Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-303/2025 11.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək 29 noyabr 2019-cu il tarixdə anadan olmuş X2 24 fevral 2020-ci il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X4 xx.xx.2019-cu il tarixdə Qusar rayonunda anadan olmuş, 24 fevral 2020-ci il tarixdə vəfat etmiş və həmin gün Qusar rayonu Şirvanlı kəndində yerləşən qəbristanlıqda dəfn edilmişdir. Lakin, oğlu X4 vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, əvvəlcə Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət edərək mərhum X1 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, lakin həmin sənədin verilməsi mümkün olmamış, həmin publik hüquqi şəxs tərəfindən xx.xx.2024-cü il tarixli məktub verilmişdir. Həmçinin, Maraqlı şəxsnə müraciət edərək mərhum oğlunun adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin oradan ona bildirmişlər ki, mərhum X1 ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X1 həqiqətən də, 24 fevral 2020-ci il tarixdə vəfat etməsi və Qusar rayonu Şirvanlı kənd qəbristanlıqda dəfn edilməsi Qusar rayon Şirvanlı kənd İƏDÜN-yi tərəfindən verilmiş arayış və aktla tam təsdiq olunur. Ona görə də, hesab edir ki, mərhum X1 24 fevral 2020- ci il tarixdə Qusar rayonu Şirvanlı kəndində vəfat etməsi faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbini müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, 2019-cu ilin noyabr ayının 29-da Amir adlı uşağı anadan olmuş, 2020-ci ildə isə həmin uşaq vəfat etmişdir. Həmin vaxt uşağın adına ölüm haqqında şəhadətnamə almamış, sonradan isə ala bilməmişdir. Həmin uşaq vəfat etdikdən sonra yaşadığı Qusar rayonu Şirvanlı kənd qəbirstanlığında dəfn edilmişdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun qızının əridir. Ərizəçinin 2019-cu il təvəllüdlü uşağı 2020-ci ildə vəfat etmiş və həmin uşağı o, özü dəfn etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, ərizəçi onun bibisi oğludur. Ərizəçinin 2019-cu il təvəllüdlü uşağı 2020-ci ildə vəfat etmiş və o, həmin uşağın dəfnində iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İV 353964 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 29 noyabr 2019-cu ildə anadan olmuş, atası Ərizəçidir. İşdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 536 saylı arayışdan görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X4 həqiqətən xx.xx.2020-ci il tarixdə Şirvanlı kəndində vəfat etmiş və xx.xx.2020-ci il tarixdə Şirvanlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-54/3-2443/2024 saylı arayışdan görünür ki, Ərizəçi övladı X2 ölüm faktı ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, ölümün qeydiyyatı gecikdiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil və ölüm faktının müəyyən edilməsi, ölüm şəhadətnaməsinin verilməsi üçün Qusar rayon məhkəməsinə müraciət edə bilər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli 3-16-5/8-xxxx/2025 saylı məktubdan görünür ki, X2 ölüm faktını təsdiq edən tibbi şəhadətnamə mövcud olmadığından qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamış və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.2019-cu ildə Qusar rayonu Şirvanlı kəndində anadan olmuş X2 24 fevral 2020-ci il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 24 fevral 2020-ci il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-303/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-303/2025
11.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver