Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-409/2025 30.04.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X10 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi “ölüm faktının müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1994-cü il tarixdə anadan olmuş X3 xx.xx.1994-cü il tarixdə Qusar şəhərində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun qızı X6 05 fevral 1994-cü il tarixdə Qusar şəhərində anadan olmuşdur. X6 xx.xx.1994-cü il tarixdə Qusar şəhərində vəfat etmiş və Qusar şəhər 1 nömrəli qəbiristanlığında dəfn edilmişdir. Həmin vaxt X1 ölümü haqqında Maraqlı şəxs vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeyd aparılmamışdır. Hal-hazırda mərhum X1 ölüm haqqında şəhadətnamə almaq istəyir, lakin mərhum qızının ölümü haqqında Maraqlı şəxsndə müvafiq qeyd aparılmadığı üçün həmin hüququnu həyata keçirə bilmir. Bu səbəbdən də, əvvəlcə Qusar rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə müraciət edərək mərhum X1 adına ölüm haqqında tibbi şəhadətnamənin verilməsini xahiş etmiş, lakin həmin sənədin verilməsi mümkün olmamış, həmin publik hüquqi şəxs tərəfindən xx.xx.2025-ci il tarixli məktub verilmişdir. O, X1 həqiqətən də xx.xx.1994-cü il tarixdə vəfat etməsi barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydin aparılması üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs bu barədə qeyd aparmaqdan imtina etmişdir. X1 həqiqətən də xx.xx.1994-cü il tarixdə Qusar şəhərində vəfat etməsi faktının müəyyən edilməsi onun vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün zəruridir və hüquqi əhəmiyyət kəsb edir. Ona görə də həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. X1 həqiqətən də xx.xx.1994-cü il tarixdə Qusar şəhərində vəfat etməsi və Qusar şəhər 1 nömrəli qəbiristanlığında dəfn edilməsi ərizəyə əlavə etdiyim qəbrinin fotoşəkillərlə təsdiq olunur. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbini müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, onun qızı Qəbilə Davıdova qəfildən vəfat etmiş, o, həmin hadisədən çox sarsılmış, buna görə, həmçinin savadsızlığına görə vaxtında həmin uşağa ölüm haqqında şəhadətnamə almamışdır. Həmin uşaq vəfat edən zaman həkim çağırılmamışdır. Həmin uşaq vəfat etdikdən sonra yaşadığı Qusar şəhər qəbirstanlığında dəfn edilmişdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi uzun müddətdir ki, onun qonşusudur. Ərizəçi 1 qız uşağı olmuş və həmin uşaq 8-9 aylığında yatarkən qəfildən vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi həm onun qonşusu, həm də qohumudur. Ərizəçi 1 qız uşağı olmuş və həmin uşaq 8-9 aylığında yatarkən qəfildən vəfat etmişdir. Həmin uşağa ölüm haqqında şəhadətnamə alınmamışdır. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddələrinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə baxıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan XVİİ-JQ 451139 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 05 fevral 1994-cü ildə anadan olmuş, anası Ərizəçidır. İşdə olan Qusar rayon İHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-63-10/2-D-359-42-360/2025 saylı arayışdan görünür ki, X6 xx.xx.1994-cü il tarixdə vəfat etmiş və Qusar şəhər 1 nömrəli qəbiristanlıqda dəfn olunmuşdur. İşdə olan “Qusar rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-54/3-230/2025 saylı arayışdan görünür ki, Ərizəçi övladı X3 ölüm faktı ilə əlaqədar müraciətinə cavab olaraq bildirilmişdir ki, ölümün qeydiyyatı gecikdiyindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyil və ölüm faktının müəyyən edilməsi, ölüm şəhadətnaməsinin verilməsi üçün Qusar rayon məhkəməsinə müraciət edə bilər. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 11 fevral 2024-cü il tarixli 3-16-5/8-xxxx/2024 saylı məktubdan görünür ki, X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası’nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmamasını nəzərə qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi Ərizəçi məsləhət görülmüşdür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, xx.xx.1994-cü ildə anadan olmuş X3 15 avqust 1994-cü il tarixdə Qusar şəhərində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 8.5-ci maddəsinə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qaydaların 8.2-ci maddəsinin tələbinə görə, ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1994-cü il tarixdə anadan olmuş X3 xx.xx.1994-cü il tarixdə Qusar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(029)-409/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-409/2025
30.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver