Məhkəmə qərarları › İş №2(029)-410/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-410/2023

31.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-410/2023 31.07.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin vəfat etməsi faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək,26 fevral 1993-cü il təvəllüdlü X4 05 dekabr 1999-cu il tarixdə Qusar rayonun Köhnə Xudat kəndində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 15 fevral 1984-cü il tarixdə nikahı rəsmi qeyd etdirərək X9 ilə ailə qurmuşdur, nikahlarl 15 fevral 1984-cü il tarixdə 4 nömrə ilə qeyd edilərək İİİ-ЖГ 383109 saylı Nikah Şəhadətnaməsi verilmişdir. Həmin nikahdan 26 fevral 1993-cü il tarixdə X7 adlı uşaqları olmuş, doğum akt qeydi kitablarında 10 mart 1993-cü il tarixdə 22 nömrə ilə qeyd edilmişdir. 26 fevral 1993-cü il təvəllüdlü X7 adlı uşaq 05 dekabr 1999-cu il tarixdə Qusar rayonun Köhnə Xudat kəndində vəfat etmiş və Qusar rayon Köhnə Xudat kənd qəbristanlığmda dəfn olunmuşdur. X4 ölümü Qeydiyyat Şöbəsində rəsmi qeydə alınmamışdır. Bu xüsusatlar Maraqlı şəxs 17 dekabr 2022-ci il tarixli 611 saylı arayışı ilə təsdiqlənir. 26 fevral 1993-cü il təvəllüdlü X4 Qusar rayonun Köhnə Xudat kəndində vəfat etməsi və Qusar rayon Köhnə Xudat kənd qəbristanlığında dəfn olunması 5 ədəd fotoşəkillərlə, 09 iyul 2021-ci il tarixli 571 saylı, 08 fevral 2023-cü il tarixli arayışlarla və şahidlər tərəfindən imzalanmış Aktla təsdiqlənir. 26 fevral 1993-cü il təvəllüdlü X4 05 dekabr 1999-cu il tarixdə Qusar rayonun Köhnə Xudat kəndində vəfat etməsi faktının müəyyən edilməsi, mülkiyyətində olan daşınmaz əmlak barəsində sərəncam hüququnun həyata keçirilməsi üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir.Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar 31 iyul 2023-cü il tarixə saat 12:00-ə təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şöbənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub göndərərək qanuni qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan başqa, xidməti zərurətlə əlaqədar işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Maraqlı şəxsndən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, SəvzixanovSuleyman Misrixan oğlu xx.xx.1993-cü il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X6r. İşdə olan İİİ-ЖГ 383109 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X2 nikahları 15 dekabr 1984-cü il tarixdə rəsmiləşdirilmişdir. İşdə olan Qusar RİHB-nın Köhnə-Xudat kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 76 saylı arayışdan görünür ki, X8həqiqətən 05 dekabr 1999-cu iltarixində Qusar rayonun Köhnə Xudat kəndində vəfat etmiş və Köhnə Xudat kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan qəbir daşının fotoşəkillərindən görünür ki, X81993-cü ildə anadan olmuş, 1999-cu il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxsndən verilmiş 611 saylı 17 dekbar 2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1993-cü il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində anadan olmuş X5ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli X11, X18 və X12 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar rayonun Köhnə Xudat kəndində 26 fevral 1993-cü il tarixində anadan olmuş X8 05 dekabr 1999-cu il tarixində Qusar rayonun Köhnə Xudat kəndində vəfat etmiş və Köhnə Xudat kənd qəbiristanlığında dəfn edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-17/6/2-6496/2023 saylı məktubdan görünür ki, Penitensiar xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1993-cü il təvəllüdlü X1 şəxs haqqında məlumat qeydiyyatdan keçmir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş xx.xx.2023-cü il tarixli 3-38-33/2-2371/23 saylı məktubdan görünür ki, X3övlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə belə qənaətə gəlir ki, X405 dekabr 1999-cu il tarixdə ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, ərizəçi özünün vərəsəlik hüquqlarını həyata keçirməlidir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və X4 05 dekabr 1999-cu il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində ölməsi faktı müəyyən olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. X405 dekabr 1999-cu il tarixdə Qusar rayonu Köhnə-Xudat kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar