Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-410/2025 13.08.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X7 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək JN:0067 KOD 30111028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Hil oba kənd ərazisindən 3.55 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair onun 1/5 hissədə olan mülkiyyət payımın naturada ayrılaraq ayrıca mülkiyyətimə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılır ki, Qusar rayonunda torpaq islahatları keçirilərkən Aqrar İslahat Komissiyasının 25 iyun 1998-ci il tarixli 11/7 nömrəli qərarına əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsi tərəfindən təsdiq olunmuş JN:0067 KOD 30111028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Hil oba kənd ərazisindən 3.55 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə ona və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və vəfat etmiş X3 məxsusdur. Hal-hazırda ümumi birgə mülkiyyət hüququ üzrə ona və cavabdehlərə məxsus olan torpaq sahəsinə dair onun mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair o, özünün sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə cavabdehlərlə razılığa gələ bilmir, o, özünə aid torpaq sahəsini özgəninkiləşdirmək istəyir, cavabdehlər isə bununla bağlı razılığını bildirməkdən yayınır. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də, paylar bərabər sayılmalıdır. Hal-hazırda o, mülkiyyətçi olaraq yuxarıda qeyd etdiyi torpaq sahəsinin özünə aid 1/5 hissəsinin naturada ayrılaraq onun ayrıca mülkiyyətinə verilməsini zəruri hesab edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək iddia tələbini müdafiə edirək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30111028 JN-0067 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Hil-oba kəndində yerləşən 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Babacanova (Şixova) Validə Həsənbala qızının, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 adlarına qeydiyyata alınmışdır. İşdə olan AZ 017831 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-7227/2025 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddia olunan, KOD 30111028 JN-0067 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilən torpaq sahəsi naturada 2 (iki) hissədə yerləşir və həmin torpaq sahələrini TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 1.55 hektar və 1.9911 hektar ölçüdə olmaqla cəmi 3.5411 hektar ölçüdə təşkil edir və həmin 3.5411 hektar torpaq sahəsini naturada 1/5 hissədə ayrılaraq ayrıca naturada verilməsi aşağıdakı bölgü variantlarda mümkündür: 1- variant, (torpaq sahəsinin iddiaçı tərəfindən hal-hazırda naturada faktiki istifadə olunan qaydaya uyğun olaraq (67 planşet nömrəli torpaq sahədən), fındıq bağı kimi istifadə olunur): ümumi iki hissədə olan 3.5411 hektar torpaq sahəsini, hər iki hissəni 5 (beş) nəfər ümumi birgə payçı arasında 0.70822 hektar ölçüdə olmaqla, cəmi 6 (altı) hissəyə bölünərək; 2- variant, ümumi iki hissədə olan 3.5411 hektar torpaq sahəsinin 1.55 hektar hissəsini 0.31 hektar ölçüdə olmaqla, 5 (beş) hissəyə bölünərək və 1.9911 hektar hissəsini 0.39822 hektar ölçüdə olmaqla 5 (beş) hissəyə bölünərək, cəmi 10 (on) hissədə. Həmin mütəxəssis rəyinin qeyd hissəsində göstərilmişdir ki, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən ümumi torpaq sahəsində 0.0047 hektar azalma aşkarlanmışdır, cavabdehlərin naturada iştirakı olmamışdır və cavabdehlərin şəxsiyyətlərini təsdiq edən sənədləri təqdim edilməmişdir, 67M planşet nömrəli 1.55 hektar torpaq sahəsinə naturada baxışın keçirilməsi təmin olunmamışdır. (Sxemlər və koorninatlar əlavə olunmuşdur) Həmin mütəxəssis rəyinə əlavə olunmuş 1-ci variantın bölgü sxemlərindən görünür ki, KOD 30111028 JN:0067 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Hil oba kəndində yerləşən 67 planşet nömrəli 1.9911 hektar torpaq sahəsinin “1-ci hissə” şərti işarəsi ilə işarələnmiş 0,7082 hissəsi iddiaçı tərəfindən fındıq bağı salınmaqla istifadə olunur. Həmin bölgü variantına əsasən 67M planşet nömrəli 1.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin “4-cü hissə” olmaqla 0.13335 ha, “5hissə” olmaqla 0.7082 ha, “6-cı hissə” olmaqla 0.7082 ha şəklində bölünməsinin mümkünlüyü müəyyən olunur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş, tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 14 iyul 2025-ci il tarixli 10/4660 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025 tarixli 3-21-3-34/2-7227/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: iddia olunan torpaq sahəsi naturada 2 (iki) hissədə yerləşdiyi müəyyən olunmuşdur və həmin torpaq sahələrini TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiq əşdirildikdə 1.55 hektar və 1.9911 hektar ölçüdə olmaqla cəmi 3.5411 hektar ölçüdə təşkil etdiyi müəyyən olunmuşdur və həmin 3.5411 hektar torpaq sahəsini naturada 1/5 hissədə ayrılaraq ayrıca naturada verilməsi aşağıdakı bölgü variantlarda mümkündür: 1-variant, (torpaq sahəsinin iddiaçı tərəfindən hal-hazırda naturada faktiki istifadə olunan qaydaya uyğun olaraq (67 planşet nömrəli torpaq sahədən), fındıq bağı kimi istifade olunur) ümumi iki hissədə olan 3.5411 hektar torpaq sahəsini, hər iki hissəni 5 (beş) nəfər ümumi birgə payçı arasında 0.70822 hektar ölçüdə olmaqla, cəmi 6 (altı) hissəyə bölünərək: 2-variant, ümumi iki hissədə olan 3.5411 hektar torpaq sahəsinin 1.55 hektar hissəsini 0.31 hektar ölçüdə olmaqla, 5 (beş) hissəyə bölünərək və 1.9911 hektar hissəsini 0.39822 hektar ölçüdə olmaqla 5 (beş) hissəyə bölünərək, cəmi 10 (on) hissədə. Beləliklə də, işin mübahisəsiz halı ondan ibarətdir ki, KOD 30111028 JN-0067 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Hil oba kəndində yerləşən 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçı Babacanova (Şixova) Validə Həsənbala qızının, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X2 adlarına qeydiyyata alınmışdır. Məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti texniki ekspertizası ilə həmin torpaq sahəsinin real bölgüsünün texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 14 iyul 2025-ci il tarixli 10/4660 saylı məktubundan görünür ki, eyni tarixli və saylı ekspert rəyi üzrə ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manatdır. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-7227/2025 məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 iyul 2025-ci il tarixli 10/4660 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. - 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. - 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. - 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Sadalanana xüsusatlara və qanunvericilik normalarına istinadən məhkəmə hesab edir ki, ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir və belə olan halda məhkəmə bu nəticəyə gəlir ki, KOD 30111028 JN:0067 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Hil oba kəndində yerləşən 3.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı, Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və X3 məxsus 3.55 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin naturada bölünməsi texniki cəhətdən mümkün olduğundan iddia tələbi təmin olunmaqla Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-7227/2025 məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 14 iyul 2025-ci il tarixli 10/4660 saylı ekspert rəyinə uyğun olaraq həmin torpaq sahələri naturada bölünməlidir. Eyni zamanda məhkəmə qeyd olunan ekspert rəyini və mütəxəssis rəyini təhlil edərək belə qənaətə gəlir ki, mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahələrinin 1-ci bölgü variantına dair plansxeminə uyğun olaraq KOD 30111028 JN:0067 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Hil oba kəndində yerləşən 67 planşet nömrəli 1.9911 hektar torpaq sahəsinin “1-ci hissə” şərti işarəsi ilə işarələnmiş 0.7082 hektar, 67M planşet nömrəli 1.55 hektar torpaq sahəsinin isə “4-cü hissə” şərti işarəsi ilə işarələnmiş 0.1335 hektar hissəsi İddiaçı ayrıca mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-34/2-7227/2025 məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunmuş bölgü sxemlərinə uyğun olaraq KOD 30111028 JN:0067 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Hil oba kəndində yerləşən 67 planşet nömrəli 1.9911 hektar torpaq sahəsinin “1-ci hissə” şərti işarəsi ilə işarələnmiş 0.7082 hektar, 67M planşet nömrəli 1.55 hektar torpaq sahəsinin “4-cü hissə” şərti işarəsi ilə işarələnmiş 0.1335 hektar hissəsi naturada ayrılaraq İddiaçı ayrıca mülkiyyətinə verilsin. İş üzrə 100 (yüz) manat məbləğində məhkəmə xərcləri cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-410/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-410/2025
13.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver