Məhkəmə qərarları › İş №2(029)-394/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-394/2024

04.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-394/2024 04.07.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölümfaktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 17 dekabr 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X8 onun anasıdır. X2 17 dekabr 2023cü il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmiş və Qusar şəhər qəbirstanlığında dəfn olunmuşdur. Lakin, mərhum anası vəfat etdikdən sonra onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda yuxarıda anasının adına olan mülkün vərəsə kimi öz adına qəbul etmək zərurəti yaranmış, lakin mərhum anasının adına ölüm haqqında şəhadətnamə verilmədiyindən bunu etmək mümkün deyildir. Bu səbəbdən də, o, Maraqlı şəxsnə müraciət edərək mərhum anasının adına müvafiq ölüm haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin orada ona bildimişlər ki, mərhum anasının X3 ölümünü təsdiq edən həkim arayışı və digər sənədlər olmadığından ona şəhadətnamə verilməsi mümkün deyildir və o, məhkəməyə müraciət etməlidir. X1 həqiqətən də, 17 dekabr 2023cü il tarixdə vəfat etməsi və Qusar şəhər qəbirstanlığında dəfn edilməsini bir çox şahidlər təsdiq edə bilərlər. Ona görə də, hesab edir ki, mərhum anasının 17 dekabr 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında ölməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizədə qeyd edilənləri təsdiq edir və ərizənin təmin olunmasını xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan ИЖ 144641 saylı doğum haqqında şəhadənamənin surətindən görünür ki, X14 xx xxxx 1954-cü ildə Qusar şəhərində anadan olmuşdur. X5, anası X6r. İşdə olan AZE 01237543 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1929-cu ildə Qusar rayonuUrva kəndində anadan olmuşdur. İşdə olan 26 dekabr 2023-cü il tarixli 825 saylı Maraqlı şəxsndən verilmiş arayışdan görünür ki, XX.XX.1936-cı ildə Azərbaycan Respublikasının Qusar şəhərində anadan olmuş X4 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1929-cu il təvəllüdlü X7 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qusar rayon polis şöbəsindən verilmiş xx.xx.2024-cü il tarixli 3-13-93/2-7829/2024 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1929-cu il təvəllüdlü X3 xəbərsiz itkin düşməsi haqqında Qusar rayon Polis Şöbəsində hər hansı bir məlumat yoxdur. İşdə olan xx.xx.2024-cü il tarixli 3-39-9/2-1855/24 saylı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xitmətindən verilmiş məktubdan görünür ki, Dövlət Təhlükəsizliyi xidməti İstintaq baş idarəsində 12 aprel 1929-cu il təvəllüdlü X3 barəsində hər hansı cinayət işi istintaq edilməmiş və araşdırma aparılmamışdır. İşdə olan 10 may 2024-cü il tarixli 3-38-2/33-1602/24 saylı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, xx.xx.1929-cu il təvəllüdlü X3 dövlət sərhədindən hərəkəti və xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır. xx.xx.2005-ci ildə çıxış, xx.xx.2006-cı ildə giriş. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1929-cu il təvəllüdlü X3 17 dekabr 2023-cü il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi X1 17 dekabr 2023-cü il tarixdə ünvan 1 ünvanında ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X1 17 dekabr 2023-cü il tarixdə yaşadığı ünvan 1 ünvanında ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik vedən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar