Məhkəmə qərarları › İş №2(029)-359/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-359/2025

27.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-359/2025 27.02.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat qaydasında bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 qarşı “barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsi”nə dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərərək, onun və Maraqlı şəxs1 arasında Qusar 1 sayli Mediasiya təşkilatnda fəaliyyət göstərən mediator X5 iştiraki ilə bağlanmış, Maraqlı şəxs1 tərəfindən birgə nikandan olan uşaqları 13 iyun 2016-ci il təvəllüdlü X1 və 19 yanvar 2014-cü il təvəllüdlü X3 oğlunun saxılanması üçün hər uşağ üçün hər ay 150 (yüz əlli) cəmi 300 (yüz əlli) manat aliment verilməsinə razılığına dair 07 yanvar 2025-ci ii tarixli barışıq sazişinin məcburi icrasi üçün təsdiq edilməsinə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciətilə əlaqədar ödədiyi 100( bir yüz) manat dövlət rüsumunun və mediasiya prosesi ilə Qusar 1 sayli Mediasiya təkilatinin hesabına ödədiyi 210 (iki yüz on) manat mediasiya xərclərinin, ümumilikdə 310(üç yüz on) manat pulun Maraqlı şəxs1 alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, nikahı rəsmi qeyd etdirməklə cavabdeh Maraqlı şəxs1 ilə evlənmişdir. Birgə nikahlarından xx.xx.2016-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X6 iki övladı anadan olmuşdur. Ailə münasibətləri pozulduqdan sonra, formal xarakter daşıyır. Aralarında olan ailə hüquq münasibətlərindən irəli gələn mübahisəni həll etmək məqsədi ilə aliment tələbinə dair təkliflə Maraqlı şəxs1 daha sonra isə Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra aralarında olan mübahisəni mediasiya vasitəsilə həll etməyə razılaşmış, onunla Maraqlı şəxs1 və üçüncü şəxs Qusar 1 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator Maraqlı şəxs2 oglu arasında xx.xx.2024-cü il tarixli üç tərəfli xidmətlərin göstərilməsi barədə müqavilə imzalanmışdır. Mediasiya sessiyası zamanı aralarında olan danışıqlar zamanı xx.xx.2016-ci il təvəllüdlü X1 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs1 2025-ci ilinyanvar ayından başlayaraq har ay har uşağa 150 (bir yüz əlli) manat məbləğində, cəmi 300 (üç yüz) manat aliment ödəməyə razılıq vermişdir va bu barədə aralarında müvafiq barışıq sazişi bağlanmışdır. Həmçinin, Maraqlı şəxs1 barışıq sazişi bağlandıqdan sonra mediasiya prosesinə xitam verilmiş va o nikahın pozulması tələbinə dair iddia ərizasi ilə məhkəməyə müraciət etmişdir. Barışıq sazişinin imzalanmasından 1 ay keçməsinə baxmayaraq Maraqlı şəxs1 keçan müddət ərzinda barışıq sazişinində nəzərdə tutulmuş aliment məbləğini ödəmir. Maraqlı şəxs1 ilə aramızda bağlanan barışıq sazişinin 8-ci bəndinə əsasən saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin sazişin 9-cu bəndinə əsasən əgər hər hansı tərəf digər tərəfə qarşı sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Maraqlı şəxs1 ilə xx.xx.2025-ci il tarixdə mediasiya prosesi zaman barışıq sazişin bağlanan zaman İMS üçün 60 (altmış ) manat və TMS üçün 150 (bir yüz əlli) manat mediasiya xərclərini ödəmiş, habelə ərizənin verilməsi üçün Qusar rayon məhkəməsinə 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Həmim xərclər müvafiq olaraq Maraqlı şəxs1 alınaraq ona qaytarılmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, həmin ərizəni müdafiə edir və təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2və Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci tərəf) və Maraqlı şəxs1 (İkinci tərəf) arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər:

1. Maraqlı şəxs1 xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016- cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ərizəçi 2025-ci ilin yanvar ayından başlayaraq, hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimenti bank vasitəsilə ödəməyə öhdəsinə götürmüşdür.

2. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur.

3. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir.

4. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir- birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər.

5. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır.

6. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşıTərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar.

7. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər.

8. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digərTərəf ona ödəməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli 21066 saylı qəbzdən görünür ki, Ərizəçi Qusar rayon Məhkəməsinin hesabına 100 (yüz) manat məbləğində ödəniş etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli 24492 saylı və xx.xx.2025-ci il tarixli 31291 saylı qəbzlərdən görünür ki, Ərizəçi Qusar rayon Mediasitya təşkilatına ümumilikdə 210 (iki yüz on) manat pul ödəmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs1 nikahlarını rəsmiləşdirmiş, tərəflərin birgə 19 yanvar 2014-cü il təvəllüdlü X6 və 13 iyun 2016-ci il təvəllüdlü X2 adlı uşaqlar doğulmuşdur. Tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmış və bu sazişlə aliment ilə bağlı məsələlər qarşılıqlı razılıq əsasında həll edilmişdir. Belə ki, sazişlə müəyyən edilmişdir ki, Maraqlı şəxs1 xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016- cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Ərizəçi 2025-ci ilin yanvar ayından başlayaraq, hər ay hər uşağa 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat alimenti bank vasitəsilə ödəməyə öhdəsinə götürmüşdür. Daha sonra, barışıq sazişinin könüllü icra edilmədiyinə istinad edən Ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər arasında xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddət keçmiş, buna baxmayaraq, sazişin könüllü qaydada icra edilmədiyini bildirən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Məhkəmə araşdırması nəticəsində bu sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hansısa formada hüquqlarına toxunması müəyyən edilməmişdir. Eləcə də sazişin heç bir hissəsi qanuna zidd deyil. Belə ki, tərəflər könüllü razılıq əsasında mediasiya prosesində iştirak etmiş, nəticədə üçüncü şəxslərin hüquqlarına toxunmayan və qanuna zidd olmayan barışıq sazişi imzalamışlar. Buna baxmayaraq, saziş maraqlı şəxs tərəfindən könüllü icra müddəti ərzində icra olunmamış, bu səbəbdən ərizəçi sazişin təsdiqi üçün məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, bu sazişin məhkəmə tərəfindən təsdiqini istisna edən heç bir hal iş materialları əsasında müəyyən edilmədiyindən saziş təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eləcə də “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Maraqlı şəxs1 arasında Qusar 1 sayli Mediasiya təşkilatnda fəaliyyət göstərən mediator X5 itiraki ilə bağlanmış, Maraqlı şəxs1 tərəfindən birgə nikandan olan uşağları 13 iyun 2016-ci il təvəllüdlü X1 və 19 yanvar 2014-cü il təvəllüdlü X3 oğlunun saxılanması üçün hər uşağ üçün hər ay 150 (yüz əlli) cəmi 300 (yüz əlli) manat aliment verilməsinə razılığına dair 07 yanvar 2025-ci il tarixli barışıq sazişi məcburi icrasi üçün təsdiq edilməli, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədiyi 100 manat dövlət rüsumu, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 210 manat ümumilikdə 310 manat Ərizəçi xeyrinə Maraqlı şəxs1 tutulmalıdır. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs1 arasında Qusar 1 sayli Mediasiya təşkilatında fəaliyyət göstərən mediator X5 iştiraki ilə bağlanmış, Maraqlı şəxs1 tərəfindən birgə nikandan olan uşağları 13 iyun 2016-ci il təvəllüdlü X1 və 19 yanvar 2014-cü il təvəllüdlü X3 oğlunun saxılanması üçün hər uşağ üçün hər ay 150 (yüz əlli) cəmi 300 (yüz əlli) manat aliment verilməsinə razılığına dair 07 yanvar 2025-ci il tarixli barışıq sazişi məcburi icrasi üçün təsdiq olunsun, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişi təsdiq olunsun. Ərizəçi məhkəməyə müraciətlə əlaqədar ödədəyi 100 (yüz) manat dövlət rüsumunun, mediasiya sazişinin təsdiqi ilə bağlı ödədiyi 210 (iki yüz on) manat məbləğin, ümumilikdə 310 (üç yüz on) manat pulun Maraqlı şəxs1 tutularaq Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar