Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-37/2023 11.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair payın naturada ayrılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 avqust 2020-ci il tarixli ********** qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0681 hektar həyətyanı torpaq sahəsinə dair onun 1/3 hissədə olan mülkiyyət payının naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 28 avqust 2020-ci il tarixli ********** qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi 0.0681 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun, Cavabdeh və X1 adına qeydiyyata alınmaqla həmin şəxslərin ümumi paylı mülkiyyətlərindədir. Həmin əmlaklara dair hər bir mülkiyyətçinin mülkiyyət payı 1/3 hissə müəyyən olunmuş və bu barədə çıxarışda qeyd edilmişdir. Paylı mülkiyyətçilərdən olan X4 vəfat etmişdir. Hazırda o, həmin əmlaklara dair özünün mülkiyyət payının ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsini istəyir. Cavabdeh isə buna razı deyil, bu barədə onunla heç bir razılığa gələ bilməmişdir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, yuxarıda göstərilən məlum fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə dair onun 1/3 hissədə olan mülkiyyət payı naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, məlum fərdi yaşayış evivə həyətyanı torpaq sahəsi ulu babadan qalma mülkdür. O, həmin evin və torpaq sahəsinin paylı mülkiyyətçilərindən biri olmaqla həmin əmlakların 1/3 hissəsi ona məxsusdur. Hazırda o, həmin evdən pay tələb etmir. Ekspert rəyinə uyğun olaraq torpaq sahəsinin naturada ayrılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli **********qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 84.10 kv/m olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.0681 hektar həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh, İddiaçı vəX1 adlarına hərəsinin payı 1/3 hissədə olmaqla qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli **********83-10301 saylı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə texniki pasportun surtindən görünür ki, fərdi yaşayış evi 1860-cı ildə tikilmişdir. 1 mərtəbəli 4 yaşayış otaqlı fərdi yaşayış evinin ümumi sahəsi 84.1 kv/m-dir. İşdə olan Qusar rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)-63/2019 saylı qətnaməsinin surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən 0.0681 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 84.1 kv.metr fərdi yaşayış evinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 mart 2019-cu il tarixli 34224 saylı rəyinə əlavə edilmiş bölgü plan-sxemə uyğun qaydada naturada bölünməsi və həmin torpaq sahəsinin və fərdi yaşayış evinin 1/3 hissəsinin iddiaçı Cavabdeh naturada ayrılaraq verilməsi qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 07 aprel 2023-cü il tarixli 10/8542saylı ekspert rəyindən görünür ki, 28 avqust 2020-ci il tarixli ********** qeydiyyat tarixli Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Cavabdeh, İddiaçı, X1 ümumi birgə mülkiyyətində olan 0.0681 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin naturada ölçülərinin hüquqmüəyyənedici sənədlərə uyğun olduğu müəyyən edilir. Fərdi yaşayış evinin və torpaq sahəsinin yerləşmə vəziyyətinə uyğun olaraq rəyin təsviri hissəsində qeyd olunanları nəzərə alaraq, iddia ərizəsində göstərilən tələbə əsasən fərdi yaşayış evindən iddiaçının 1/3 hissədə payının naturada təcrid mənzillər şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 2.2-ci bəndinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı, 0.0681 ha torpaq sahəsindən isə 1/3 hissədə olmaqla yəni, 227.0 kv. metr torpaq sahəsinin ayrılmasının mümkün olduğu müəyyən edilmişdir. Sxem rəyə əlavə edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli 10/8542 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 07 aprel 2023-cü il tarixli 10/8542 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyi işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 214.2-ci maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 214.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi mülkiyyətdən istifadənin müəyyənləşdirilmiş qaydasına əməl etməklə öz hesabına bu əmlakı yaxşılaşdıran əlavələr etmişsə və həmin əlavələr əmlakdan ayrıla bilməzsə, ümumi mülkiyyət hüququnda öz payının müvafiq surətdə artırılması hüququna malikdir. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Məhkəmə hesab edir ki, 28 avqust 2020-ci il tarixli ********** qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və cavabdehin ümumi paylı mülkiyyətlərində olan, ünvan 1 ünvanda yerləşən 0.0681 hektar həyətyanı torpaq sahəsinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan, Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2023-cü il tarixli 10/8542 saylı ekspert rəyinə əlavə olunmuş bölgü sxeminə uyğun olaraq həmin torpaq sahəsi naturada bölünməli,həmin torpaq sahəsindən 1/3 hissədə olmaqla 227.0 kv. metr torpaq sahəsi naturada ayrılıb İddiaçı ayrıca mülkiyyətinə verilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, ünvan 1 ünvanda yerləşən 0.0681 hektar həyətyanı torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığından, həmçinin İddiaçı məhkəməyə ərizə təqdim edərək həmin evin naturada bölünməsini tələb etmədiyinibildirdiyindən həmin hissədə iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə məhkəmə ekspertizası iddiaçının təşəbbüsü ilə təyin edilmişdir. Bu səbəbdən, iş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli 10/8542 saylı ekspert rəyinə əlavə edilmiş bölgü sxeminə uyğun olaraq 28 avqust 2020-ci il tarixli ********** qeydiyyat tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı, Cavabdeh və X1 ümumi paylı mülkiyyətlərində olan, ünvan 1 ünvanda yerləşən 0.0681 hektar həyətyanı torpaq sahəsinin 1/3 hissəsi yəni, 227.0 kv. metr torpaq sahəsi naturada ayrılıb İddiaçı ayrıca mülkiyyətinə verilsin. Qalan hissədə iddia rədd edilsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-37/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-37/2023
11.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver