət – 25 manat; 21.Pərdə və tül – 180 manat; 22.Mini soyuducu – 180 manat; 23.Cehiz dəsmallar, 20 ədəd- 100 manat; 24.Taxt üçün yataq dəstləri, 3 dəst – 96 manat; 25.Uşağının və özünün paltarları – 2000 manat; 26.Xirda qabqacaq – 30 manat; 27.Xəmir yoğuran tas - 15 manat; 28.Svetilnik -10 manat; 29.Bayraq -20 manat. Cəmi 9269 (doqquz min iki yüz altmış doqquz) manat dəyərində əmlakdan ibarətdir. Bundan əlavə Cavabdeh ondan zorla götürdüyü, X2 şəhid olması ilə əlaqədar dövlət tərəfindən ona verilmiş 3000 (üç min) manat dəfn xərcləri cavabdehdən alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı X8 iddianı müdafiə etmiş və izahatında göstərmişdir ki, Cavabdeh onun X2 atasıdır. X26 Vətən Müharibəsində şəhid olmuşdur. Əri şəhid olduqdan 25 gün sonra cavabdeh onu evdən qovmuşdur. O, gəlin kimi ünvan 1 saylı evə köçmüş, özü ilə iddia ərizəsində göstərdiyi cehiz əmlakını həmin evə aparmışdır. Əri şəhid olduqdan dövlət tərəfindən ona 11000 manat, həmçinin H.Əlyev fondu tərəfindən 11800 manat məbləğində pul verilmişdir. Dövlət tərəfindən verilmiş 11000 manat məbləğində pul vərəsələr arasında-yəni o, azyaşlı uşağı, qaynatası və qaynanası arasında 4 bərabər hissəyə bölünmüş, ona və uşağına 5500 manat pul düşmüş, H.Əliyev Fondu tərəfindən verilmiş 11800 manatı isə o, özünə götürmüş, qaynata və qaynanasına verməmiş, çünki həmin pul Fond tərəfindən yalnız ona verilmişdir. Bundan başqa, dövlət tərəfindən dəfn xərcləri kimi 3000 manat məbləğində pul ödənilmiş, həmin pulu bankdan qaynatası ilə birlikdə o, götürmüş, lakin qaynatası Qabil həmin pulu ondan almışdır. Əri dəfn olunarkən tabutun üzərində bayraq olmuş, həmin bayraq qaynatası Qabilə verilmişdir. Qaynatası Qabil onu evdən qovduqdan sonra, o, Qusar rayonu Mucuq kəndinə valideynlərinin evinə qayıtmış və orada mərhum əri Şixmir üçün yas mərasimi vermişdir. Əri Şixmir öldükdən sonra dövlət və H.Əliyev Fondu tərəfindən verilmiş yuxarıda göstərdiyi pullarla bağlı vərəsəlik müəyyən olunmamış, bu barədə notariat orqanına müraciət olunmamışdır. Hazırda o, özünün iddia ərizəsində göstərdiyi cehiz əmlaklarını, bir ədəd bayrağı və 3000 manat dəfn xərclərini qaynatası Qabildən tələb edir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf etmiş və izahatında göstərmişdir ki, iddiaçı Məleykə Ağmirova onun gəlinidir. Sonuncu onun oğlu Şixmir Ağamirovun arvadı olmuşdur. X27 Müharibəsində şəhid olmuşdur. Bununla bağlı dövlət tərəfindən 4 nəfər ailə üzvlərinə 11000 manat məbləğində pul verilmişdir. Həmin pul onun, həyat yoldaşının, iddiaçının və nəvəsinin aralarında 4 yerə bölünmüşdür. Bundan başqa, iddiaçıya H.Əliyev fondu tərəfindən 11800 manat məbləğində yardım verilmişdir. Həmin pulun hamısını iddiaçı götürmüş və o, həmin puldan heç nə tələb etməmişdir. Bayrağı isə oğlunun dəfn olunduğu qəbirstanlıqda hərbi komissar məhz ona vermişdir. Oğlunun bütün dəfn xərclərini o, çəkmiş, yas mərasimlərini də o, təşkil etmişdir. Ona görə dövlət tərəfindən dəfn xərcləri kimi verilmiş 3000 manat məbləğində pulu o özü götürüb həmin məqsədlər üçün xərcləmişdir. Oğlu Şixmir öldükdən sonra dövlət və H.Əliyev Fondu tərəfindən verilmiş yuxarıda göstərdiyi pullarla bağlı vərəsəlik müəyyən olunmamış, bu barədə notariat orqanına müraciət olunmamışdır. Ona məxsus ünvan 1 ünvanda yerləşən evdə iddiaçının 28 adda cehiz əşyaları vardır. Həmin əşyaları qaytarmağa razıdır. Odur ki, iddianın qismən təmin edilməsi, bayraq və 3000 manat istisna olmaqla, cehiz əmlaklarının iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən əsaslıdır və aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, işdə olan AZ-İİ 304540 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X9 xx xxxx 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş və Məleykə Heydərova “Ağamirova” soyadını qəbul etmişdir. İşdə olan AZ-İV 321732 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X3 birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X12 anadan olmuşdur. İşdə olan Qusar rayon X6 tərəfindən verilmiş rəydən görünür ki, 1.Yataq dəsti (taxt, şifoner, termo) - 2500 manat; 2.Yorğan-döşək 3 qat, 6 ədəd balış -1000 manat; 3.Xalça, 2 ədəd - 950 manat; 4.Lüstr - 50 manat; 5.Sərinləşdirici ventilyator- 25 manat; 6.Stol və 6 ədəd stul– 500 manat; 7.Ət çəkən maşın, 2 ədəd – 100 manat; 8.Şirəçəkən -45 manat; 9.Güzgü-10 manat; 10.Lampa – 10 manat; 11.Blender - 15 manat; 12.Mikser - 15 manat; 13.Qazan dəstləri, 2 dəst, hər dəsti 6 qazandan ibarət - 800 manat; 14.Ütü -20 manat; 15.Tozsoran – 70 manat; 16.Qab-qacaq servizi, 12 nəfərlik – 385 manat; 17.Qaşıq dəsti – 67 manat; 18.Çay servizləri, 3 dəst – 45 manat; 19.Güldan, 2 ədəd – 6 manat; 20.Padnos dəst, 3 ədəddən ibarət – 25 manat; 21.Pərdə və tül – 180 manat; 22.Mini soyuducu – 180 manat; 23.Cehiz dəsmallar, 20 ədəd- 100 manat; 24.Taxt üçün yataq dəstləri, 3 dəst – 96 manat; 25.Uşağının və özünün paltarları – 2000 manat; 26.Xirda qabqacaq – 30 manat; 27.Xəmir yoğuran tas - 15 manat; 28.Svetilnik -10 manat; 29.Bayraq -20 manat, həmin əmlakların cəmi dəyəri isə 9269 (doqquz min iki yüz altmış doqquz) manat təşkil edir. İşdə olan AZ-İİ 131906 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə döyüş meydanında baldır səviyyəsində bir neçə qan damarının travması, hərbi əməliyyatlar nəticəsində qəlpələrlə zədələnmələr səbəbindən həlak olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 632 saylı arayışdan görünür ki, 1990-cı il təvəllüdlü mərhum baş gizir X14 xx.xx.2011-ci ildə həmin şöbə tərəfindən hərbi xidmətə çağırılmış və Azərbaycan uğrunda gedən döyüşlərdə Beyləqan rayonunda, döyüş meydanında xx.xx.2020-ci il tarixdə hərbi əməliyyatlar zamanı qəlpələrlə zədələnmələr, baldır səviyyəsində bir neçə qan damarının travması nəticəsində həlak olmuşdur. İşdə olan “xxxx” ASC-nin Qusar filialı tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli arayışdan görünür ki, Şəhid ailələrinə yardım fondu tərəfindən X3 adına açılmış bank hesabına dəfn xərcləri kimi 3000 manat məbləğində pul köçürülmüşdür. İşdə olan X15, X10 və X13 tərəfindən tərtib edilmiş və Qusar rayon Notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə 2-ci Vətən Müharibəsində şəhid olmuş X7 dəfn mərasimi xərcləri Cavabdeh tərəfindən ünvan 2 ünvanda verilmişdir. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər İƏN tərəfindən verilmiş xx xxxx 2021-ci il tarixli 629 saylı arayışdan görünür ki, Cavabdeh ünvan 1 saylı evdə qeydiyyatsız yaşayır və mərhum X7 dəfn xərclərini ödəmişdir. İşdə olan Qusar rayon İHB-nın Mucuq kənd İƏN tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 63 saylı arayışdan görünür ki, X3 həyat yoldaşı X14 şəhid olduqdan sonra o, xx xxxxxx 2020-ci il tarixdən hal-hazıra kimi Qusar rayonu Mucuq kəndində ata evində yaşayır. Bu barədə nümayəndəliyin 01 nömrəli təsərrüfatbaşına kitabın 53 saylı şəxsi hesabında müvafiq qeydiyyat aparılmışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışın surətindən görünür ki, X14 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən baş gizir X14 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı Məleykə Ağamirova xx xxxx 2019-cu il tarixdə Cavabdeh oğlu Şixmir Ağamirovla rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və sonuncunun yaşadığı ünvan 1 saylı evə gəlin köçmüşdür. Gəlin köçərkən özünün yuxarıda göstərilən 28 adda cehiz əmlaklarını da həmin evə aparmış və həmin əmlaklar hazırda həmin evdədir. İddiaçının həyat yoldaşı Şixmir Ağamirov xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən Müharibəsi zamanı döyüşlərdə həlak olmaqla şəhid olmuşdur. Həmin şəxsin şəhid olması səbəbindən şəhidin dəfn xərcləri kimi şəhid ailələrinə yardım fondu tərəfindən Məleykə Ağamirovanın adına açılmış bank hesabına 3000 manat məbləğində pul köçürülmüş və vəsait Cavabdeh tərəfindən ailə başçısı kimi şəhid olan öz oğlunun, iddiaçının həyat yoldaşının dəfn xərclərinə xərclənmişdir. Bundan başqa, şəhid Şixmir Ağamirov dəfn olunarkən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsi tərəfindən şəhidin üzərində örtülmüş Azərbaycan Respublikasının Bayrağı ailə başçısı kimi Cavabdeh verilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasaən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu on bir min manat məbləğində sığorta edilir. Həmin Qanunun 5-ci maddəsinin a) bəndinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun 4-cü maddəsi ilə müəyyən edilmiş sığorta məbləğinin müvafiq faiz nisbətlərində verilir: sığorta olunan həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olduqda, öldükdə və ya xəbərsiz itkin düşdüyünə görə məhkəmə qərarı ilə ölmüş elan edildikdə — 100 faiz. Həmin Qanunun 7-ci maddəsinin a) bəndində əsasən sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanlarına və ya yaşadığı ərazi üzrə həmin orqanın bölmələrinə müəyyən olunmuş formada ərizəsi və şəxsiyyətini təsdiq edən sənədi ilə birlikdə aşağıdakı sənədləri təqdim edir: həlak olması (ölüm) halında; sığorta olunanın ölümü haqqında müvafiq icra hakimiyyəti orqanının şəhadətnaməsinin surəti; vərəsəlik hüququnu təsdiq edən sənəd. Məhkəmə hesab edir ki, iddiaçıya valideynləri tərəfindən hədiyyə olunmuş və hazırda onun ayrıca mülkiyyətində olan yuxarıda sadalanan 28 adda cehiz əmlakları cavabdehin yaşadığı ünvan 1 saylı evdə yerləşməklə həmin şəxsin qanunsuz sahibliyindədir, bu, isə iddiaçının həmin əmlaklara dair mülkiyyət hüququnu pozur və ona görə də, iddiaçının həmin hüququ müdafiə olunmalıdır. Bu səbəbdən də, məhkəmə iddiaçının 28 adda əmlaklarının və ya onların dəyərinin cavabdehdən tutulmasına dair hissədə iddia tələbinin dəlilləri ilə razılaşaraq hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, Şəhid ailələrinə yardım fondu tərəfindən köçürülmüş 3000 manat məbləğində pul vəsaiti iddiaçı Məleykə Ağamirovanın adına açılmış bank hesabına köçürülsə də, həmin pul vəsaitinin təyinatı şəhid Şixmir Ağamirovun dəfn xərci olmuş və cavabdeh tərəfindən həmin pul məhz şəhidin dəfni üçün xərclənmişdir. Bununla da, həmin pul vəsaiti üzərində iddiaçının əmlak hüquqları yaranmadığından məhkəmə həmin pulun cavabdehdən tələb olunması barədə dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin tələb əsassızdır və rədd edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, şəhid Şixmir Ağamirovun dəfn mərasimi zamanı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş Azərbaycan Respublikasının Dövlət Bayrağı simvolik olaraq Cavabdeh verilmiş, həmin bayraq üzərində də, iddiaçının heç bir əmlak hüquqları əmələ gəlməmiş, ona görə də həmin bayrağın tələb edilməsi də əsassızdır. Bu səbəbdən də, həmin hissədə də iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı X8 öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2500 manat dəyərində yataq dəsti (taxt, şifoner,termo); 1000 manat dəyərində yorğan-döşək 3 qat, 6 ədəd balış; 950 manat dəyərində xalça 2 ədəd; 50 manat dəyərində lüstr; 25 manat dəyərində sərinləşdirici ventilyator; 500 manat dəyərində stol və 6 ədəd stul; 100 manat dəyərində ət çəkən maşın, 2 ədəd; 45 manat dəyərində şirəçəkən; 10 manat dəyərində güzgü; 10 manat dəyərində lampa; 15 manat dəyərində blender; 15 manat dəyərində Mikser; 800 manat dəyərində qazan dəstləri, 2 dəst, hər dəsti 6 qazandan ibarət; 20 manat dəyərində ütü; 70 manat dəyərində tozsoran; 385 manat dəyərində qabqacaq servizi, 12 nəfərlik; 67 manat dəyərində qaşıq dəsti; 45 manat dəyərində çay servizləri, 3 dəst; 6 manat dəyərində güldan, 2 ədəd; 25 manat dəyərində padnos dəst, 3 ədəddən ibarət; 180 manat dəyərində pərdə və tül; 180 manat dəyərində mini soyuducu; 100 manat dəyərində cehiz dəsmallar, 20 ədəd; 96 manat dəyərində taxt üçün yataq dəstləri, 3 dəst; 2000 manat dəyərində iddiaçının özünün və uşağın paltarları; 30 manat dəyərində xirda qabqacaq; 15 manat dəyərində xəmir yoğuran tas; 10 manat dəyərində svetilnik və ya onların dəyəri alınaraq X4 verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar