Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-298/2023 08.06.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümfaktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölün faktının müəyyən edilməsinə dair”ərizə ilə məhkəməyə müraciət edərək,X1 16 avqust 2018-ci il tarixdə yaşadıqları Qusar rayonu Cağar Qışlaq kəndindəki evdə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə Qusar rayonuCağar Qışlaq kəndində anadan olmuşdur. AnasıX3 08 mart 1935-ci il tarixdə Qusar rayonu Çətkün kəndində anadan olmuş və 16 avqust 2018-ci il tarixdə yaşadıqları Qusar rayonu Cağar Qışlaq kəndindəki evdə vəfat etmiş və Qusar rayonu Cağar Qışlaq kəndindəki qəbristanlığında dəfn edilmişdir. AnasıX3 vəfat etdiyi vaxtda ölümü barədə həkim arayışı alınmamışdı. O, Maraqlı şəxsnə ərizə ilə müraciət edərək X1 ölümünün qeydə alınmasını xahiş etmiş, lakin Maraqlı şəxs anasının ölümünü təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölümünün qeydə alınmasından nmtina etmiş və ona X2 vəfat etməsi faktının müəyyən edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. X2 vəfat etməsi faktının müəyyən edilməsi ona vərəsəlik hüququnun həyata keçirilməsi üçün lazımdır. X1 16 avqust 2018-ci il tarixdə yaşadıqları Qusar rayonu Cağar Qışlaq kəndindəki evdə vəfat etməsi və kənd qəbristanlığında dəfn edilməsi, dəfnində iştirak etmiş şahidlərin, müvafiq səlahiyyətli qurumlar tərəfindən verilmiş arayışlarla təsdiq olunur. Bundan başqa bu halı məhkəmə iclası zamanı digər şahidlər də təsdiq edə bilərlər.Göründüyü kimi o, mərhum X1 ölümü haqqında şəhadətnamə əldə edə bilmir və ona görə də hesab edir ki, X2 16 avqust 2018-ci il tarixdə yaşadıqları Qusar rayonu Cağar Qışlaq kəndində ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 08iyun 2023-cü il tarixə saat 09:30-ə təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZE 17401753 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1935-ci il tarixdə Qusar rayonu Çətkün kəndində anadan olmuşdur. İşdə olan X8, X5 və Ərizəçi tərəfindən tərtib edilmiş 16 yanver 2023-cü il tarixli aktın surətindən görünür ki, Qusar şəhərində qeydiyyatda olan X3 xx.xx.2018-ci il tarixdə Qusar şəhərində vəfat etmiş və həmin tarixdə də Qusar rayonun Cagarqışlaq kəndində dəfn olunmuşdur. İşdə olan X4, Ərizəçi, X12 və X11 tərəfindən tərtib olunmuş 13 yanvar 2023-cü il tarixli aktdan görünür ki, X3 16 avqust 2018-ci il tarixdə rəhmətə getmiş və onların iştirakı ilə Qusar rayonu Cağar Qışlaq kənd qəbirstanlığında dəfn edilmişdir. İşdə olan Maraqlı şəxsndən verilmiş 15 saylı 18 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, xx.xx.1935-ci il tarixdə Qusar rayonu Çətkün kəndində anadan olmuş X2 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X3 xx.xx.1937-ci ildə anadan olmuş, xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-17/6/2-6000/2023 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1935-ci il təvəllüdlü Nazlı Mütəllim qızıGülməmmədova adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Qusar rayon Polis Şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-93/2- 9934/2023 saylı məktubun surətindən görünür ki,X2 xəbərsiz itkin düşməsi və ölməsi haqqında Qusar rayon Polis Şöbəsində hər hansı bir məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X2 16 avqust 2018-ciil tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X2 16 avqust 2018-ci il tarixdəyaşadığı Qusar rayonu Cağar Qışlaq kəndindəölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X2 16 avqust 2018-ci il tarixdə yaşadığı Qusar rayonu Cağar Qışlaq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-298/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-298/2023
08.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver