Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-288/2025 15.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 08 oktyabr 2024-cü il tarixdə Qusar rayonu Hil kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, mərhum anası X5 27 yanvar 1969-cu ildə Qusar rayonu Hil kəndində anadan olmuşdur. Uzun sürən xəstəlikdən sonra mərhum anası 08 oktyabr 2024-cü il tarixdə yaşadıqları Qusar rayonu Hil kəndində vəfat etmiş və Hil kəndində yerləşən qəbristanlıqda dəfn etmişdir. Mərhum anası X3 adında vəfat etməmişdən əvvəl Qusar rayonu Hil kənd ərazisində pay torpaq sahəsi olmuşdur və halhazırda həmin torpaq sahəsi onun miras kütləsinə daxildir. O, mərhum X1 qanun üzrə birinci dərəcəli vərəsəsidir. Bu yaxınlarda o, həmin pay torpaq sahəsini tərəfindən qəbul edilməsi üçün müvafiq sənədlər toplayarkən məlum olmuşdur ki, mərhum X1 ölüm haqqında şəhadətnaməsi yoxdur. Bu barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan ona bildirmişlər ki, mərhum X1 ölüm haqqında akt qeydiyyatı yoxdur. Daha sonra o, mərhum anası üçün ölüm haqqında şəhadətnamə almaq üçün təkrarən Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan bildirmişlər ki, mərhum anasının ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X1 həqiqətən də, 08 oktyabr 2024cü il tarixdə yaşadıları Qusar rayonu Hil kəndində vəfat etməsi və 08 oktyabr 2024-cü il tarixdə Qusar rayonu Hil kəndində yerləşən qəbirstanlığda dəfn edilməsi müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışla, eləcə də onu tanıyan qohumlar və tanışların ifadələri ilə tam təsdiq olunur. Beləliklə, mərhum X1 ölümü haqqında şəhadətnamə olmadığından o, özünün vərəsəlik hüququnu həyata keçirə bilmir. Ona görə də, mərhum X1 08 oktyabr 2024-cü il tarixdə Qusar rayonu Hil kəndində vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Göründüyü kimi o, mərhum X1 ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, onun 08 oktyabr 2024-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş 07 yanvar 2025-ci il tarixli 01 saylı arayışdan görünür ki, xx.xx.1969-cu ildə Azərbaycan Respublikasının Qusar rayonunun Hil kəndində anadan olmuş X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan xx.xx.2025-ci il tarixli 04 saylı Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, X5 08 oktyabr 2024-cü il tarixdə vəfat etmişdir və mərhum Qusar rayonu Hil kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan X7, X6 və X12 uğlu tərəfindən tərtib edilmiş aktdan görünür ki, həqiqətən Qusar rayonu Hil kənd sakini X5 08 oktyabr 2024-cü il tarixdə Qusar rayonun Hil kəndində vəfat edib və Hil kənd Qəbristanlığında dəfn olunmuşdur. İşdə olan АЗ ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1969-cu ildə anadan olmuşdur. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X5 xx.xx.1969-cu ildə anadan olmuş, xx.xx.2024-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1969-cu il təvəllüdlü X2 08 oktyabr 2024-cü il tarixdə Qusar rayonu Hil kəndində ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi X1 08 oktyabr 2024-cü il tarixdə Qusar rayonu Hil kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X1 08 oktyabr 2024-cü il tarixdə Qusar rayonu Hil kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-288/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-288/2025
15.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver