Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-330/2024 23.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X5 Adil oğlunun sədrliyi, Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “barışıq sazişinin təsdiq olunması” barədə ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, q, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərərək, Maraqlı şəxs1 ilə aralarında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin təsdiq edilməsi, mediasiya prosesi üçün onun tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat pul vəsaitinin Maraqlı şəxs1 alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi 01 oktyabr 2018-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə Maraqlı şəxs1 ilə evlənmiş, birgə nikahlarından 30 may 2019-cu il təvəllüdlü X2 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün o, Maraqlı şəxs1 ayrılmışdır. Qusar rayon məhkəməsinin 18 yanvar 2024-cü il tarixli 2(029)-72/2024 saylı qətnaməsinə əsasən Maraqlı şəxs1 ilə aralarındakı nikahın pozulması qət edilmişdir. Maraqlı şəxs1 ilə aralarında yaranmış ailə münasibətlərindən irəli gələn mübahisənin məhkəmədənkənar həll edilməsi üçün Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və aralarında xx.xx.2023-cü il tarixdə Barışıq Sazişi bağlanmışdır. X4 əsasən Maraqlı şəxs1 azyaşlı uşaqları 30 may 2019-cu il təvəllüdlü X1 onun himayəsində saxlanılmasına və uşağın saxlanması üçün hər ay 150 (yüz əlli) manat aliment ödəməyə razı olmuşdur. Barışıq Sazişi tərəflərin və Mediatorun iştirakı ilə təsdiq olunmuş və təşkilatın möhürü ilə möhürlənmişdir. Lakin, barışıq sazişinin imzalanmasına baxmayaraq Maraqlı şəxs1 tərəfindən sazişin şərtləri icra olunmamışdır. Sazişin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1 -ci maddəsində nəzərdə tutulmuş müddət keçmişdir. Bundan başqa, onun tərəfindən mediasiya prosesi üçün 200 (iki yüz) manat məbləğində vəsait köçürülmüşdür. Hesab edir ki, həmin 200 (iki yüz) manat Maraqlı şəxs1 alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Maraqlı şəxs1 onunla aralarında bağlanmış barışıq sazişi üzrə öhdəliklərini icra etmir, heç bir aliment ödəmir, imkanı olanda ödəyəcəyini deyir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Maraqlı şəxs Qusar 1 saylı Mediasiya təşkilatının mediatorı Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan mediatorı Maraqlı şəxs2 iştirakı ilə Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış 10 iyul 2023-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X1 anası Ərizəçi himayəsində saxlanılması və yaşayış yeri kimi Ərizəçi yaşayış yerinin müəyyən olunması; Maraqlı şəxs1 tərəfindən Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat miqdarda alimentin ödənilməsi barədə razılığa gəlmişlər. Göründüyü kimi, Ərizəçi ilə Maraqlı şəxs1 arasında xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlanmış, həmin barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X1 anası Ərizəçi himayəsində saxlanılması və yaşayış yeri kimi Ərizəçi yaşayış yerinin müəyyən olunması; Maraqlı şəxs1 tərəfindən Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat miqdarda alimentin ödnilməsi barədə Ərizəçi ilə Maraqlı şəxs1 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə bağlanmış 10 iyul 2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin, Ərizəçi barışıq sazişinin təsdiqlənməsi üçün ödədiyi 200 (iki yüz) manat, məhkəməyə müraciətlə əlaqədar dövlət rüsumu kimi ödədəyi 100 (yüz) manat, cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaiti Maraqlı şəxs1 alınaraq Ərizəçi verilməsi tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahlarından anadan olmuş xx.xx.2019-cu il təvəllüdlü X1 anası Ərizəçi himayəsində saxlanılması və yaşayış yeri kimi Ərizəçi yaşayış yerinin müəyyən olunması; Maraqlı şəxs1 tərəfindən Ərizəçi xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 (yüz əlli) manat miqdarda alimentin ödnilməsi barədə Ərizəçi ilə Maraqlı şəxs1 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə bağlanmış 10 iyul 2023cü il tarixli barışıq sazişi təsdiq olunsun. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi ilə əlaqədar ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, mediasiya prosesi ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat mediasiya xərcləri, cəmi 300 (üç yüz əlli) manat məbləğində pul vəsaiti Maraqlı şəxs1 tutularaq Ərizəçi verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-330/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-330/2024
23.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver