Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-42/2020 10.07.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı «xxxxxxxxxx» ASC-nin nümayəndəsi X4 Cavabdehlər Cavabdeh və X2 iştirakları ilə, İddiaçı «xxxxxxxxx» ASC-nin cavabdehlər Cavabdeh və X3 qarşı xx xxxx 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə borc məbləğinin borc alandan tutulması, ipoteka predmetinə tutmanın yönəldilməsinə və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxxxxxxx» ASC cavabdehlər Cavabdeh və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxx 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə 18529.49 (on səkkiz min beş yüz iyirmi doqquz dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, xx xxxx 2018-ci il tarixədək hesablanmış 9094.38 (doqquz min doxsan dörd dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxxx 2018-ci il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 faiz dərəcəsi ilə hesablanmış 3563.55 (üç min beş yüz altmış üç dollar əlli beş sent) ABŞ dolları məbləğində penya, xx xxxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanmış 514.71 (beş yüz on dörd dollar yetmiş bir sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 31702.13 (otuz bir min yeddi yüz iki dollar on üç sent) ABŞ dolları və xx xxxxxx 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin tutulması, tələb xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X3 məxsus ünvan 2ndə yerləşən 0.08 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh xx xxxx 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə «xxxxxxxxx» ASC-nin qarşısında 31702.13 (otuz bir min yeddi yüz iki dollar on üç sent) ABŞ dolları məbləğində borcu, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən tutularaq «xxxxxxxxx» ASC-yə yönəldilməsi, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan X5, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxx» ASC-nin nümayəndəsi X7 məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, xx xxxx 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə borc alan Cavabdeh iddiaçı «xxxxxxxxx» ASCnin xeyrinə 18529.49 (on səkkiz min beş yüz iyirmi doqquz dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, xx xxxx 2018-ci il tarixədək hesablanmış 9094.38 (doqquz min doxsan dörd dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 7979.75 (yeddi min doqquz yüz yetmiş doqquz dollar yetmiş beş sent) ABŞ dolları məbləğində penya, xx xxxx 2018-ci il tarixdən xx xxxx 2020-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə hesablanmış 7422.09 (yeddi min dörd yüz iyirmi iki dollar doqquz sent) ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, cəmi 43025.71 (qırx üç min iyirmi beş dollar yetmiş bir sent) ABŞ dolları və xx xxxx 2020-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin tutulması, tələb xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X3 məxsus ünvan 2ndə yerləşən 0.08 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılması və Cavabdeh xx xxxx 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə «xxxxxxxxx» ASC-nin qarşısında 31702.13 (otuz bir min yeddi yüz iki dollar on üç sent) ABŞ dolları məbləğində borcu, xx xxxxxx 2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 20 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan penya, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən tutularaq «xxxxxxxxx» ASC-yə yönəldilməsi, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulması, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan X5, onun ailə üzvləri və digər şəxslərin fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılmaları və fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin İpoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «xxxxxxxxx» ASC-nin nümayəndəsi X7 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********43914 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh borc alana 48 ay müddətində, illik 19 faiz ödəmək şərti ilə 25450 (iyirmi beş min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bank ilə cavabdeh X5 arasında sonuncuya məxsus ünvan 2ndən yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulması barədə xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li İpoteka müqaviləsi bağlanmışdır. Bankın qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair «xxxxxxxxx» ASC-yə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. Kredit müqaviləsinin 1 nömrəli əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin borc alan Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni xx xxxx 2018-ci il tarixə kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, həmin tarixə borc alan Cavabdeh Kreditor qarşısında gecikdirilmiş borcu 27623.87 (iyirmi yeddi min altı yüz iyirmi üç dollar səksən yeddi) ABŞ dolları olmuşdur ki, bununda 18529.49 (on səkkiz min beş yüz iyirmi doqquz dollar qırx doqquz sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc, 9094.38 (doqquz min doxsan dörd dollar otuz səkkiz sent) ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Həmin tarixdən sonra borc alan tərəfindən banka heç bir ödəniş həyata keçirilməmişdir. Bundan əlavə borc alan Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 faiz dərəcəsi ilə penya ödəməlidir ki, xx xxxxx 2020-ci il tarixə bu məbləğ 7979.75 (yeddi min doqquz yüz yetmiş doqquz dollar yetmiş beş sent) ABŞ dolları təşkil edir. İddiaçı tərəfindən cavabdehə ipoteka predmetinin satılması və iddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq borc alan tərəfindən borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Qusar rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(029)-96/2019 saylı Qərardadı əsasında hazırki mülki iş üzrə təkrar qiymətləndirmə ekspertizası təyin edilmiş və Qərardadın icrası müvafiq “AÇAR” Qiymətləndirmə Mərkəzinə həvalə edilmişdir. “AÇAR” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli AR 22-005/20 nömrəli Ekspert rəyi kifayət qədər əsaslı deyil və şübhə doğurur. Belə ki, həmin rəydə ipoteka predmeti olan əmlakın qiyməti şişirdilmişdir. Əmlaka baxış keçirilərkən və qiymət müəyyənləşdirilərkən qiymətləndirmənin standartlarına və prinsiplərinə əməl edilməmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.9-cu maddəsinin tələblərinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti göstərilərkən bazar deyil, likvid dəyəri əsas götürülməlidir. Lakin “AÇAR” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş rəydə evin yalnız bazar dəyəri müəyyən edilmiş, likvid dəyəri isə öz əksini tapmamışdır. Tərəflərin razılığı ilə onlar arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********43914/ip saylı ipoteka müqaviləsinin 3.5-ci bəndinə əsasən ipoteka predmeti olan əmlakın bazar (30 000 manat) və likvid (28 800 manat) müəyyənləşdirilmişdir ki, həmin dövrdən keçən beş il ərzində daşınmaz əmlakın qiymətinin altı dəfədən çox artması qeyri-realdır. Eyni zamanda iddiaçı tərəfindən də müstəqil qiymətləndirmə şirkəti olan “Roveks Konmark” Konsaltinq şirkətinə müraciət edilmişdir və həmin şirkət tərəfindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli 19348 XB saylı rəyə əsasən həmin əmlakın bazar (60 000 manat) və likvid dəyəri (55 000 manat) müəyyənləşdirilmişdir. Daha bir müstəqil qiymətləndirmə şirkəti olan “xxxxxxx” MMC tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli MB 13/78 saylı rəyə əsasən ipoteka predmeti olan əmlakın bazar dəyəri 65 000 (altmış beş min) manat, likvid dəyəri isə 60 000 (altmış min) manat məbləğində müəyyən edilmişdir. Əmlaka dair “AÇAR” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli AR 22-005/20 nömrəli Ekspert rəyi ilə iddiaçı tərəf razı deyildir ona görə də ipotekaya qoyulmuş ipoteka predmeti olan əmlakların dəyərini müəyyən etmək üçün təkrar qiymətləndiricinin rəyinin alınmasına dair qərardad çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iddiaçı ASC “Xalq” Bankın xx xxxx 2014-cü il tarixli **********43914 saylı kredit müqaviləsi üzrə 48 ay müddətində, illik 19 faiz ödəmək şərti ilə 25450 (iyirmi beş min dörd yüz əlli) ABŞ dolları kredit götürmüşdür. Həmin kredit görülməsində X3 məxus ünvan 2ndə yerləşən 0.08 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Bankdan götürdüyü kreditə görə bir müddət ödənişlər etsə də, sonradan maddi vəziyyətinin pisləşməsi ilə əlaqədar ödənişlər edə bilməmişdir. Hal-hazırda bank ondan 18529.49 (on səkkiz min beş yüz iyirmi doqquz dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, xx xxxx 2018-ci il tarixədək hesablanmış 9094.38 (doqquz min doxsan dörd dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2020-ci il tarixə bu məbləğ 7979.75 (yeddi min doqquz yüz yetmiş doqquz dollar yetmiş beş sent) ABŞ dolları məbləğində penya, xx xxxx 2018-ci il tarixdən xx xxxx 2020-ci il tarixinədək vaxtı keçmiş əsas borc məbləğinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə hesablanmış 7422.09 (yeddi min dörd yüz iyirmi iki dollar doqquz sent) ABŞ dolları əldən çıxmış faydanın əvəzi, cəmi 43025.71 (qırx üç min iyirmi beş dollar yetmiş bir sent) ABŞ dolları məbləğində pul tələb edir. Lakin bank tərəfindən ondan tələb olunan kredit və ona hesablanmış faiz borcları, penya yüksək göstərilmişdir. Bundan başqa Bank tərəfindən ipoteka predmetinin qiyməti az göstərilmişdir. Belə ki, hazırda ipoteka predmeti olan ünvan 2ndən yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin orta bazar dəyəri ******* (iki yüz min) manat olduğu halda bank tərəfindən əmlakın likvid qiyməti 28800 (iyirmi səkkiz min səkkiz yüz) manat göstərilmişdir. Qusar rayon məhkəməsinin 2(029)-96/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadlarına əsasən iş üzrə sözügedən əmlakın dəyərini müəyyən etmək üçün təkrar qiymətləndiricinin rəyinin alınmasını və qiymətləndirmənin “AÇAR” Qiymətləndirmə Mərkəzinə həvalə edilməsi qərara alınmışdır. “AÇAR” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli AR 22-005/20 nömrəli Ekspert rəyinə əsasən ipoteka predmeti olan əmlakın bazar dəyəri 198 000,0 (bir yüz doxsan səkkiz min) manat təşkil edir. Bundan əvvəlki qiymətləndiricinin, yəni “X9” MMC tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli ƏEM/M 34- 574/19 nömrəli Ekspert rəyinə əsasən ipoteka predmeti olan əmlakın bazar dəyəri 196 300,0 (bir yüz doxsan altı min) manat təşkil edir. Hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti sonuncu rəyə uyğun olaraq 198 000,0 (bir yüz doxsan səkkiz min) manat müəyyən edilməli, tələb xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X3 məxsus ünvan 2ndə yerləşən 0.08 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, fərdi yaşayış evinin açıq hərracda satılmalı və Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019cu il tarixli, 34202 nömrəli ekspert rəyinə uyğun olaraq 18298.10 (on səkkiz min iki yüz doxsan səkkiz dollar on sent) ABŞ dolları məbləğində əsas borc ipoteka predmetinin dəyərindən tutulmalı, iddia tələbi qalan hissələrdə təmin edilməməlidir. Qeyd edilənləri nəzərə alıb iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdeh X5 Cavabdeh izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh və X2 izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İşdə olan xx xxxx 2014-cü il tarixli **********43914 nömrəli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, «xxxxxxxxx» ASC tərəfindən Cavabdeh alana 48 ay müddətində, illik 19 faiz ödəmək şərti ilə 25450 (iyirmi beş min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. İşdə olan xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li kredit müqaviləsinin surətindən görünür ki, «xxxxxxxxx» ASC tərəfindən Cavabdeh alana 48 ay müddətində, illik 19 faiz ödəmək şərti ilə 25450 (iyirmi beş min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir ki, Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC “Xalq” Bank ilə X5 arasında sonuncuya məxsus ünvan 2ndən yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evi «xxxxxxxxx» ASC qarşısında ipotekaya qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X3 məxsus olan **********26-10301 reyestr nömrəli ünvan 2 32 ünvanında 0.08 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xx xxxx 2014-cü il tarixli **********43914 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin təminatı olaraq «xxxxxxxxx» ASC-nin Qusar filialının xeyrinə xx xxxx 2014-cü il tarixindən öhdəliklər tam yerinə yetirilənə kimi ipoteka ilə yüklü edilmişdir. İşdə olan «xxxxxxxxxx» ASC-nin Qusar filialı tərəfindən ipoteka qoyan X3 və borcalan Cavabdeh ünvanlanmış xx xxxxx 2016-cı il tarixli, 52 nömrəli xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li İpoteka müqaviləsi üzrə İddiaçının (Kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında Bildirişdən görünür ki, xx xxxx 2014-cü il tarixli **********43914 №-li Kredit müqaviləsi üzrə öz əhdəliklərini lazımi qaydada yerinə yetirmədiyinə görə borcalanın xx xxxxx 2016-cı il tarixinə «xxxxxxxxxx» ASC qarşısında ümumi borcu 19943.85 (on doqquz min doqquz yüz qırx üç dollar səksən beş sent) ABŞ dolları təşkil edir ki, bunun 16614.29 (on altı min altı yüz on dörd dollar iyirmi doqquz sent) ABŞ dollarını əsas borc məbləği, 1915.20 (bir min doqquz yüz on beş dollar iyirmi sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc məbləği, 1310.66 (bir min üç yüz on dollar altmış altı sent) ABŞ dollarını əsas borc məbləğinə hesablanmış faizlər üzrə borc məbləği, 103.70 (bir yüz üç dollar yetmiş sent) ABŞ dollarını isə vaxtı keçmiş əsas borca hesablanmış faizlər üzrə borc məbləği təşkil edir. Kredit müqaviləsi üzrə borcalan tərəfindən öhdəliklərin kobud şəkildə pozulması, borcun vaxtından əvvəl ödənilməsi hüququnun yaranması və İpoteka saxlayanın («xxxxxxxxxx» ASC) tələblərinin ipoteka qoyulmuş əmlak hesabına təmin edilməsi hüququnun yaranması ilə əlaqədar olaraq «xxxxxxxxxx» ASC kredit müqaviləsi üzrə əsas borc məbləğinin tam şəkildə qaytarılması və əsas borc məbləğinə hesablanan faizlərin ödənilməsi üçün ipoteka qoyulmuş əmlakın 30 (otuz) gün müddətindən gec olmayaraq satılması X1 və Cavabdeh tələb etdilmiş, əks halda «xxxxxxxxxx» ASC ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəkdir. Bu zaman Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq məhkəmə qaydasında opiteka predmetinə ödənişin yönəldilməsi ilə bağlı bütün xərcləri borc məbləğinin üstünə gələrək İpoteka verənin hesabına ödəniləcəyi barədə xəbərdarlıq edilmişlər. İşdə olan «xxxxxxxxx» ASC Qusar filialı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxx 2016-cı il tarixli 54 nömrəli İpoteka qoyulmş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə Ərizədən görünür ki, X5 tərəfindən xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsinə müvafiq olaraq, ipoteka qoyulmuş daşınmaz əmlaka (ünvan 2ndə olan 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 257.7 kv.metr ümumi, 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət 2 mərtəbəli, 7 otaqlı, 32 nömrəli fərdi yaşayış evi) «xxxxxxxxx» ASC tərəfindən tutmanın yönəldilməsi prosedurunun başlanması ilə əlaqədar olaraq xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında xx xxxxx 2016-cı il tarixli 52 saylı Bildirişin qeydiyyatının həyata keçirilməsi xahiş edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən «xxxxxxxxx» ASC-nin Qusar filialına ünvanlanmış **********48 nömrəli, xx xxx 2016-cı il tarixli cavab məktubundan görünür ki, verilmiş kreditin təminatı olaraq ASC “Xalq” Bankın xeyrinə ipoteka ilə yüklü edilmiş X3 tam mülkiyyət hüququ əsasında məxsus olan RX ******* seriyalı, xx xxxxx 2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 32 ünvanında 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılmışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından Çıxarışdan görünür ki, «xxxxxxxxx» ASC tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya RX № ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 2, 32 ünvanında yerləşən **********26-10301 reyestr nömrəli 0.08 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüquq üzrə X3 məxsusdur. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 2751 nömrəli Arayışdan görünür ki, Cavabdeh məxsus ünvan 2 32 saylı fərdi yaşayış evinin yerləşdiyi yeni yaşayış massiv adlanan ərazisində yerlşən 1 (bir) sot həyətyanı torpaq sahəsinin hal-hazırda açıq bazar satş qiyməti 4000-6000 (dörd-altı min) manat civarındadır. İşdə olan Qusar RİHB-nın Qusar şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli 2752 nömrəli Arayışdan görünür ki, X3 məxsus ünvan 2 32 saylı fərdi yaşayış evinin yerləşdiyi yeni yaşayış massiv adlanan ərazisində yerlşən 1 (bir) sot həyətyanı torpaq sahəsinin hal-hazırda açıq bazar satş qiyməti 4000-6000 (dörd-altı min) manat civarındadır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 34202 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan ödəniş qəbzləri və tərəflər arasında bağlanılmış **********43914 saylı, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh iddiaçı «xxxxxxxxx» ASC-yə xx xxxxxx 2018-ci il tarixə olan cəmi borcu 18298.10 (on səkkiz min iki yüz doxsan səkkiz dollar on sent) ABŞ dolları əsas borc, 9377.27 (doqquz min üç yüz yetmiş yeddi dollar iyirmi yeddi sent) ABŞ dolları faiz borcu olmaqla cəmi 27675.37 (iyirmi yeddi min altı yüz yetmiş dollar otuz yeddi sent) ABŞ dolları məbləğində müəyyən olunmuşdur. Həmçinin hazırki ekspertiza tədqiqatı zamanı tərəflər arasında imzalanmış xx xxxx 2014-cü il tarixli **********43914 nömrəli kredit müqaqviləsi üzrə bank tərəfindən təqdim edilən sənədlərdə cərimə borcunun silinməsi ilə əlaqədar məlumat olmadığı üçün xx xxxxxx 2018-ci il tarixə Cavabdeh cərimə borcu hesablanmamışdır. İşdə olan “X9” MMC tərəfindən verilmiş xx xxx 2019-cu il tarixli ƏEM/M 34-574/19 nömrəli mütəxəssis rəyindən görünür ki, X3 məxsus ünvan 2ndə yerləşən 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin xx xxx 2019-cu il tarixinə bazar dəyəri 196300,0 (bir yüz doxsan altı min üç yüz) manat təşkil edir. İşdə olan “X6” şirkəti tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın (Fərdi yaşayış evi) Dəyərləndirilməsi barədə Hesabatdan görünür ki, ünvan 2ndə yerləşən 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 60000 (altmış min) manat, likvid dəyəri isə 55000 (əlli beş min) manat müəyyən edilmişdir. İşdə olan MBA Consulting Group tərəfindən verilmiş qiymətləndirmə hesabatında görünür ki, ünvan 2 32 ünvanında yerləşən 2 mərtəbəli,Ş 7 otaqlı fərdi yaşayış evinin xx xxxx 2020-ci il tarixinə hesablanmış bazar dəyəri 65000 (altmış beş min) manat, likvid dəyəri isə 60000 (altmış min) manat təşkil edir. İşdə olan “xxxxxxxxxxxxx” MMC tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış xx xxxxxxx 2019-cu il tarixli G-10/19-292 nömrəli mçəktubdan görünür ki, 2(029)-96/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadlarına əsasən Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 32 nömrəli fərdi yaşayış evinə əmlak sahibi tərəfindən baxış keçirilməsinə şərait yaradılmamışdır. İşdə olan “AÇAR” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli AR 22-005/20 nömrəli ekspert rəyindən görünür ki, X3 məxsus ünvan 2ndə yerləşən 0.08 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evininbazar dəyəri 198000.0 (bir yüz doxsan səkkiz min) manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2014-cü il tarixli **********43914 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdeh borc alana 48 ay müddətində, illik 19 faiz ödəmək şərti ilə 25450 (iyirmi beş min dörd yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ASC “Xalq” Bank ilə cavabdeh X5 arasında sonuncuya məxsus ünvan 2ndən yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ipotekaya qoyulması barədə xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li İpoteka müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 1 nömrəli əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin borc alan Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin müddətinin bitdiyi tarixə, yəni xx xxxx 2018-ci il tarixə kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, həmin tarixə borc alan Cavabdeh Kreditor qarşısında gecikdirilmiş borcu 27623.87 (iyirmi yeddi min altı yüz iyirmi üç dollar səksən yeddi) ABŞ dolları olmuşdur ki, bununda 18529.49 (on səkkiz min beş yüz iyirmi doqquz dollar qırx doqquz sent) ABŞ dollarını vaxtı keçmiş əsas borc, 9094.38 (doqquz min doxsan dörd dollar otuz səkkiz sent) ABŞ dollarını isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləği təşkil etmişdir. Həmin Məcəllənin 739.2-ci madəsində isə göstərilir ki, borc müqaviləsinin predmeti pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 442-ci madəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 443.3-cü maddəsinə əsasən əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zərər müəyyənləşdirilərkən öhdəliyin icra edilməli olduğu yerdə kreditorun tələbini borclunun könüllü ödədiyi gün mövcud olmuş qiymətlər, tələb könüllü ödənilmədikdə isə məhkəmənin qərar çıxardığı gün mövcud olmuş qiymətlər nəzərə alınır. Həmin Məcəllənin 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci madəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılmasına yol verilmir. Məhkəmə cavabdehlərə hesablanmış cərimənin miqdarının azaldılmasını işin hallarına, kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərinə və borcluların əmlak vəziyyətinə uyğun və ədalətli hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 34.1, 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması üçün əsasdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, xx xxxx 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə 18529.49 (on səkkiz min beş yüz iyirmi doqquz dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, xx xxxx 2018-ci il tarixədək hesablanmış 9094.38 (doqquz min doxsan dörd dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 700 (yeddi yüz) ABŞ dolları məbləğində penya, cəmi 28323.87 (iyirmi səkkiz min üç yüz iyirmi üç dollar səksən yeddi sent) ABŞ dolları qətnamə icra olunan günə azərbaycan manatı məzənnəsi ilə , ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına parılmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi min) manat və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlər Cavabdeh və X1 birgə qaydada iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulmalıdır. Tələb xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X3 məxsus ünvan 2ndən yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldiməli, fərdi yaşayış evi açıq hərracda satılmalı və Cavabdeh xx xxxx 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə iddiaçı «xxxxxxxxx» ASC-nin qarşısında 28323.87 (iyirmi səkkiz min üç yüz iyirmi üç dollar səksən yeddi sent) ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına parılmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi min) manat ipoteka predmetinin dəyərindən tutularaq iddiaçı «xxxxxxxxx» ASC-yə yönəldilməli, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulmalı, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan X5, onun ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalı və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ipoteka predmeti olan cavabdeh X3 məxsus ünvan 2ndən yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin dəyərini müəyyən edərkən iş üzrə təyin edilmiş və “AÇAR” Qiymətləndirmə Mərkəzi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli AR 22-005/20 nömrəli ekspert rəyini daha əsaslı, dolğun və inandırıcı hesab edərək qəbul edir. Məhkəmə ipoteka predmetlərinə dair iş üzrə verilmiş digər ekspert rəylərini isə əsaslı və inandırıcı hesab etməyərək qəbul etmir. Odur ki, xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X3 məxsus ünvan 2ndən yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 198000,0 (bir yüz doxsan səkkiz min) manat müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi qalan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. İş üzrə 445 ( dörd yüz qırx beş) manat təşkil edən ekspertiza xərcindən 295 (iki yüz doxsan beş) manat cavabdehlər Cavabdeh və X1 birgə qaydada tutulmaqla həmin ekspertiza xərcindən 150 (bir yüz əlli) manat “X9” MMC-nin hesabına (VÖEN **********, Hesab N AZ30GUNA********************, Bank GÜNAY BANK, VÖEN **********, Müxbir hesab-AZ25NABZ********************, kod: 505594; SWİFT: GUNAAZ22) və 145 (bir yüz qırx beş) manat isə Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabınavə 150 (bir yüz əlli) manat isə iddiaçı «xxxxxxxxx» ASC-dən tutularaq “X9” MMC-nin hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: xx xxxx 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə 18529.49 (on səkkiz min beş yüz iyirmi doqquz dollar qırx doqquz sent) ABŞ dolları məbləğində əsas borc, xx xxxx 2018-ci il tarixədək hesablanmış 9094.38 (doqquz min doxsan dörd dollar otuz səkkiz sent) ABŞ dolları məbləğində kreditdən istifadəyə görə hesablanmış adi faizlər üzrə borc məbləği, xx xxxxx 2020-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 (on beş) faiz dərəcəsi ilə hesablanmış 700 (yeddi yüz) ABŞ dolları məbləğində penya, cəmi 28323.87 (iyirmi səkkiz min üç yüz iyirmi üç dollar səksən yeddi sent) ABŞ dolları qətnamə icra olunan günə azərbaycan manatı məzənnəsi ilə, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına parılmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi min) manat və iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlər Cavabdeh və X1 birgə qaydada iddiaçı «xxxxxxxxx» ASC-nin xeyrinə tutulsun. Tələb xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X3 məxsus ünvan 2ndən yerləşən 0.08 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinə yönəldilsin, fərdi yaşayış evi açıq hərracda satılsın və Cavabdeh xx xxxx 2014-cü il tarixli **********43914 №-li kredit müqaviləsi üzrə iddiaçı «xxxxxxxxx» ASC-nin qarşısında 28323.87 (iyirmi səkkiz min üç yüz iyirmi üç dollar səksən yeddi sent) ABŞ dolları məbləğində borcu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına parılmasına görə 30 (otuz) manat, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 (on yeddi min) manat ipoteka predmetinin dəyərindən tutularaq iddiaçı «xxxxxxxxx» ASC-yə yönəldilsin, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən birgə qaydada iddiaçının xeyrinə tutulsun, fərdi yaşayış evi satıldıqdan sonra orada yaşayan X5, onun ailə üzvləri və digər şəxslər fərdi yaşayış evini 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslər fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın və fərdi yaşayış evi boşaldılaraq iddiaçıya təhvil verilsin. xx xxxx 2014-cü il tarixli **********43914/ip №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan və cavabdeh X3 məxsus ünvan 2ndən yerləşən 0.08 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 135.2 kv.metr yaşayış, 122.5 kv.metr yardımçı sahədən ibarət olmaqla ümumi sahəsi 257.7 kv.metr təşkil edən, 2 mərtəbəli, 7 otaqlı 32 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 198000,0 (bir yüz doxsan səkkiz min) manat müəyyən edilsin. İş üzrə 445 ( dörd yüz qırx beş) manat təşkil edən ekspertiza xərcindən 295 (iki yüz doxsan beş) manat cavabdehlər Cavabdeh və X1 birgə qaydada tutulmaqla həmin ekspertiza xərcindən 150 (bir yüz əlli) manat “X9” MMC-nin hesabına (VÖEN **********, Hesab N AZ30GUNA********************, Bank GÜNAY BANK, VÖEN **********, Müxbir hesab-AZ25NABZ********************, kod: 505594; SWİFT: GUNAAZ22) və 145 (bir yüz qırx beş) manat isə Məhkəmə Eekspertizası Mərkəzinin-VÖEN **********, Hesab- AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlığı Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFИFT BИK- CTREAZ22) hesabınavə 150 (bir yüz əlli) manat isə iddiaçı «xxxxxxxxx» ASC-dən tutularaq “X9” MMC-nin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-42/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-42/2020
10.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver