Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-298/2024 09.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər X1 və Qusar 1 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər X4 və Qusar 1 saylı Mediasiya Təşkilatına qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə məhkəməyə müraciət edərərək, onun və üçüncü şəxs X3 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X7 iştirakı ilə bağlanmış, üçüncü şəxs X5 ilə birgə nikahlarından olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021 -ci il təvəllüdlü X9 saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment verilməsinə razılığına dair xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, 15 avqust 2013-cu il tarixdə nikahi rəsmi qeyd etdirməklə üçüncü şəxs X5 ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021 -ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, X2 ayrılmışdır. Ayrıldıqdan sonra azyaşlı uşaqlar onun himayəsində qalmışdır. O, üçüncü şəxs X5 ilə birgə nikahlarından olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 saxlanması üçün aliment tələbinə dair təklifilə X4, daha sonra isə üçüncü şəxs Qusar 1 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya prosesində X5 ilə alıment tələbinə dair mübahisəni mediasiya vasitəsi ilə həll etməyə razılaşmışlar. xx.xx.2023-cü il tarixdə onun, üçüncü şəxs X3 və üçüncü şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru X7 arasında xx.xx.2023-cü il tarixli 3 tərəfli barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən üçüncü şəxs X5 ilə birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021 -ci il təvəllüdlü X10 saxlanılması üçün nər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat manat aliment verməyə razılıq vermiş, bu barədə aralarında mediatorun da iştirakı ilə 3 tərəfli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin bağlanmasından sonra ötən 7 aydan artıq müddət ərzində üçüncü şəxs X5 barışıq sazişinə uyğun ona alimenti ödəməkdən yayınmağa, barışıq sazişinin şərtlərini pozmağa başlamışdır. Hal-hazırda üçüncü şəxs X3 aliment üzrə ona xeyli borcu yığılmışdır. Faktiki olaraq üçüncü şəxs X5 barışıq sazişini icra etmir, barışıq sazişini icra etməkdən boyun qaçırır. Mənim üçüncü şəxs X6 ilə bağladığı xx.xx.2023-cü il tarixli baışıq sazişinin 8-9-cü bəndlərinə əsasən saziş könüllü icra edilmədiyi halda tərəflərdən biri sazişin məcburı icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı Tərəf digər tərəfə qarşı Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir . Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Qusar 1 saylı Mediasiya Təşkilatına və X4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, təşkilatın nümayəndəsi və həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və X5 (İkinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. Tərəflər, nikahı davam etdirməyə razılaşmadılar, nikahın pozulmasına dair məhkəməyə müraciət etməyə qərara gəliblər.
2. Uşaq tələbəinə dair tərəfiər aşağıdakı şərtlərlə razılığa gəliblər: xx.xx.2015 təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021 təvəllüdlü X13 “Birinci tərəf”-in yanında saxlaılmasına və uşağın yaşayış yeri “Birinci tərəf”-in yaşadığı Qusar rayonu, HMK. Ev 2, mənzil 4 müəyyən edilməsinə dair “İkinci Tərəf “ etiraz etmir və razılığını bildirir.
3. xx.xx.2015 təvəllüdlü X11, xx.xx.2019 təvəllüdlü X8 və xx.xx.2021 təvəllüdlü X13 yetkinlik yaşına çatana qədər “İkinci Tərəf” ”Birinci tərəfə sabit pul məbləğində (Bank kartı vasitəsi ilə) hər ay hər uşağa 100 manat olmaqla ) cəmi 300 manat ödəniş etməyi öhdəsinə götürür. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və maraqlı şəxs X5 15 avqust 2013-cu il tarixdə nikahi rəsmi qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X12, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X13 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ərizəçi X2 ayrılmışdır. Ayrıldıqdan sonra azyaşlı uşaqlar ərizəçinin nimayəsində qalmışdır. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə ərizəçi maraqlı şəxs X5 Ərizəçi ilə birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021 -ci il təvəllüdlü X10 saxlanılması üçün nər ay hər uşağa görə 100 manat olmaqla cəmi 300 manat manat aliment verməyə razılıq vermiş, bu barədə aralarında mediatorun da iştirakı ilə 3 tərəfli barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi X5 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ilə X5 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış Ərizəçi və X3 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X7 iştirakı ilə bağlanmış, xx.xx.2015-ci il təvəllüdlü X11, xx.xx.2019-cu il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X9 saxlanması üçün hər ay hər uşağa 100 manat olmaqla cəmi 300 manat aliment verilməsinə dair xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Əli Cəlilov