Məhkəmə qərarları › İş №2(029)-385/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-385/2025

19.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-385/2025 19.06.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, 26 fevral 1965-ci il təvəllüdlü X3 20 mart 1966-cı il tarixdə Qusar rayonun Qayakənd kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, xx xxxx 1970-ci il tarixdə Qusar rayonun Qayakənd kəndində doğulmuşdur, VVAQ kitablarında 29 iyul 1970-ci il tarixdə 192 nömrə ilə qeyd aparılmış, adına A3 ******* saylı doğum haqqında Şəhadətnamə tərtib edilmiş, Şəhadətnamədə, X4 anası X13 göstərilmişdir. X9 və X7 birgə nikahlarından 26 fevral 1965-ci il tarixdə X10 adlı uşağı olmuş, bu barədə 10 mart 1965-ci il tarixdə Maraqlı şəxs tərəfindən 80 nömrəli doğum haqqında Akt qeydi tərtb olunmuş, yuxarıda göstərilən şəxslər Güloğlan adlı uşaqın valideynləri kimi qeyd olunmuşlar. 26 fevral 1965-ci il təvəllüdlü X10 adlı uşaq 20 mart 1966-cı il tarixdə Qusar rayonun Qayakənd kəndində vəfat etmiş və Qusar rayon Qayakənd kənd qəbristanlığında dəfn olunmuşdur. X3 ölümü Qeydiyyat Şöbəsində rəsmi qeydə alınmamışdır. Bu xüsusatlar Maraqlı şəxs 04 fevral 2025-ci il tarixli 158 saylı arayışı ilə təsdiqlənir. 2025-ci ilin yanvar ayının axırlarında “Qusar rayon Mərkəzi Xəstəxanası” X21 müraciət edərək X5 aid ölüm faktı ilə bağlı hər bir məlumatın olub-olmamasını xahiş etmiş, Qusar MRX X22 06 fevral 2025-ci il tarixli 18-1- 54/3-150/2025 saylı arayışla hər hansı bir məlumatın tapılmadığını bildirmişdir. 26 fevral 1965-ci il təvəllüdlü X3 Qusar rayonun Qayakənd kəndində vəfat etməsi və Qusar rayon Qayakənd kənd qəbristanlığında dəfn olunması 3 ədəd fotoşəkillərlə, 04 fevral 2025-ci il tarixli 158 saylı arayışla və şahidlər tərəfindən imzalanmış Aktla təsdiqlənir. Ölüm faktını şahidlər Qusar rayon Qayakənd kənd sakini X1 və ünvan 1 ünvanda yaşayan X15 da təsdiqləyə bilər. Şahidlərin məhkəmədə iştirakına təminat verir. 24 yanvar 2025-ci iltarixdə Maraqlı şəxsnə ərizə ilə müraciət edərək X3 ölümünün qeydə alınmasını, onun adına ölüm haqqında Şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 3-16-5/8-xx-xx/2025 saylı qərarı ilə ölümün qeydə alınmasından imtina etmiş, X3 vəfat etməsi faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməyi tövsiyyə etmişdir. 26 fevral 1965-ci il təvəllüdlü X3 20 mart 1966-cı il tarixdə Qusar rayonun Qayakən kəndində vəfat etməsi faktının müəyyən edilməsi, mülkiyyətimdə olan daşınmaz əmlak barəsində sərəncam hüququnun həyata keçirilməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş 04 fevral 2025-ci il tarixli 158 saylı arayışdan görünür ki, xx.xx.1965-ci ildə Azərbaycan Respublikasının Qusar şəhərində anadan olmuş X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan 04 fevral 2025-ci il tarixli 152 saylı Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, X10 xx.xx.1965-ci ildə Azərbaycan Respublikası Qusar şəhərində anadan olmuşdur. X4, anası X11r. İşdə olan X2, X12 və Ərizəçi iştirakı ilə tərtib edilmiş 02 fevral 2025-ci il tarixli aktın surətindən görünür ki, Qusar rayonun Qayakənd kəndində 26 fevral 1965-ci il tarixdə anadan olmuş X10 20 mart 1966-cı il tarixdə Qusar rayonun Qayakənd kəndində vəfat etmiş, Qayakənd kənd qəbirstanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, 26 fevral 1965-ci il təvəllüdlü X3 20 mart 1966-cı il tarixdə Qusar rayonun Qayakənd kəndində ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və 26 fevral 1965-ci il təvəllüdlü X3 20 mart 1966-cı il tarixdə Qusar rayonun Qayakənd kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. 26 fevral 1965-ci il təvəllüdlü X3 20 mart 1966-cı il tarixdə Qusar rayonun Qayakənd kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar