Məhkəmə qərarları › İş №2(029)-305/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-305/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-305/2025 09.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X11 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək X2 16 yanvar 2009-cu il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun anası X4 16 yanvar 2009-cu il tarixdə Qusar rayonu Şirvanlı kəndində vəfat etdikdən sonra həmin kəndin qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda o, X1 vərəsəsi kimi öz vərəsəlik hüquqlarını həyata keçirmək istəyir, lakin anasının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. X1 həqiqətən də 16 yanvar 2009-cu il tarixdə Qusar rayonu Şirvanlı kəndində vəfat etməsi və Şirvanlı qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyi anasının qəbirinin fotoşəkili, Qusar RİHB-nın Şirvanlı kənd İƏD üzrə nümayəndəliyinin arayışı və 15 iyul 2024-cü il tarixli aktla təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. O, X1 16 yanvar 2009-cu il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs bu barədə qeyd aparmaqdan imtina etmişdir. X1 həqiqətən də 16 yanvar 2009-cu il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbini müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, o, yaşadığı evə dair vərəsəliyin müəyyən edilməsi üçün müraciət etmiş, həmin vaxt məlum olmuşdur ki, anasının ölümü haqqında şəhadətnamə yoxdur. Bundan sonra o, Qusar Mərkəzi rayon Xəstəxanasına və Maraqlı şəxsnə müraciət etmiş, lakin şəhadətnamə ala bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Anası Qusar rayonu Şirvanlı kəndində vəfat etmiş və həmin kəndin qəbiristanlığında dəfn olunmuşdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin anası Səlminaz Həmidova 2009-cu ildə vəfat etmiş, o, həmin şəxsin dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun tanışıdır. Ərizəçinin anası 2009-cu ildə vəfat etmiş və o, həmin şəxsin yasında iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan İ-İE 464276 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə anadan olmuş, anası X3r. İşdə olan Qusar rayon İHB-nın Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-63-16/2-H-4-42-4/2025 saylı arayışdan görünür ki, xx.xx.1928-ci il təvəllüdlü X4 16 yanvar 2009-cu il tarixdə Qusar rayonu Şirvanlı kəndində vəfat etmişdir və həmin kəndin qəbiristanlığında dəfn olunmuşdur. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-54/3-2463/2024 saylı arayışdan görünür ki, Ərizəçi X1 ölüm faktı ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, ölümün qeydiyyatı gecikdiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil və ölüm faktının müəyyən edilməsi, ölüm şəhadətnaməsinin verilməsi üçün Qusar rayon məhkəməsinə müraciət edə bilər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 09 yanvar 2025-ci il tarixli 3-16-5/8-xxxx/2025 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, X2 16 yanvar 2009-cu il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X2 16 yanvar 2009-cu il tarixdə Qusar rayonu Şirvanlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar