Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-338/2025 21.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “xx.xx.2024-cü il tarixli Barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “xx.xx.2024-cü il tarixli Barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə məhkəməyə müraciət edərərək, onunla Maraqlı şəxs1 arasında Qusar rayonunda fəaliyyət göstərən, Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru Maraqlı şəxs2 iştirakı ilə azyaşlı uşaqları xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat məbləğində,cəmi 470 (dörd yüz yetmiş) manat aliment məbləğinin ödənilməsi və ayrıca cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılmasına dair imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunmasına, məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 manat dövlət rüsum pulun cavabdeh Maraqlı şəxs1 tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə cavabdeh Maraqlı şəxs1 ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı iki övladları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün Maraqlı şəxs1la ayrılmışdır. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair təkliflə qarşı tərəf Maraqlı şəxs1, daha sonra isə Mediasiya Şurasına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmışdır, onunla Maraqlı şəxs1 və Qusar rayonunda fəaliyyət göstərən, Qusar 1 saylı Mediasiya təşkilatının mediatoru Maraqlı şəxs2 arasında xx.xx.2024-cü il tarixli 3 tərəfli müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı Maraqlı şəxs1 xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci tərəf Maraqlı şəxs1 2025-ci il yanvar ayından başlayaraq hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat məbləğində,cəmi 470 (dörd yüz yetmiş) manat aliment ödəməyə razılıq vermiş və cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 onun yəni Ərizəçi himayəsində saxlanılması barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin imzalanmasından 1 ay müddət keçməsinə baxmayaraq Maraqlı şəxs1 keçən müddət ərzində barışıq sazişində nəzərdə tutulmuş aliment məbləğini ödəmir. Ərizəçi və maraqlı şəxslər Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru Maraqlı şəxs2 və Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs1 (İkinci tərəf) arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:
1. Maraqlı şəxs1 xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ərizəçi 2025-ci ilin yanvar ayından başlayaraq, hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat alimenti bank vasitəsilə ödəməyə öhdəsinə götürür.
2. Maraqlı şəxs1 xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsində saxlanılmasına dair etiraz etmir Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs1 xx.xx.2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlı iki övladları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün ərizəçi Maraqlı şəxs1 ayrılmışdır. Ayrıldıqdan sonra azyaşlı uşaqlar ərizəçinin nimayəsində qalmışdır. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə ərizəçi Maraqlı şəxs1 Ərizəçi ilə birgə nikahlarından olan xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün nər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat olmaqla cəmi 470 (dörd yüz yetmiş) manat aliment verməyə və Maraqlı şəxs1 xx.xx.2009-cu il təvəllüdlü X5 vəxx.xx.2017-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsində saxlanılmasına dair razılıq vermiş bu barədə aralarında mediatorun da iştirakı ilə 3 tərəfli barışıq sazişi bağlanmışdır. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli,ərizəçi X2 X3 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış Ərizəçi Maraqlı şəxs1 arasında Qusar 1 saylı Mediasiya təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 iştirakı ilə bağlanmış, Maraqlı şəxs1 xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ərizəçi 2025-ci ilin yanvar ayından başlayaraq, hər ay hər uşağa 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat alimenti bank vasitəsilə ödəməyə öhdəsinə götürməsi və Maraqlı şəxs1 xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsində saxlanılmasına dair xx.xx.2024-cü il tarixli Barışıq Sazişi təsdiq olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Əli Cəlilov